İlaxır çərşənbə - Torpaq çərşənbəsi
14.03.2023 [10:48]
Oyanış dirilmə, canlanma...
Yeganə BAYRAMOVA
Bu gün ilaxır - torpaq çərşənbəsidir. Xalq arasında ilaxır çərşənbəyə “Yer çərşənbəsi”, “Çərşənbə-suri” də deyilir. Novruzdan əvvəl onun bərəkətlilik simvolu olan 4 çərşənbəni qeyd edirik. İlaxır çərşənbə isə xüsusilə fərqlənir. Bu çərşənbə torpağın və özündən əvvəlki 3 mühüm ünsürün - su, od və yelin oyanması, əkinçilik həyatının başlanmasına işarədir. Sonuncu çərşənbə artıq yazın gəlməsinə daha az vaxtın qaldığına işarədir.
Bayrama necə başlamaq lazımdır?
Axır çərşənbəyə bir neçə gün qalmış evlər təmizlənər. Deyilənlərə görə, bu bayramda təzə paltar geyinmək uğur gətirər. Küsülülər barışar, nəhs danışılmaz, nalayiq işlər görmək olmaz. Sonuncu çərşənbə günü insanın əməli, niyyəti, nəfsi də təmizlənmiş olar.
Niyyət axşamı...
İlaxır çərşənbə axşamı cavan qızlar bir yerə yığışırlar. Bir qaba su tökürlər, əllərindəki üzükləri çıxarıb saçlarına salırlar. Niyyət tutub üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarlarına dəyir. Üzük neçə dəfə qaba dəyirsə, deməli, həmin qızlar o yaşda da gəlin köçəcəklər.
İnanclara görə, axır çərşənbə gecəsi niyyət tutub yatmaq lazımdır. Sonra isə gecə yarısı yuxudan durub şamı yandırmaq və onu götürüb güzgüyə yaxınlaşırlar. Deyilənə görə, bunu edən qızlar güzgüdə gələcək nişanlısını görə bilərlər.
Bundan başqa, ilaxır çərşənbə axşamı ana uşaqlarının başından tük götürür və axar suya atır. Bir qab həmin yerdən su götürür və uşaqlarının üstünə çiləyir. Bu su təmizlik, sağlamlıq, paklıq rəmzi hesab olunur və həmin ili uşaqlar xəstələnmir.
İlaxır çərşənbə günü evində olmayan şəxs...
İlaxır çərşənbədə hər bir evdə bayram xonçası hazırlanar. Xonçanın ortasına səməni qoyular və ətrafına müxtəlif şirniyyatlar, qoğal, şəkərbura, paxlava, fındıq, qoz, iydə, innab, kişmiş, badam, şabalıd, boyanmış yumurtalar və s. düzülər. Süfrəyə yeməklərin şahı sayılan plov (bayram aşı) gətirirlər. Bayram günü hər kəs çalışar ki, öz evində olsun və ailəsi ilə birlikdə bayram süfrəsində otursun. İnanclara görə, ilaxır çərşənbə günü öz evində olmayan şəxs yeddi il ilaxır çərşənbəni evində olmaz. İlaxır çərşənbə günü nişanlı qızlara, yeni ailə qurmuş gənclərə də bayram xonçası və pay aparılır. Bayram payı müxtəlif hədiyyələr, meyvələr, şirniyyatlar və geyimlərdən ibarət olur.
Yeri gəlmişkən, ilaxır çərşənbəsində yerinə yetirilən bəzi Novruz adət-ənənələrimiz ilk dəfə “Dəli Kür” filmində səhnələşdirilib. Həmin səhnə Şamaxının Dədəgünəş kəndində çəkilib. Beləliklə, Azərbaycan kino filmi tarixində ilk dəfə Novruz bayramı bu filmdə ekranlaşdırılır. Bugünədək həmin səhnə filmin ən maraqlı və gözəl anlarından biri kimi yaşayır.
Filmin bir neçə epizodunda Novruz bayramı ilə bağlı kadrlar-şagirdlərin müəllimlərinə bayram payı gətirməsi, rus müəllimlə yumurta döyüşdürmə, kənd uşaqlarının “Dirədöymə” oynamaları, bacadan şal atmaları və s. təsvir olunub.
