Xaricdəki aktivlərin başı üstündə qara yellər
29.11.2022 [10:52]
BMT-nin yeni qətnaməsi nə deyir?
Son bir ildə davam edən Rusiya ilə Ukrayna arasındakı gərginlik qlobal miqyasda qütbləşmə meyillərini daha da artırıb. Ukraynanın tərəfində çıxış edən ABŞ və əksər Avropa dövlətləri Rusiyaya qarşı iqtisadi və siyasi məzmunlu sanksiyaların əhatə dairəsini genişləndirirlər.
Bir neçə mərhələdə qüvvəyə minən məhdudiyyətlərin tətbiqində məqsəd şimal qonşumuzun imkanlarını məhdudlaşdırmaqdan ibarətdir. Xatırladaq ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar bu ölkədən bir sıra strateji əhəmiyyətli məhsulların, o cümlədən də neft, qaz və bərk yanacağın ixracının məhdudlaşdırılmasına hesablanıb. Öz növbəsində Rusiya da sanksiyalara cavab olaraq “dost olmayan ölkələr”ə özünün cavab tədbirlərini işə salıb.
Dondurulmuş aktivlərin müsadirəsi gündəmdə
Artıq gərginlik iki ölkə arasındakı çərçivədən kənara çıxıb və deyə bilərik ki, proseslərə beynəlxalq təşkilatlar da qoşulublar. Bir qədər bundan əvvəl BMT Baş Assambleyasında Rusiyanın Ukraynaya vurduğu zərərin ödənilməsi mexanizminin yaradılmasına dair qətnamə qəbul olundu. Rusiyaya qarşı belə bir cəza mexanizminin işə salınması hələ bir neçə ay bundan öncə gündəmə gəlmişdi. Müxtəlif variantlar təklif olunsa da, məsələnin BMT səviyyəsində müzakirələrə çıxarılması təxirə salınırdı. Bu müzakirələr, nəhayət, noyabr ayında məlum qətnamənin qəbul edilməsi ilə nəticələndi. Aparılan müzakirələrdən sonra qətnamənin lehinə 94, əleyhinə 14 ölkə səs verib, 73 ölkə bitərəf qalıb, 12 üzv dövlət isə səsverməyə qatılmayıb. O cümlədən sənədin əleyhinə Rusiya, Belarus, Zimbabve, İran, Çin, Şimali Koreya, Kuba, Mali, Nikaraqua, Suriya, Baham adaları, Mərkəzi Afrika Respublikası, Eritreya və Efiopiya səs veriblər. Ermənistan, Qazaxıstan, Serbiya, Özbəkistan, Tacikistan və Qırğızıstan isə BMT Baş Assambleyasında Rusiyanın Ukraynaya vurduğu zərərin ödənilməsi mexanizminin yaradılmasına dair qətnaməyə səsvermədə bitərəf qalıblar.
Ekspertlərin bildirdiyinə görə, BMT-də sözügedən qətnamənin qəbul edilməsində məqsəd əvvəllər Qərb ölkələri tərəfindən dondurulmuş Rusiya aktivlərinin müsadirəsini qanuniləşdirməkdir. Sənəddə Ukraynaya dəyən ziyanın reyestrinin yaradılmasının önəminə diqqət çəkilib. Hərbi əməliyyatlar zamanı Ukraynanın şəhər və kəndləri böyük dağıntılara məruz qalıb, yaşayış evləri, sosial təyinatlı obyektlər, mülki infrastruktur sıradan çıxarılıb. Qətnamədə nəzərdə tutulur ki, bütün bunlar beynəlxalq dəyərləndirmələr əsasında hesablanmalı və xüsusi reyestr halına salınmalıdır.
Xatırladaq ki, bundan əvvəl qüvvəyə minən sanksiyalar çərçivəsində Rusiyanın zamanında Avropa ölkələrindəki banklarda yerləşdirdiyi aktivlər dondurulub. Nəzərdə tutulan mexanizm yaradılarsa, həmin dondurulmuş aktivlər müsadirə ediləcək və müxtəlif istiqamətlərə yönəldiləcək.
Rusiyadan sərt reaksiyalar
Gözlənildiyi kimi, şimal qonşumuz BMT-nin Baş Assambleyasında çıxarılan qətnaməni reaksiya ilə qarşılayıb. Belə ki, Rusiyanın müxtəlif qurumlarının təmsilçiləri BMT-nin qətnaməsini sərt şəkildə tənqid atəşinə tutublar. Verilən məlumatlara görə, Rusiyanın nümayəndəsi sənədin qəbuluna qarşı çıxıb və bildirib ki, qətnamə layihəsi “hüquqi tənqidə dözmür” və “beynəlxalq hüquq nöqteyi-nəzərindən leqallaşdırılmayanları leqallaşdırmaq üçün əhəmiyyətsiz cəhddir”.
