On bir ayın sultanı
10.08.2010 [09:38]
Sabah, avqustun 11-də, on bir ayın sultanı olan müqəddəs Ramazan ayı başlayır. Bu gün axşam isə niyyət axşamıdır və öz niyyətlərini edib, namaz qılacaq soydaşlarımız sabah səhər saat 05-29 radələrində sübh namazı ilə oruc tutmağa başlayacaqlar.
ümumiyyətlə, bütün dünya müsəlmanları Ramazan ayının fəzilətindən yararlanmağa çalışırlar. Allahü-Təala Qurani-Kərimdə buyurmuşdur: “Orucdan başqa insanın bütün ibadətləri özünə aiddir. Oruc isə Mənə aiddir. Onun mükafatını özüm verəcəm”.
Ramazan ayı Allahın qulları üçün yaratdığı fürsətdir. Məhz Ramazan ayında Uca Allahın əmri ilə şeytanlar qandallanır, Cəhənnəmin qapıları bağlanır və Cənnətin qapıları açılır. “Ramazan ayının ilk gecəsi səmanın qapıları açılar və son gecəsinədək bağlanmaz” - deyə buyurub sevgili Peyğəmbərimiz (s.a.s). Bu ayda Allahın rəhməti, bərəkəti və lütfi öz itaətkar qullarının üzərində olur.
Tarix
Müqəddəs Ramazan ayı müsəlmanlara hicrinin ikinci (622-ci il) ili təyin edilib. Ramazan ayı insanlara Allahı sevməyi öyrədir, onlara öz iradə qüvvələrini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir. Və oruc tutmaqla ifadə olunur.
İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və ən müqəddəs ay hesab edilir. Onu məcazi mənada “on bir ayın sultanı” da adlandırırlar.
Qədr gecəsi
Qədr gecələrindən birində müqəddəs kitabımız olan Qurani-Kərim nazil olub. Həmin gecə “qədr” və ya “əhya” gecəsi adlanır. Qədr gecəsinin konkret olaraq hansı gün olduğu bilinmir. Bununla bağlı müxtəlif rəvayətlər var. Amma ümumi fikir belədir ki, qədr gecəsi Ramazan ayının son on gecəsindən biridir, həm də tək günün gecəsidir. Qafqaz Müsəlmanları İdarəsinin tərtib etdiyi cədvələ əsasən, builki əhya gecələri Ramazan ayının 18-dən 19-a, 20-dən 21-ə, 22-dən 23-ə, 24-dən 25-nə və 26-dan 27-ə keçən gecələrinə təsadüf edəcək.
Qurani-Kərimdə “Qədr surəsi” vardır. Bu surədə qədr gecəsi haqda belə yazılır: “Biz bu gecə həqiqətən qüdrət, əzəmət hədiyyə etmişik, bu gecə min aylardan da qüdrətlidir, mələklər aşağı enərək, Allahın əmrini gözləyirlər, bu gecə şəfəqin doğmasına qədər aləmdir, sübhdür”.
Ənənələr
Orucluq ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək, ər-arvad borcunu yerinə yetirmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, boylu qadınlar, cəbhədə vuruşanlar, yolçular (səyyahlar) azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 sutka davam edir. Quranda yazılır: “Yeyin, için, ta qara sap ağ sapdan seçilənəcən, sonra qaranlıq düşənəcən oruc tutun”.
Peyğəmbərimiz (s.ə.s) buyurur ki, Ramazan ayı gələndə cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar, şeytanlar da zəncirdə olar. Döyüşdə və ya əsirlikdə olduğuna görə oruc tutmayanlar sonra münasib bir vaxtda onun əvəzini (qəzasını) tutmalı və ya fidyə verməlidirlər.
Orucu qəsdən pozanlar isə onun əvəzini tutmaqla yanaşı, tövbə etməli və kəffarəsini ödəməlidirlər. Kəffarə isə 60 gün oruc tutmaq, yaxud 60 yoxsulu yedirtməkdir. 60 günlük kəffarə orucuna bir günlük qəza orucu da əlavə olunur.
Orucluğun başa çatdığı gün fitr bayramı adlanır. Həmin gün bütün müsəlmanlar bir-birlərini təbrik edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, ruhlarına dualar oxuyurlar. Bayram günü hər kəs öz himayəsində olanlar üçün təqribən 3 kq buğda, yaxud xurma və ya kişmiş miqdarında kasıblar üçün fitrə zəkatı verməlidir.
