Rusiyadan siyasi “əks-hücum”
18.02.2023 [11:10]
Rəsmi Moskva Avropa ilə əlaqələri dayandırır
Kreml ətrafında yeni “Varşava paktı” formalaşdıra bilər
Rusiya Dövlət Duması fevralın 16-da Avropa Şurasının Nizamnaməsinin və bu təşkilat çərçivəsində qəbul edilmiş 20 beynəlxalq müqavilənin ləğvi haqqında qanunu qəbul etməklə Avropa ilə bağlarını demək olar qopardı. Qeyd edək ki, deputatların yekdilliklə səs verdiyi qanun layihəsi bu ilin yanvarında Rusiya prezidenti Vladimir Putin tərəfindən təqdim olunmuşdu. Sənəd ötən il martın 16-dan Rusiyaya münasibətdə 21 beynəlxalq müqaviləni, o cümlədən Avropa Şurasının Nizamnaməsini, İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Konvensiyasını, Terrorçuluğa Qarşı Mübarizə üzrə Avropa Konvensiyasını, Avropa Yerli Özünüidarəetmə Nizamnaməsini, Sosial Xartiyanı Rusiya ərazisində qüvvədən düşmüş hesab edir.
Xatırladaq ki, 2022-ci il martın 16-da Avropa Şurası Nazirlər Komitəsi Rusiyanın təşkilatdan çıxarılması ilə bağlı qətnaməni təsdiqləmişdi. Elə həmin gün Rusiya Avropa qitəsinin demək olar ki, bütün ölkələrini birləşdirən bu təşkilatdan çıxdığını elan etmişdi. Eyni zamanda, Moskva Avropa İnsan Haqları Məhkəməsinin 2022-ci il martın 15-dən sonra çıxardığı qərarlara tabe olmadığını bəyan etmişdi.
Siyasi təzyiq, yoxsa “təsir rıçaqlarına” yeni baxış?
Əslində bir il fərqli verilmiş bu qərarlar qarşılıqlı şəkildə siyasi təzyiq xarakteri daşıyır. Belə ki, ötən il Qərb iqtisadi təzyiqlərlə yanaşı, siyasi təzyiqlərlə də təsir göstərmək niyyətini Rusiyanı Avropa Şurasından çıxarmaqla bildirmişdisə, indiki halda Rusiya eyni addımla Avropanın onun üçün maraq kəsb etmədiyini göstərir. Beləliklə, qarşılıq siyasi baykot yeni mərhələyə qədəm qoyur. Bu isə özündə onu kəsb edir ki:
- Artıq Rusiya da Qərb ilə danışmaq həvəsində deyil - nəzərə alınmalıdır ki, Avropa Şurası və bu kimi qurumlar dialoq platformasıdır;
- İqtisadi sanksiyalarla çöküşü reallaşmayan Rusiya siyasi müstəvidə əks hücuma keçir - beləliklə, Qərbin illərdir oturuşmuş “beynəlxalq hakim” mifi dağıdılır;
- Rusiya özünü Qərbin əsas dövləti sayır və özünü proseslərdə yalnız iştirakçı kimi görmək istəmir - Moskva Avropa kimi “qəbul olunmasını” tələb edir - Qərb onu hələ də Asiya kimi görür...
- Rusiya özünün diplomatik manevr imkanlarını artırmaq niyyətindədir. Onsuz da ətrafındakı effektsiz diplomatik meydança hər hansı bir təzyiq üçün əlverişli deyil. Belə olan halda qarşı tərəfin effektiv təsiretmə gücünə malik meydanını tərk etmək daha doğru addımdır.
Beləliklə, Rusiya yeni siyasi gediş edərək özünün təsir rıçaqlarını növbəti dəfə əlində toplamağa çalışır. Bu addım hətta Rusiya - Ukrayna mühariəbsində yeni mərhələ də yarada bilər. Belə ki, onsuz da Qərbi və şərqi Avropanın timsalında “köhnə qitə”də Rusiya ilə “döyüşmək” məsələsində də monolitlik nəzərə çarpmırdı. Rusiya bu yolla özünün yeni “Varşava paktını” belə formalaşdıra bilər...
Avropa yenidən ikiyə bölünə bilər...
Ötən il Rusiyaya qarşı iqtisadi sanksiyaların tətbiqi zamanı ortaya çıxan bu problem özünü ən açıq şəkildə ortaya qoymaqdadır. Avropa İttifaqı hələ də həmin çətinlikdən qurtula bilmir. Bəzi dövlətlərin açıq, bəzilərinin isə gizli şəkildə bu prosesə “mane” olması anti-Rusiya koalisiyasının bütün gücünü Kremllə “mübarizəyə” səfərbər etməsinə imkan vermir. Aİ üzvü olan bəzi dövlətlərin veto hüququndan istifadəsi Rusiyaya qarşı sanksiyaların daha aktiv formada həyata keçməsini “əngəlləyir”. Təbii ki, veto qoyan ölkələr milli mənafelərindən çıxış edərək öz addımlarını arqumentləşdirirlər.
Bu gün Rusiyanın da atdığı addımlar məhz bu yöndədir:
- Rusiya özünə yaxın Avropa ölkələri ilə münasibətləri davam etdirir;
- Onların enerji təhlükəsizliyindəki rolunu bu və ya digər şəkildə yenidən formalaşdırır - burada Türkiyənin tranzit rolu da böyük əhəmiyyət daşıyır;
- Hərbi qarşıdurmaların miqyasının böyüyücəyi təqdirdə Rusiya bu dövlətlərdən anti-NATO koalisiyası belə formalaşdıra bilər.
Qeyd olunduğu kimi, bu isə Avropanın yeni əsrdə növbəti dəfə bölünməsinə yol aça bilər. Nəzəri cəhətdən anti-
NATO blokunun formalaşdırılması iqtisadi maraqlara hesablansa da, yeni mərhələdə baş verəcək proseslərin istiqamətini indidən müəyyənləşdirmək olduqca çətindir. Bu isə, qüvvələr balansının yenidən dəyişməsinə səbəb ola bilər...
PƏRVİZ
Xəbər lenti
Hamısına bax
Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58