Bu günlərdə Rusiya Xarici İşlər Nazirliyinin saytında qurumun sözçüsü Mariya Zaxarovanın məlum qətnamə ilə bağlı şərhi yerləşdirilib. Onun sözlərinə görə, Baş Assambleya belə məsələləri həll etmək səlahiyyətinə malik deyil. Mariya Zaxarova BMT Baş Assambleyasının qəbul etdiyi qətnaməni anti-Rusiya xarakteri daşıyan və beynəlxalq hüquqi baxımdan əhəmiyyətsiz bir sənəd kimi dəyərləndirib. “Baş Assambleya belə məsələləri həll etmək səlahiyyətinə malik deyil. Necə ki, onun təcavüz faktını müəyyənləşdirmək və günahı hər hansı bir tərəfin üzərinə qoymaq hüququ da yoxdur. Bütün bunlar BMT Təhlükəsizlik Şurasının səlahiyyətindədir. Burada isə Kiyevin güzəştə gedə bilməyən Qərb tərəfdarları Ukrayna və ətrafdakı vəziyyətlə bağlı məsələlərə dair qərarların qəbulu prosesini səylə gündəmə çıxarırlar”, - deyə Mariya Zaxarova vurğulayıb.
Mariya Zaxarova qətnamənin lehinə səs verən ölkələrin ünvanına qınaqlar səsləndirməkdən də çəkinməyib. Sənədin əleyhinə səs verən ölkələrə minnətdarlığını bildirən Rusiya XİN-in sözçüsü vurğulayıb: “Onlar hələ dərk etməyiblər ki, sanksiya tətbiq etməyə çalışdıqları vəsaitlər sadə ukraynalıların ehtiyaclarına getməyəcək. Bu vəsait qan tökülməsini davam etdirmək və Ukraynadakı hərbi əməliyyatların qurbanlarının sayını artırmaq üçün yeni silah təchizatının maliyyələşdirilməsinə yönəldiləcək”.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya isə Rusiyanın Qərb ölkələrindəki dondurulmuş aktivlərinin müsadirə edilməsini nəzərdə tutan qətnaməni “açıq-aşkar soyğunçuluq” cəhdi kimi dəyərləndirib. Rusiya Federasiyasının nümayəndəsi qətnamənin qəbulunun onun təşəbbüskarları üçün “bumeranq” ola biləcəyi barədə də xəbərdarlıq edib və vurğulayıb ki, “bu qərar dünyada yalnız qeyri-sabitliyin və gərginliyin artmasına gətirib çıxaracaq”.
Rusiyadakı xarici aktivlər müsadirə edilsin
Bəs Rusiya məlum qətnaməyə hansı tədbirlərlə cavab verəcək? Bununla bağlı mümkün cavab tədbirləri nəzərdən keçirilir. İrəli sürülən təkliflər sırasında Rusiyadakı Qərb ölkələrinə məxsus aktivlərin oxşar yollarla müsadirə edilməsi yolları müzakirələrə çıxarılıb. Qətnaməyə münasibət bildirən Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Bizim seçim imkanımız qalmır” fikrini səsləndirib. “Məlum məkanı təmsil edən “dost olmayan ölkələr” BMT Baş Assambleyasının qətnaməsi əsasında Rusiyanın aktivlərinin oğurlanmasını özündə ehtiva edən milli aktlar qəbul edəcəkləri təqdirdə, bizim başqa seçim imkanımız qalmayacaq. Bəlli ölkələrin investorlarının əmlakı və vəsaitləri oxşar qaydada müsadirə ediləcək, baxmayaraq ki, onlar öz hökumətlərinin axmaq təmsilçilərinə görə cavabdehlik daşımırlar”.
Fikirlərinə davam edən D.Medvedev konkret rəqəm də səsləndirib. Onun sözlərinə görə, Rusiyadakı xarici vəsaitlərin və digər qiymətli aktivlərin həcmi kifayət qədər böyükdür. Söhbət təxminən 300 milyard dollar həcmində vəsaitdən gedir. Bu isə oğurlanmış Rusiya pullarının kompensasiya edilməsi üçün yetərli rəqəmdir.
D.Medvedev özünün Teleqram kanalında yazıb ki, belə qətnamələr ilk növbədə Amerika Birləşmiş Ştatlarına qarşı qəbul edilməlidir. “Qoy bu cür tövsiyə xarakterli qətnamə amerikalıların və NATO-nun hücumlarından əziyyət çəkmiş Koreyaya, Vyetnama, İraqa, Yuqoslaviyaya dəyən ziyanın ödənilməsi ilə əlaqədar ABŞ-a qarşı qəbul edilsin. Belə bir sənədin qəbul edilməməsi isə dünyada sülhə və təhlükəsizliyə cavabdehlik daşıyan BMT-nin məhvinin başlanğıcı olacaq”, - deyə Rusiyanın sabiq dövlət başçısı əlavə edib.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
27 Yanvar 23:26

