/ / Britaniya jurnalı “Bakı-2015”-dən və Azərbaycanın mötəbər tədbirlərin keçirilməsində qazandığı təcrübədən yazır
Britaniya jurnalı “Bakı-2015”-dən və Azərbaycanın mötəbər tədbirlərin keçirilməsində qazandığı təcrübədən yazır
03.02.2015 [17:59]
Britaniyanın nüfuzlu “Economia” jurnalında bu il iyunun 12-dən 28-dək keçiriləcək “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı məqalə dərc olunub.
AzərTAc xəbər verir ki, məqalədə Prezident İlham Əliyevin Avropa Oyunlarının Azərbaycan üçün böyük məsuliyyət və çağırış olması, eyni zamanda, ölkəmizi təqdim etmək üçün imkan yaratması barədə fikirlərinə yer verilir. Həmçinin dövlətimizin başçısının Azərbaycanın bu Oyunları ən yüksək səviyyədə təşkil edəcəyi ilə bağlı fikirləri diqqətə çatdırılır.
Məlumat verilir ki, birinci Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar Avropa Olimpiya Komitəsinin (AOK) 41-ci Baş Assambleyasında qəbul olunub. AOK-un layihəsi olan “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin təşkilatçılığı ilə keçiriləcək. Yarışlarda idmanın 20 növü (onlardan 16-sı Olimpiya, dördü isə qeyri-Olimpiya idman növüdür) üzrə 6 mindən çox idmançının iştirakı gözlənilir. “Bakı-2015”-də ənənəvi idman növləri olan atletika, gimnastika ilə yanaşı, basketbol (3x3), çimərlik futbolu və karate kimi yeni idman növləri də yer alacaq.
Yazıda, həmçinin Azərbaycanın 2012-ci ildə ev sahibliyi etdiyi “Eurovision” mahnı müsabiqəsi kimi mötəbər beynəlxalq tədbirlərin keçirilməsində qazandığı təcrübədən də ətraflı bəhs olunur. Qeyd edilir ki, Avropa Oyunları ərəfəsində Bakıda sürətli tikinti, abadlıq-quruculuq işləri aparılır, nəqliyyat infrastrukturu yenilənir. Paytaxtda yeni aerovağzal kompleksi istifadəyə verilib.
Jurnal yazır ki, Avropa Oyunlarına ev sahibliyi Azərbaycana gələcəkdə mötəbər idman yarışlarını keçirməyə imkan verəcək. Gələn il Bakıda keçiriləcək Şahmat Olimpiadası və “Formula-1” üzrə Avropa “Qran-pri” yarışları, 2017-ci ildə təşkil ediləcək IV İslam Həmrəyliyi Oyunları, “Avro-2020”-nin final mərhələsinin bir neçə qarşılaşması məhz bu yarışlardandır.
Xəbər lenti
Hamısına baxAnalitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45

