Erməni lobbisi ABŞ-ın imicinə zərbə vurur
09.08.2014 [11:04]
Konqresə namizədlərə ünvanlanan anketdə yer alan sorğular rəsmi Vaşinqtonu işğala haqq qazandırmağa, separatçı rejimi himayədarlığa səsləyir
Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində yaranan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi uzun illərdir ki, həll edilməmiş qalır. Problemin həlli istiqamətində aparılan danışıqlar prosesində Azərbaycanın mövqeyi dəyişməzdir. Münaqişənin ədalətli həlli ilə bağlı beynəlxalq sənədlərə və konvensiyalara əsaslanan ölkəmiz problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tələb edir. Bunun qarşılığında isə Ermənistan hər zaman qeyri-konstruktiv mövqe nümayiş etdirərək münaqişənin sülh yolu ilə həll edilməsinə maneçilik törədir.
Qeyd olunduğu kimi, bu gün Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti Dağlıq Qarabağ münaqişəsinin həllidir. Məhz bu istiqamətdə aparılan fəaliyyət, danışıqlar müstəvisində ölkəmizin əldə olunan üstünlük mühüm uğurlar qazandığımızı deməyə əsas verir. Digər tərəfdən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət prinsipləri əsasında həll edilməsi istiqamətində ardıcıl fəaliyyət göstərilir. Təəssüf ki, dalana dirənən işğalçı ölkənin məsələyə münasibəti isə hər zaman qeyri-konstruktivliklə müşayiət olunur.
Bu gün dünya ermənilyi, əsasən də xarici ölkələrdə formalaşdırılan erməni lobbisi yalan təbliğatları ilə öz məkrli niyyətlərini ortaya qoyurlar. Bir sıra dövlətlərin qanunverici orqanlarında müəyyən təsirlər vasitəsilə istəklərini həyata keçirməyə çalışan ermənilərin hiylələrinin, yalanlarının hansı məqsədə yönəldiyi isə gün kimi aydındır.
Məsələn, bu il ABŞ-da Konqresə keçiriləcək seçkilərlə bağlı namizədlərə 2014-cü il üçün Ermənistan-ABŞ məsələlərinə dair ünvanlanmış sorğu anketi bu erməni məkrinin daha bir sübutu sayıla bilər. Ermənilərin guya ABŞ-Ermənistan “münasibətlərinin gələcəyini” müəyyənləşdirmək üçün hazırladıqlarını iddia etdikləri bu sorğu-anketdə qeyd olunan məzmun bir daha onu sübuta yetirir ki, ümumilikdə ermənilərin, o cümlədən, erməni lobbisinin niyyəti, məqsədi terroru dövlət siyasətinə çevirmək, işğal faktını və miqyasını daha da genişləndirmək və bu yöndə aparıcı dünya güclərindən istifadə etməkdir.
Qeyd etmək lazımdır ki, adıçəkilən anketdə Azərbaycan və Türkiyə ilə bağlı vurğulanan məsələlər özü göstərir ki, bu sənədin hazırlanaraq ünvanlanması başqa məqsədə xidmət göstərir. Məsələn, anketdə namizədlərdən qondarma “soyqırımı” ilə bağlı qanunvericilik cəhdlərini dəstəkləyib-dəstəkləməyəcəkləri soruşulub. Sualdan əvvəl isə anketdə mövzu ilə bağlı erməni təbliğat maşınının məhsulu olan saxta məlumatlar verilir, bununla da Türkiyəyə qarşı mənfi rəy formalaşdırılmağa çalışılır. Bu faktın özü bir daha sübut edir ki, ermənilər dünyaya yaydıqları ölüm, terror təhlükəsini başqa-başqa dövlətlərin ayağına yazaraq özlərindən məzlum xalq obrazı yaratmaq niyyətindədirlər. Məhz anketdə vurğulanan həmin sualdan öncə verilən “aydınlaşdırma” bunu sübut edir. Ermənilər özlərinin tarixi cinayətlərini ört-basdır etməklə Türkiyəni onlara qarşı “soyqırımı” törətməkdə günahlandırmağa və ABŞ Konqresinin əli ilə bunu “isbat etməyə” çalışır.
Anketdə qeyd edilən digər bir sualda isə Türkiyədəki xristian kilsələrinin ermənilərə verilməsi məsələsi qoyulub. Təbii ki, buradakı məqsəd də eynidir. İstər ümumilikdə Cənubi Qafqaz regionuna, istərsə də Yaxın Şərq ərazisinə sonradan gələn, nəinki bu coğrafiyada, ümumiyyətlə hər hansı bir tarixi keçmişə və kimliyə malik olmayan ermənilər adıçəkilən ərazilərdə yaşayan müsəlmanların xristian keçmişini mənimsəməyə niyyətləniblər. Bu məqsədlə də ABŞ Konqresinə namizədliyi irəli sürülən şəxslərdən istifadə etmək istəyən ermənilər yenə də məkrli planlar qurmaqdadırlar.
Anketdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suallar da qırmızı xəttlə keçir. Belə ki, son illərdə Azərbaycanın siyasi-iqtisadi üstünlüklərindən qorxan, Azərbaycanın işğal edilən ərazilərində yaradılan qondarma bir rejimin süqutuna az müddətin qaldığını hiss edən erməni lobbisi narahatlığını açıq şəkildə büruzə verir. Namizədlərdən ABŞ-ın Ermənistana və Dağlıq Qarabağa göstərdiyi daimi inkişaf və humanitar yardımı dəstəkləyib-dəstəkləmədiklərinin soruşulması da bu qorxudan qaynaqlanır. Məlumdur ki, ABŞ Konqresi hər il Ermənistana və Dağlıq Qarabağdakı qondarma rejimə maliyyə yardımı ayırır. Azərbaycan ictimaiyyətinin narazılığına səbəb olan bu addım isə birmənalı şəkildə regiondakı sabitliyə təhlükə törədir. Həssas konflikt olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məhz Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasətinin nəticəsi olduğu üçün ABŞ-ın ayırdığı yardımlar sülhün, ədalətin bərpa edilməsinə maneə törədir. Əslində isə, özünü dünyada demokratiyanın keşikçisi adlandıran ABŞ beynəlxalq aləmin münaqişə ilə bağlı sənədlərini, BMT-nin qətnamələrini yerinə yetirməyən Ermənistana qarşı sanksiyalar tətbiq etməli, regionda ədalətin bərpasına nail olmalıdır. Qeyd edilən “humanitar yardımlar” isə Dağlıq Qarabağda formalaşdırılan cinayətkar rejimə birbaşa dəstək sayılır və heç bir məntiqə və hüquqi çərçivələrə sığmır.
Anketdə namizədlərdən ABŞ-la Ermənistan arasında iqtisadi əlaqələri genişləndirəcək ticarət və investisiya layihələrinin həyata keçirilməsinə münasibətləri də soruşulur. Əslində, bu faktın özü Ermənistanın hansı çıxılmaz durumda olmasını isbat edən dəlillərdəndir. Belə ki, bu gün Ermənistanda hakimiyyətdə olan xunta ilə ABŞ-da yaşayan erməni lobbisinin fikirləri üst-üstə düşmür. Erməni lobbisinin bu ölkəni Qərblə yaxınlaşdırmaq istəkləri elə istək olaraq qalır.
Bundan başqa, anketdə Azərbaycanın öz torpaqlarını hərbi yolla azad edəcəyi təqdirdə ölkəmizə təzyiq göstərilməsinə, həmçinin, Azadlığa dəstək aktına 907-ci düzəlişin davam etdirilməsinə, Türkiyənin Ermənistana tətbiq etdiyi blokadanın qaldırılması yönündə fəaliyyətə çağırış xarakterli suallar da yer alıb. Birmənalı şəkildə vurğulamaq lazımdır ki, cəbhə xəttində ermənilərin son təxribatlarının qarşısının alınması xaricdəki erməni lobbisini də qorxuya salıb. Azərbaycanın iqtisadi qüdrətinin qarşısında əyilən ermənilər məhz bu yolla-xarici ölkələrin konqresmenlərinə təzyiq etməklə özlərinin işğalçılıq planlarını təminat altına almağa niyyətləniblər. O ki qaldı işğala məruz qalmış Azərbaycana qarşı ən böyük haqsızlıqlardan sayılan 907-ci düzəlişin indiyədək saxlanmasına və bu yöndə erməni lobbisinin fəaliyyətinə, bu faktın özü ABŞ-ın imicinə ən böyük zərbələrdəndir. Ermənilərin bu cür əl-ayağa düşməsi isə bu rüsvayçı qərarın ömrünü uzatmağa xidmət göstərir.
Qeyd etmək lazımdır ki, ermənilərin məkrli hiylələri ABŞ-ın da dövlət maraqlarına qarşı ən böyük təhlükələrdəndir. Erməni lobbisinin təsiri və təzyiqi ilə haqsızlıqlara göz yummaq, işğala dəstək vermək, qondarma separatçı rejimlərə himayədarlıq göstərmək təbii ki, istər ABŞ üçün, istərsə də Konqresə seçiləcək üzvlər üçün başucalığı gətirməyəcək. Əksinə, bu təxribat xarakterli anketdə qeyd edilən hiylələrə uymaq ABŞ-ın dünyadakı imicinə böyük bir təhlükə yaradır.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58