Adət-ənənələrimiz
Mövzu barədə “Yeni Azərbaycan”a danışan folklorşünas Məhəmməd Məmmədov bildirib ki, torpaq çərşənbəsində şənlik və mərasimlər özünəməxsusluğu və rəngarəngliyi ilə seçilir. Onun sözlərinə görə, insanlar sübh tezdən su üstünə çıxar, arzusunu suya danışar və ondan imdad diləyərdilər: “Axşam isə tonqallar alovlanar, üzərlik yandırılar, bacalardan torbalar sallanar, qulaq falı qurular, oyunlar oynanılardı. İlaxır çərşənbələrdə ev və çöl ilə bağlı çoxlu mərasim xarakterli adət-ənənələr var. Təmizlik elə aparılmalıdır ki, həyət-bacanın, ev-eşiyin təmizlənməsi, səliqə-sahmanı, gözəlliyi, Novruz üçün hazır olsun və nəzərə çarpsın”.
M.Məmmədov ilaxır çərşənbədə icra olunan bəzi ayin nümunələrini xatırladıb: “Torpaq çərşənbəsində gecə dan qaranlığında, yəni sübhün gözü açılar-açılmaz axar su üstünə gedilər. Suya salam verib “ağırlığım-uğurluğum tökül” deyə 3 dəfə suyun üstündən atlanırlar. Sonra sudan bir səhəngə doldurub gətirər həyət-bacaya, ev-eşiyə, paltar-palaza, mal-qara üstünə səpilir. Axır çərşənbədə un çuvalının ağzını açıq qoyarlar ki, bərəkət payalananda bağlı qalmasın.
Axır çərşənbə gecəsi cavan qızlar xeyli aralıdan arxası qapıya durub ayaqlarındakı ayaqqabının sağ tayını geriyə atarlar. Ayaqqabının burnu qapıya tərəf düşsə, demək yaxın vaxtda ailə quracaq. İlaxır çərşənbə axşamında bir neçə parça kömürü, bir ovuç duzu və bir-iki qara pulu kuzəyə qoyub damadan atarlar. Deyilənə görə, kömür qara günün, duz gözüşorluluğun, acgözlüyün, qara pul da yoxsulluğun nişanəsidir. Onları kuzəyə qoyub damdan atmaqda niyyət qara gündən, gözüşorluqdan, yoxsulluqdan qurtulmaq arzusudur.
İlaxır çərşənbədə baltanın küpü meyvə ağaclarının kötüyünə bir-iki dəfə yüngülcə vurub deyərlər: “Nə yatmısan, oyan, bərəkət payını götür”. Deyilənə görə, həmin il ağacların məhsulu bol olar”.
Folklorşünasın sözlərinə görə, ilaxır çərşənbədə havanın necə olmasında asılı olmayaraq, insanlar həmişə tarlaya çıxar, əkinə əl qoyub küt qoşar, bunu edə bilməyənlər isə heç olmasa torpağı 2-3 dəfə belləyərdilər. Burada məqsəd torpağı yuxudan oyatmaq və artıq əkinçilik vaxtının yetişdiyini xəbər verməkdir: “İlaxır çərşənbədə qapıpusma və başqa fallar var, insanlar ürəklərində niyyət edib qapı pusarlar. Niyyətləri ilə evdən eşitdikləri sözlər arasında müəyyən uyğunluqlar tapmağa çalışarlar. Bu uyğunluq tapılarsa, o zaman arzularının reallaşacağına inanarlar.
Bu bayramda gənclər səhərə qədər yatmazlar, şənlənib, oxuyub-oynayarlar. Bu sonuncu çərşənbədə insanlar qorxuya, çətinliklərə, uğursuzluqlara sinə gərərək yeni ilə təzə bir ruh, sağlam əhval-ruhiyyə ilə çıxmaq arzusunda olarlar”.
İlaxır çərşənbəmiz mübarək olsun! Süfrəmiz ruzi-bərəkətli, arzu-niyyətləriniz çin olsun!
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
28 Sentyabr 20:43

