Londonda yaşayan azərbaycanlılar Ermənistan səfirliyi qarşısında piket keçiriblər
21.04.2015 [10:01]
Londonda yaşayan bir qrup azərbaycanlı və beynəlxalq hüququn müdafiəçiləri bir araya gələrək iki günahsız mülki azərbaycanlının 20 ildən artıqdır ki, Ermənistanın işğalı altında olan öz doğma rayonları Kəlbəcərdə girov götürülməsinə qarşı etiraz piketi keçiriblər.
Avropa Azərbaycan Cəmiyyətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın Londondakı səfirliyi qarşısında keçirilən etiraz piketində iştirakçılar əllərində plakatlar tutaraq və şüarlar səsləndirərək, Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu xatırladıb, 54 yaşlı Dilqəm Əsgərov və 46 yaşlı Şahbaz Quliyev üçün ədalət tələb ediblər.
Girovluqda olan iki azərbaycanlı 2014-cü ilin iyun ayında öz doğmalarının məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülüb. 38 yaşlı Həsən Həsənov isə qətlə yetirilib. Həmin ilin dekabr ayında qondarma məhkəmə Dilqəmi ömürlük, Şahbazı isə 22 il həbs cəzasına məhkum edib.
Avropa Azərbaycan Cəmiyyətinin Böyük Britaniya ofisinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Cək Peqoraro deyib ki, azərbaycanlı girovlar onların torpağını zəbt edən işğalçıların qondarma məhkəməsi tərəfindən mühakimə olunublar. Onların yaşını diqqətə alsaq, bu insanların öz doğmalarının qəbirlərini ziyarət etməkdən başqa bir niyyətlə ora getdiklərini düşünmək cəfəngiyat olar. Biz buraya bu şəxslərin dərhal azad edilməsini və Ermənistan silahlı qüvvələrinin işğal etdikləri ərazilərdən geri çəkilməsini tələb etmək üçün toplaşmışıq.
Həmin şəxslərin mühakimə və həbs edilməsi Avropa İnsan Hüquqları Konvensiyasını, beynəlxalq humanitar hüququ, BMT-nin İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyasını pozur və Ermənistanın Mülki və Siyasi hüquqlar haqda Beynəlxalq Pakt çərçivəsində üzərinə götürdüyü öhdəliklərdən yayınması deməkdir. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoria Nuland Dilqəm Əsgərov və Şahbuz Quliyevin dərhal azad edilməsini tələb edib. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini həmin girovların mülki şəxs olduqlarını nəzərə alaraq, bu qeyri-qanuni aktı pisləyib.
Diqqətə çatdırılıb ki, bu şəxslərin tutulması və “mühakimə edilməsi” beynəlxalq hüquq prinsiplərinə ziddir. İyirmi ildən artıqdır ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlamaqda davam edir. BMT Təhlükəsizlik Şurasının 4 qətnamə qəbul etməsinə baxmayaraq, bu işğal indiyədək davam edir. İşğalçı erməni qüvvələri tərəfindən azərbaycanlıların öz əzəli torpaqlarında girov götürülməsi qərarı Ermənistanın davam etməkdə olan qeyri-konstruktiv mövqeyinin göstəricisidir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45

