Erməni lobbisi Konqresi ABŞ-ın maraqlarına zidd fəaliyyətə təşviq edir
08.08.2014 [09:38]
Amerika Erməni Milli Komitəsi erməni yalanlarını “sorğu” adı altında konqresmenliyə namizədlərin beyinlərinə yeritməyə çalışır
Bildiyimiz kimi, erməni lobbisi, xüsusən də onun ABŞ-dakı qolu Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin, Türkiyəyə qarşı qondarma “soyqırımı” iddialarının, eləcə də, müxtəlif ölkələrdə, Yaxın Şərq regionunda yaşayan erməni icmalarının həmin dövlətlərin maraqlarına zidd istəklərinin gerçəkləşməsi üçün təbliğat aparır, ABŞ rəsmi dairələrinə, məmurlarına müxtəlif yollarla təsir göstərməyə çalışır. Fəaliyyətində çirkin üsullara üstünlük verən erməni lobbisi ABŞ konqresmenlərini də ermənipərəst mövqe sərgiləməyə təhrik edir.
Belə ki, Amerika Erməni Milli Komitəsi bu il ABŞ-da Konqresə keçiriləcək seçkilərlə bağlı namizədlərə 2014-cü il üçün Ermənistan-ABŞ məsələlərinə dair sorğu anketi hazırlayıb. Anketdə Azərbaycan və Türkiyə ilə bağlı məsələlər də yer alıb və burada bir daha erməni yalanı və hiyləsi, ermənilərin türklərə və azərbaycanlılara qarşı məkrli münasibətləri özünü aydın şəkildə göstərir.
Anketdə namizədlərə Amerikada erməni seçiciləri “narahat edən” suallar təqdim olunur. Əslində isə sorğu adı altında erməni yalanları namizədlərin beyinlərinə yeridilməyə çalışılır. Məsələn, anketdə namizədlərdən qondarma “soyqırımı” ilə bağlı qanunvericilik cəhdlərini dəstəkləyib-dəstəkləməyəcəkləri soruşulub. Sualdan əvvəl isə anketdə mövzu ilə bağlı erməni təbliğat maşınının məhsulu olan saxta məlumatlar verilir, bununla da Türkiyəyə qarşı mənfi rəy formalaşdırılmağa çalışılır.
Anketdəki başqa bir sualda isə Türkiyədəki xristian kilsələrinin ermənilərə verilməsi məsələsi qoyulub. Ümumiyyətlə, erməni lobbisi fəaliyyətinin bir hissəsini Türkiyədəki bütün xristian kilsələrinin erməniləşdirilməsi üzərində qurub. Bu, ermənilərin Qafqazın və Yaxın Şərqin hazırda müsəlman olan xalqlarının xristian keçmişini mənimsəmək yolu ilə özlərinə “tarix” düzəltmək siyasətinin bir hissəsidir.
Anketdə namizədlərdən ABŞ-ın Ermənistana və Dağlıq Qarabağa göstərdiyi daimi inkişaf və humanitar yardımı dəstəkləyib-dəstəkləmədikləri də soruşulur. Məlumdur ki, ABŞ Konqresi hər il Ermənistana və Dağlıq Qarabağdakı qondarma rejimə maliyyə yardımı ayırır. Azərbaycan ictimaiyyətinin narazılığına səbəb olan bu addım regiondakı sabitliyə təhlükə törədir. Çünki həssas konflikt olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məhz Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasətinin nəticəsidir. Bölgənin əsas münaqişə ocağı olan bu konfliktin ABŞ-ın da dövlət maraqlarına uyğun olaraq, sülh yolu ilə ədalətli və davamlı həlli üçün işğalçı Ermənistana yardım etmək yox, əksinə, iqtisadi, siyasi təcridetmə yolu ilə sülhə dəvət etmək lazımdır.
Konqresin hər il Dağlıq Qarabağdakı rəsmi Yerevana bağlı qondarma rejimə maliyyə ayırması isə dünya ictimaiyyəti, o cümlədən ABŞ-ın Azərbaycan ərazisi kimi qəbul etdiyi bir bölgədə qurulan, beynəlxalq ictimaiyyətin tanımadığı cinayətkar rejimə birbaşa dəstək olur, heç bir məntiqə və hüquqi çərçivələrə sığmır.
Anketdə namizədlərdən ABŞ-la Ermənistan arasında iqtisadi əlaqələri genişləndirəcək ticarət və investisiya layihələrinin həyata keçirilməsinə münasibətləri də soruşulur. Əslində, konqresmen olacaq şəxslərin bu məsələyə münasibətindən asılı olmayaraq, erməni diasporu ilə Ermənistan rəhbərliyi arasındakı fikir ayrılığı bu məsələdə özünü göstərir. Belə ki, ABŞ-dakı erməni lobbisinin Qərb investisiyalarını Ermənistana yönəltmək cəhdləri illərdir ki, buradakı monopolist, korrupsioner oliqarxiyanın maneələri ilə üzləşir.
Anketdə Azərbaycanın öz torpaqlarını hərbi yolla azad edəcəyi təqdirdə ölkəmizə təzyiq göstərilməsinə, həmçinin, Azadlığa dəstək aktına 907-ci düzəlişin davam etdirilməsinə, Türkiyənin Ermənistana tətbiq etdiyi blokadanın qaldırılması yönündə fəaliyyətə çağırış xarakterli suallar da yer alıb. Əslində, tamamilə məntiqsiz bir addım olan 907-ci düzəliş vaxtilə öz ərazilərinin işğalına mane olmağa çalışan Azərbaycana deyil, ölkəmizin beynəlxalq ictimaiyyət, o cümlədən rəsmi Vaşinqton tərəfindən tanınan torpaqlarını ələ keçirən Ermənistana qarşı tətbiq olunmalı idi. 907-ci düzəlişin indiyədək saxlanması və erməni lobbisinin fəaliyyəti ABŞ-ın imicinə zərbə vuran bu rüsvayçı qərarın ömrünü uzatmağa xidmət edir.
Göründüyü kimi, erməni lobbisinin mənfur niyyətləri və fəaliyyəti təkcə Azərbaycan və Türkiyəyə deyil, elə ABŞ-ın maraqlarına və nüfuzuna qarşı da yönəlib.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03

