Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / “Xalqın partiyasını ürəkdən dəstəkləyirik”

“Xalqın partiyasını ürəkdən dəstəkləyirik”

14.08.2024 [16:44]

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizədi Afət Həsənovanın Suraxanı rayonunun Bülbülə qəsəbəsində seçicilərlə görüşü keçirilib.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov YAP-ın seçki platforması haqqında məlumat verib. O, seçkilərin əhəmiyyətindən bəhs edərək hər bir seçicini fəal olmağa və layiqli namizədə səs verməyə çağırıb.
Deputatlığa namizəd Afət Həsənova isə çıxışında vurğulayıb ki, bu gün Azərbaycan dövlətinin sosial siyasət sahəsində başlıca məqsədi insana qayğı, onun maddi və mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması və sosial ədalət prinsipinin daim qorunmasıdır: “Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının rifahı və mənafeyi dayanır” fikri həyata keçirilən sosialyönümlü siyasətin əsasını təşkil edir. Yeni Azərbaycan Partiyasının Proqramında və seçki platformasında da sosial ədalət və insan amili prinsipi əksini tapıb. Sosial siyasət sahəsində islahatlar davamlı xarakter daşıyır və əhalinin rifahının daha da yaxşılaşması istiqamətində ardıcıl tədbirlərin reallaşdırılması nəzərdə tutulub”.
Görüş iştirakçılarından şəhid atası Zaur Əliyev, Ağalar Bayramov və digərləri YAP-ın namizədinə dəstəklərini ifadə ediblər. “Xalqın partiyası olan YAP-ı ürəkdən dəstəkləyirik”, - deyə vurğulanıb.

Paylaş:
Baxılıb: 670 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31