Xəbər lenti
28 Sentyabr 20:40

Xəbər lenti
28 Sentyabr 20:19

Xəbər lenti
28 Sentyabr 19:14

Xəbər lenti
28 Sentyabr 18:55

Xəbər lenti
28 Sentyabr 18:40

Xəbər lenti
28 Sentyabr 18:30

Xəbər lenti
28 Sentyabr 18:20

YAP xəbərləri
28 Sentyabr 18:00

Xəbər lenti
28 Sentyabr 17:23

Xəbər lenti
28 Sentyabr 17:20

Xəbər lenti
28 Sentyabr 17:14

Xəbər lenti
28 Sentyabr 16:25

Xəbər lenti
28 Sentyabr 16:22

Xəbər lenti
28 Sentyabr 16:16

İdman
28 Sentyabr 15:43

Xəbər lenti
28 Sentyabr 15:23

Dünya
28 Sentyabr 15:00

Xəbər lenti
28 Sentyabr 14:46

Xəbər lenti
28 Sentyabr 14:24

Xəbər lenti
28 Sentyabr 14:17

Xəbər lenti
28 Sentyabr 14:15

Xəbər lenti
28 Sentyabr 14:01

İdman
28 Sentyabr 13:58

Xəbər lenti
28 Sentyabr 13:52

Xəbər lenti
28 Sentyabr 13:31

Xəbər lenti
28 Sentyabr 13:21

Xəbər lenti
28 Sentyabr 13:11

Xəbər lenti
28 Sentyabr 13:08

Xəbər lenti
28 Sentyabr 12:58

Xəbər lenti
28 Sentyabr 12:56

Xəbər lenti
28 Sentyabr 12:53

Xəbər lenti
28 Sentyabr 12:52

Xəbər lenti
28 Sentyabr 12:50

Xəbər lenti
28 Sentyabr 12:35

Xəbər lenti
28 Sentyabr 12:33

Mədəniyyət
28 Sentyabr 12:28

İqtisadiyyat
28 Sentyabr 12:20

Xəbər lenti
28 Sentyabr 12:16

Xəbər lenti
28 Sentyabr 12:14

Mədəniyyət
28 Sentyabr 12:11

Siyasət
28 Sentyabr 12:05

Xəbər lenti
28 Sentyabr 12:04

Xəbər lenti
28 Sentyabr 11:57

Sosial
28 Sentyabr 11:54

Xəbər lenti
28 Sentyabr 11:41

Siyasət
28 Sentyabr 11:38

Xəbər lenti
28 Sentyabr 11:32

Xəbər lenti
28 Sentyabr 11:27

MEDİA
28 Sentyabr 11:20

Xəbər lenti
28 Sentyabr 11:15

Sosial
28 Sentyabr 11:10

Xəbər lenti
28 Sentyabr 11:02

Xəbər lenti
28 Sentyabr 10:58

Analitik
28 Sentyabr 10:55

Xəbər lenti
28 Sentyabr 10:50

Xəbər lenti
28 Sentyabr 10:44

Siyasət
28 Sentyabr 10:40

Xəbər lenti
28 Sentyabr 10:33

Xəbər lenti
28 Sentyabr 10:32

Xəbər lenti
28 Sentyabr 10:31

İqtisadiyyat
28 Sentyabr 10:30

Siyasət
28 Sentyabr 10:20

Gündəm
28 Sentyabr 10:10

Siyasət
28 Sentyabr 10:00

Xəbər lenti
28 Sentyabr 09:54

Xəbər lenti
28 Sentyabr 09:38

Xəbər lenti
27 Sentyabr 23:00

Xəbər lenti
27 Sentyabr 21:25

Xəbər lenti
27 Sentyabr 19:00
