Beynəlxalq Dekolonizasiya Cəbhəsi Korsikadan Fransaya çağırış edib
11.08.2026 [13:03]
Avqustun 7-9-da Korsikanın Korti şəhərində Korsikanın müstəqilliyi uğurunda mübarizə aparan “Nazione” siyasi hərəkatının təşkilatçılığı ilə “Beynəlxalq Günlər” adlı tədbirin növbəti, 44-cü buraxılışı keçirilib.
Bu barədə AZƏRTAC-a Bakı Təşəbbüs Qrupundan (BTQ) məlumat verilib.
Bildirilib ki, tədbirdə BTQ-nin dəstəyi ilə 2024-cü ilin iyulunda Bakıda təsis edilmiş, Fransa və Niderlandın müstəmləkə idarəçiliyi altında olan Dənizaşırı ərazilərin müstəqilliyi uğrunda mübarizə aparan siyasi partiya və hərəkatları birləşdirən Beynəlxalq Dekolonizasiya Cəbhəsinin nümayəndələri də iştirak ediblər.
Tədbirin yekununda Beynəlxalq Dekolonizasiya Cəbhəsi tərəfindən "Korte Bəyannaməsi" qəbul edilib.
Bəyannamədə qeyd olunur ki, Fransa dövlətinin idarəçiliyi altında olan bütün fərqli coğrafi ərazilərdə yerli xalqların fundamental hüquqlarını və suverenliyini tapdalayan eyni kolonial istismar mexanizmləri tətbiq olunmaqdadır. Rəsmi Parisin yürütdüyü məqsədyönlü mövcud iqtisadi siyasətin yerli sərvətləri amansızcasına taladığı, ərazilərdə süni bahalıq yaratdığı və kütləvi işsizlik formalaşdıraraq gəncləri öz doğma yurdlarından uzaqlaşmağa, mühacirətə və ya sosial müavinətlərdən asılı yaşamağa məhkum etdiyi kəskin şəkildə vurğulanır.
Bununla yanaşı, Fransa “ədalət” sisteminin birbaşa himayəsi və şərikliyi ilə yerli əhalinin torpaqlarının müsadirə edildiyi, xarici maraqlara xidmət edən spekulyasiyalara yol açıldığı və demoqrafik strukturu dəyişərək yerli xalqları öz vətənlərində azlığa çevirmək məqsədilə planlı şəkildə "məskunlaşdırma kolonizasiyası"nın davam etdirildiyi bildirilir. Fransa hakimiyyətinin müstəmləkə əleyhinə mübarizə aparan dinc fəallara və müqavimət hərəkatlarına qarşı qanunsuz güc tətbiq edib onları kriminallaşdırdığı qeyd olunur. Vurğulanır ki, rəsmi Paris Martinik və Qvadelupda on minlərlə insanın həyatına təsir edən qorxulu xlordekon pestisidi zəhərlənməsi cinayəti kimi ağır ekoloji və humanitar skandalların üstünü məhkəmə yolu ilə ört-basdır edərək tam cəzasızlıq mühiti formalaşdırır.
Bəyannamədə Beynəlxalq Dekolonizasiya Cəbhəsi Fransadan tələb edir ki, Fransa dövləti Yeni Kaledoniyadakı (Kanaki) Bujival sazişləri, Korsikadakı Bovo prosesi və digər regionlarda davam edən müzakirələr vasitəsilə bu xalqların milli və siyasi mövcudluğunu danmaq, onları sadəcə hüquqsuz "ada icması" səviyyəsinə endirmək cəhdlərinə dərhal son qoymalıdır. Bu ərazilərin hər birinin beynəlxalq hüquqa və tarixi legitimliyə malik, öz müqəddəratını təyin etmək hüququ olan müstəqil millətlər olduğunu bəyan edir. Cəbhə, BMT Baş Assambleyasının müstəmləkəçiliyin tamamilə ləğv edilməsini ehtiva edən 75/123 saylı tarixi qətnaməsinə istinad edərək, Fransanın müstəmləkəçiliyi altında yaşayan Dənizaşırı ərazilərin yenidən BMT-nin rəsmi dekolonizasiya olunmalı ölkələr siyahısına salınması üçün qlobal müstəvidə hüquqi, diplomatik və siyasi addımlarını daha da genişləndirəcəyini və bu kollektiv strategiyanı kəsintisiz davam etdirəcəyini elan edir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22

