Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün müsahibə elan edilib

İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün müsahibə elan edilib

12.08.2026 [15:27]

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda vakant vəzifələrin tutulması üçün müsahibə elan edib.

AZƏRTAC xəbər verir ki, vakant yerlər imam, imam müavini və dini ayinlərin icraçısı – müəzzin vəzifələri üzrədir.

İmam vəzifəsi üzrə 14, imam müavini vəzifəsi üzrə 48, müəzzin vəzifəsi üzrə isə 13 vakant yer müəyyənləşdirilib.

Müsahibədə iştirak etmək istəyən namizədlər avqustun 13-ü saat 09:00-dan sentyabrın 11-i saat 18:00-dək tələb olunan sənədləri elektron qaydada “sened@scara.gov.az” elektron poçt ünvanına, AMIN informasiya sistemi vasitəsilə və ya kağız daşıyıcıda Dövlət Komitəsinə təqdim edə bilərlər.

Namizədlərdən şəxsiyyət vəsiqəsinin surəti və ya müvafiq çıxarış, tərcümeyi-hal, dini ali və ya orta ixtisas təhsili haqqında sənəd, sağlamlıq, narkoloji və ruhi-əsəb dispanserlərindən arayışlar, məhkumluq barədə arayış, 4 ədəd 3x4 foto və ərizə tələb olunur.

Müsahibənin keçirilmə vaxtı və yeri sənədlərin qəbulu başa çatdıqdan sonra Dövlət Komitəsinin internet saytında elan ediləcək.

Əlaqə telefonu: +994 55 202 84 74.

Paylaş:
Baxılıb: 81 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Yeddi ayda...

12 Avqust 15:00

Siyasət

17-ci səfər...

12 Avqust 13:17

Analitik

Məkkə üçbucağı

12 Avqust 10:25  

Analitik

Sosial

Mavi sərvətin taleyi

12 Avqust 09:05

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31