İsrail İranı ifşa etdi
28.10.2022 [10:25]
Politoloq: İsrailin açıqladığı fotofaktlar İranın Ukrayna ərazilərinə təcavüzdə iştirak etdiyini bir daha təsdiqləyir
N.BAYRAMLI
Rusiya-Ukrayna münaqişəsində minlərlə insan həyatını itirib, o cümlədən mülki infrastruktura ciddi ziyan dəyib. Rəsmi Kiyev Rusiyanın belə hücumlarında İran pilotsuz uçuş aparatlarından (PUA) istifadə etdiyini bildirir. Amma İran rəsmiləri bu iddiaları təkzib edirdi. Lakin İsrail bununla bağlı faktlar ortaya çıxarıb.
Belə ki, ABŞ-da səfərdə olan İsrail prezidenti İsaak Hersoq İranın PUA-larının Ukraynada istifadəsini təsdiqləyən fotoşəkilləri təqdim edib. “İran Ukraynaya qarşı müharibə üçün pilotsuz uçuş aparatları verdiyini qəti şəkildə təkzib edib. Mən sizə və İran PUA-larının Ukraynadakı müharibədə iştirak etdiyini açıq şəkildə sübut edən iki slayd göstərəcəyəm. Onlar geniş miqyasda təxribat törətmək üçün nəzərdə tutulmuş bu kamikadze dronlardan istifadə edərək bütün Ukraynada hücumlar həyata keçirirlər”, - deyə İsrail prezidenti bildirib. Birinci slaydda iki cüt fotoşəkil göstərilib. Onlardan birində İrana məxsus “Şahid-136” PUA-sı, digərində isə Ukraynada tapıldığı iddia edilən Rusiyaya məxsus “Geran-2” PUA-sı göstərilib. İkinci slaydda daha iki fotoşəkil olub. Ehtimal edilir ki, “Şahid-136” PUA-nın mühərriki Ukraynada çəkilib.
Hersoqun sözlərinə görə, bu, Ukraynadakı döyüşlərdə İran texnologiyasından istifadə olunduğunu göstərir: “Bu, gizli kəşfiyyat məlumatları aysberqin görünən hissəsidir. Etiraf etməliyik ki, İran Ukraynadakı müharibədə iştirak edir, Ukrayna xalqına qarşı böyük cinayətlərə səbəb olur”. Vaşinqtona səfəri zamanı İsaak Hersoq ABŞ-ın dövlət katibi Entoni Blinkenlə də danışıqlar aparıb. Görüşdə İsrailin dövlət başçısı “İran silahları dünyamızın sabitliyini pozmaqda əsas rol oynayır və beynəlxalq ictimaiyyət bundan indi və gələcəkdə dərs almalıdır. Dünya İranla eyni dildə danışmalıdır - sərt, vahid və barışmaz şəkildə”- deyib.
ABŞ-a səfəri zamanı Hersok prezident Co Baydenlə görüşüb. Tərəflər görüş zamanı əsasən Tehranın nüvə proqramını, həmçinin İranın Rusiyaya silah tədarükünü diqqət mərkəzində saxlayıblar. Dövlət başçıları görüşdən öncə mətbuata açıqlama veriblər. İsrail prezidenti Hersoq həbs edildikdən sonra ölən İran vətəndaşı Məhsə Amininlə bağlı fikirlərini bölüşüb. O, Amininin hicabını “düzgün” taxmadığı üçün əxlaq polisi tərəfindən saxlanıldığını və ölümündən sonra İranda etiraz aksiyaları keçirildiyini xatırladıb. “Bu, İranın nüvə silahlarına doğru irəliləyərkən və günahsız ukraynalıların öldürülməsində istifadə edilən ölümcül silahlar tədarük edərkən öz vətəndaşlarını əzməsinə nümunədir”, - deyə İ.Hersoq mətbuata açıqlamasında bildirib.
İsrail prezidenti səfər zamanı ABŞ dövlət katibi Blinkenlə də görüşüb. Görüşdə Blinken deyib ki, ABŞ və İsrail İranın təhlükəli, sabitliyi pozan və terror aktlarına qarşı birlikdə dayanırlar. “Ukraynaya və xalqına qarşı növbəti təcavüz üçün Rusiyaya İran pilotsuz təyyarələrinin verilməsi həmin torpaqlarda dəhşətli nəticələr verir”, - deyə Blinken vurğulayıb.
Bu faktlar tam sübuta yetirilsə, İrana qarşı hansı addımlar atıla bilər?
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, İran uzun müddətdir manipulyasiya etməklə məşğuldur. Dünyada harada bir qanunsuzluq varsa, orda İran da var. “Əfsuslar olsun ki, İranın beynəlxalq hüququ sabotaj etmək prosesi qarşısıalınmaz formada davam edir. Bu təklənmiş İran qlobal aləmin təzyiqləri ilə üz-üzə qalan Rusiyaya açıq yardımlar edir. Vəziyyət o qədər dramatikdir ki, nə İran, nə də Rusiya bu əməkdaşlığı etiraf edə bilmirlər. Elə təkcə bu faktor bəs edir ki, İran-Rusiya tandeminin nə qədər anlamsız olduğunu bir daha dərk edəsən”, - deyən həmsöhbətimizin sözlərinə görə, İsrailin açıqladığı son məlumatlar İranın Ukrayna ərazilərinə təcavüzdə iştirak etdiyini bir daha nümayiş etdirir. Politoloqun fikrincə, İranın çıxış yolu qalmayıb: “Həm daxili etirazlar, həm də dünyaya qarşı təxribatları teokratik rejimi uçuruma aparır. Təcili islahatlar aparılmasa situasiya həm İran, həm də Rusiya üçün çox çətin olacaq. Bəşər tarixindən nümunələr də göstərir ki, işğalda vasitəçi olmaq dövlətlərə fəlakət gətirir”.
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11

