Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Britaniya son onilliklərin ən ciddi ərzaq təhlükəsizliyi böhranı ilə qarşı-qarşıyadır

Britaniya son onilliklərin ən ciddi ərzaq təhlükəsizliyi böhranı ilə qarşı-qarşıyadır

11.08.2026 [23:30]

Böyük Britaniyada ardıcıl isti hava dalğaları və quraqlığın fermerlərin məhsuldarlığına ciddi təsir göstərməsi fonunda ölkənin son onilliklərin ən ciddi ərzaq təhlükəsizliyi problemi ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edilib.

AZƏRTAC “The Telegraph”a istinadla xəbər verir ki, “Shore Capital” investisiya bankının analitikləri rekord səviyyədə quru və isti hava şəraitinin ölkə daxilində ərzaq istehsalına zərər vurduğunu bildiriblər.

Məlumata görə, yüksək temperatur buğdanın məhsuldarlığına, tərəvəz bitkilərinə və süd istehsalına mənfi təsir göstərir. Analitiklər hesab edirlər ki, mövcud vəziyyət Böyük Britaniyanın xaricdən gətirilən ərzaq və taxıldan asılılığını artıra bilər.

“Shore Capital”ın analitikləri bildiriblər ki, yerli ərzaq istehsalının azalması daha bahalı idxal taxılına tələbatı artıra bilər. Bu isə heyvan yemi xərclərinin yüksəlməsinə və nəticədə istehlakçılar üçün ərzaq qiymətlərinin bahalaşmasına səbəb ola bilər: “Böyük Britaniya uzun onilliklərdir ərzaq təhlükəsizliyi problemi ilə qarşılaşmağa bu qədər yaxın olmayıb”.

İngiltərədə rekord temperatur və uzunmüddətli quraqlıqdan sonra avqustun 10-da quraqlıq elan edilən ərazilərin əhatə dairəsi daha da genişləndirilib. Hazırda quraqlıq ölkə ərazisinin təxminən 71 faizini əhatə edir. Mövcud vəziyyət fonunda 27 milyondan çox insanın yaşadığı ərazilərdə ənənəvi sulamaya məhdudiyyətlər tətbiq olunub.

Paylaş:
Baxılıb: 357 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30