Azərbaycan tarixində önəmli hadisə
03.07.2024 [11:18]
Müstəqil dövlətimizin qanunverici orqanına sentyabrın 1-də keçirilməsi nəzərdə tutulan növbədənkənar seçkilər əvvəlkindən fərqli olaraq, demək olar ki, Azərbaycan Respublikasının bütün ərazilərində baş tutacaq. Çünki müstəqilliyin bərpasından sonrakı dövrdə keçirilən heç bir parlament seçkiləri dövlətimizin tam suveren ərazisini əhatə etməyib. Biz buna oxşar mühüm hadisəni ilk dəfə bu ilin fevral ayında növbədənkənar prezident seçkilərində yaşadıq. Bu dəfə də artıq öz dədə-baba yurdlarına qayıtmış və seçkilərə qədər qayıdacaq vətəndaşlar Qarabağda, Şərqi Zəngəzurda Milli Məclisdə təmsil olunmağa layiq gördükləri şəxslərə səs verəcəklər.
Heç şübhəsiz, İkinci Qarabağ savaşındakı qələbədən sonra yaranmış yeni reallıqlar özündə həm də yeni dövrün tələbinə uyğun parlamentin formalaşdırılmasını zəruri edirdi. Belə ki, bu tarixi mərhələdə qarşımızda daha ciddi vəzifələr dayanır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev prezident seçkilərdən sonra andiçmə mərasimində və eləcə də sonrakı bəyanatlarında qarşımızda duran prioritet vəzifələri ətraflı şəkildə göstərdi. Məhz bu vəzifələrin həyata keçirilməsi üçün növbədənkənar prezident seçkilərinin ardınca parlament seçkilərinin keçirilməsi də vacib idi. İndiyə qədər keçirilən bütün seçkilər kimi, növbədənkənar parlament seçkiləri də ölkəmizin siyasi həyatında mühüm əhəmiyyət kəsb edir.
Ümumiyyətlə, beynəlxalq münasibətlər və əməkdaşlıq sistemində müasir dövrə uyğun daha səmərəli şəkildə iştirakımız baxımından Milli Məclisə seçkilər önəmlidir. Bu seçkilər növbəti illərdə bizim millət və dövlət olaraq hədəflərimizin müəyyənləşdirilməsində mühüm rol oynayacaq və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində xüsusi rol oynayacaq.
Məlum olduğu kimi, ölkəmizi qarşıda bir sıra qlobal səviyyəli tədbirlər gözləyir və belə bir tədbir öncəsi parlamentin tam tərkibdə öz işinə başlaması çox önəmlidir. Belə ki, bu ilin noyabr ayında Bakıda təkcə ölkəmiz üçün deyil, bütövlükdə regionumuz, o cümlədən dünya ölkələri üçün mühüm və strateji baxımdan həyati əhəmiyyət daşıyan qlobalmiqyaslı tədbir – Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası keçiriləcək. Milli və dövlət maraqlarımız, eləcə də bəşəriyyətin gələcəyi bu konfransın yüksək səviyyədə təşkilini zəruri edir.
Bakıda keçiriləcək COP-29 tədbiri iqlim dəyişiklikləri ilə mübarizədə həmrəyliyin təşkili üçün yeni nümunələr yaradılması baxımından da mühüm əhəmiyyətə malikdir. Buna görə də noyabrın ilk həftəsində keçirilməsi nəzərdə tutulan parlament seçkilərinin təxminən iki ay əvvələ çəkilməsinə zərurət yarandı. Qanunverici orqanın təmsilçiləri isə milli və dövlət maraqlarından çıxış edərək, dövlət baçşısına bununla bağlı müraciət ünvanladı.
Onu da qeyd etmək gərəkdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 6-cı çağırış Milli Məclisin buraxılması və növbdənkənar parlament seçkilərinin cari ilin sentyabrın 1-ə təyin edilməsi qanunverici orqanın fəaliyyətinin davamlılığında da problem yaratmır. Parlamentin müvafiq daxili nizamnaməsinin proseduruna uyğun olaraq, payız sessiyası da oktyabr ayında öz işinə başlayırdı. Növbədənkənar seçkilərin keçirilməsindən sonra da, əvvəllər olduğu kimi, 7-ci çağırış Milli Məclis yeni tərkibdə 2024-cü ilin oktyabrından öz işinə başlayacaq.
Sonda bir daha vurğulamaq yerinə düşər ki, 2024-cü ilin sentyabrın 1-də keçiriləcək seçkilərin həm də tarixi əhəmiyyəti böyükdür. Belə ki, 29 ildən sonra birinci dəfədir ki, Milli Məclisə seçkilər ölkəmizin bütün suveren ərazilərində baş tutacaq. 44 günlük Vətən müharibəsində şanlı Zəfər çalan Azərbaycan Ordusu tərəfindən işğala son qoyulduğu, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli aniterror tədbirləri nəticəsində qısa müddətdə suverenliyimiz bərpa edildiyi üçün xalqımızın və dövlətimizin tarixində möhtəşəm ilkləri yaşamaqdayıq. Məsələn, artıq keçmiş məcburi köçkünlər dədə-baba torpaqlarında, o cümlədən Qarabağda, Şərqi Zəngəzurda öz millət vəkillərini seçəcəklər. Beləliklə, sentyabrın 1-də keçiriləcək seçkilər müstəqil Azərbaycan Respublikasının tarixində əlamətdar və önəmli hadisə olacaq.
Zamir HÜSEYNOV,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