Xəbər lenti
27 Yanvar 23:12

Xəbər lenti
27 Yanvar 22:22

Xəbər lenti
27 Yanvar 21:28

Xəbər lenti
27 Yanvar 21:13

Xəbər lenti
27 Yanvar 20:15

Xəbər lenti
27 Yanvar 20:06

Xəbər lenti
27 Yanvar 19:40

Xəbər lenti
27 Yanvar 19:24

Xəbər lenti
27 Yanvar 18:21

Siyasət
27 Yanvar 18:17

Xəbər lenti
27 Yanvar 17:53

Xəbər lenti
27 Yanvar 16:26

Dünya
27 Yanvar 16:18

Xəbər lenti
27 Yanvar 15:35

Xəbər lenti
27 Yanvar 15:14

Siyasət
27 Yanvar 15:06

Xəbər lenti
27 Yanvar 14:55

Gündəm
27 Yanvar 14:31

Xəbər lenti
27 Yanvar 14:21

Siyasət
27 Yanvar 13:48

Xəbər lenti
27 Yanvar 13:46

Siyasət
27 Yanvar 13:35

Siyasət
27 Yanvar 13:30

Xəbər lenti
27 Yanvar 13:19
.jpg&width=120)
Xəbər lenti
27 Yanvar 13:04

Gündəm
27 Yanvar 12:53

Xəbər lenti
27 Yanvar 12:49

Xəbər lenti
27 Yanvar 12:47

Xəbər lenti
27 Yanvar 12:36

Xəbər lenti
27 Yanvar 12:32

Xəbər lenti
27 Yanvar 12:30

Xəbər lenti
27 Yanvar 12:24

Xəbər lenti
27 Yanvar 12:24

Xəbər lenti
27 Yanvar 11:57

Xəbər lenti
27 Yanvar 11:25

Siyasət
27 Yanvar 11:19

Xəbər lenti
27 Yanvar 11:12

Xəbər lenti
27 Yanvar 11:10
.jpg&width=120)
Maraqlı
27 Yanvar 11:01

Xəbər lenti
27 Yanvar 10:58

Analitik
27 Yanvar 10:54

Xəbər lenti
27 Yanvar 10:47

Siyasət
27 Yanvar 10:43

Xarici siyasət
27 Yanvar 10:37
.jpg&width=120)
Sosial
27 Yanvar 10:35

MEDİA
27 Yanvar 10:32

Sosial
27 Yanvar 10:30

Siyasət
27 Yanvar 10:23

Siyasət
27 Yanvar 10:16

Siyasət
27 Yanvar 10:12

Gündəm
27 Yanvar 10:05

Xəbər lenti
27 Yanvar 09:31

Xəbər lenti
27 Yanvar 09:29

Xəbər lenti
27 Yanvar 09:27

Xəbər lenti
26 Yanvar 22:38

Dünya
26 Yanvar 22:36

Xəbər lenti
26 Yanvar 19:34

YAP xəbərləri
26 Yanvar 19:33

Xəbər lenti
26 Yanvar 17:31

Xəbər lenti
26 Yanvar 16:52

Xəbər lenti
26 Yanvar 16:38

Xəbər lenti
26 Yanvar 16:22

Dünya
26 Yanvar 16:21

İqtisadiyyat
26 Yanvar 16:19

Siyasət
26 Yanvar 16:18

Xəbər lenti
26 Yanvar 16:16

Xəbər lenti
26 Yanvar 16:09

Xəbər lenti
26 Yanvar 15:45

Xəbər lenti
26 Yanvar 15:41