Orucluq insanlara öz iradələrini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları paklığa, xeyirxahlığa dəvət edir.
Oruclu olana savab olan əməllər
Oruc tutan üçün sahur (səhər yeməyi) yemək savabdır. Bu oruc tutan insana güc, qüvvət verir. Tez (amma zamanında), yəni axşam namazından öncə orucu açmaq savabdır. çünki əvvəl namaza gedən bir insanın fikri yeməkdə qalar, namazına zərərli olar, yemək yeyərsə, rahatca namazını qılar. Orucu su və xurma ilə açmaq bəyənilir. Oruclu olanın xeyirli işlər, yardımlar etməsi savabdır.
Orucun şərtləri
Oruc kimlər üçün fərz (məcburi) ola bilər?
İlk öncə oruc tutan müsəlman, ağıllı və həddi-buluğ yaşda olmalıdır (uşaqlara fərz deyil, amma tuta bilərlər). Sağlamlıq və yolda olmamaq. Xəstə və səfərə gedənlərə oruc fərz deyil (amma bir ziyanı olmazsa tuta bilərlər). Belələri Ramazan orucunu sonra qəza edərlər (başqa günlərdə tutarlar).
Oruca niyyət
Hər hansı bir oruca qəlbdə niyyət kifayətdir, bu niyyətin dilə gətirilməsi bəyənilən bir əməldir. Oruca niyyət vaxtı oruc tutulacaq gündən öncəki gün - gün batandan sonradan oruc tutulacaq gün-günortaya qədər, Ramazan orucuna isə ilkindi vaxtına kimi niyyət etmək olar. Gün batandan sonra həmin günə və ya batma anında niyyət edilməz. (Malikilərə görə niyyət səhər gün doğana kimi edilməlidir) Qəza və ya kəffarə oruclarına gecə səhərə, dan yeri sökülənə kimi niyyət edilməlidir. Edilməzsə, oruclu sayılmaz.
Ramazan ayının hər günü üçün ayrıca niyyət edilməlidir. çünki birinci gündən bir aya niyyət edilərsə gecələri yemək-içmək olmazdı.
Niyyətsiz oruc oruc sayılmaz. Ramazan ayı digər oruca niyyət edən Ramazan orucunu tutmuş olur. Bir qadın adət halındaikən sabahkı oruca gecə niyyət edər, səhər yuyunub oruc tutarsa, oruc tutmuş sayılır.
Orucluya günah olan və olmayan əməllər
Oruclu olanın yaş və ya quru misvakdan istifadə etməsi günah deyil. Oruclu olanın ağzını yuyarkən, dəstəmaz və ya qüsl alarkən sudan həddən artıq ağzına və burnuna çəkməsi günahdır (udularsa orucu pozar). Bişirilən bir yeməyin dadına baxmaq günahdır. Oruclu insandan qan alına bilər. Amma, qan alınarkən zəiflərsə, pis təsir edərsə günahdır. Sərinləmək və susuzluğu yatırmaq üçün ağız-burunun yaşlanması, yaxalanması günahdır. özünə güvənməyən bir oruclunun yoldaşını öpməsi, qucaqlaması günahdır.
Dodaqlardan dərin öpüş hər iki halda günahdır. Oruclunun hər hansı bir ətir vurması, sürmə çəkməsi, qoxular qoxulaması günah deyil (Amma dərini qidalandıran kremlər və qadınlara dodaq boyaları günahdır).
Orucu pozan və pozmayan əməllər
Qəsdən yemək, içmək, siqaret çəkmək, cinsi münasibətdə olmaq və s. orucu pozur. Bunların bəziləri qəza (sonra günə-gün tutmaq), bəziləri isə kəffarə (sonra bir günün əvəzinə bir neçə gündən iki aya kimi oruc tutmaq) gərəkdirir.
Unudaraq yemək-içmək orucu pozmaz, amma, xatırlayan kimi ağızda qalan yemək atılmalı, udulmamalıdır. Yarı-yuxulu yeyib-içmək orucu pozar.
Oruclu adam unudaraq yeyərkən ona oruclu olduğu deyilsə, amma yeməyə davam etsə orucu pozulur, qəza gərəkər. Oruclu olduğu yadındadır, amma səhvən boğazından nə isə keçsə oruc pozulur.
Başdan buruna enən maddəni geri sümkürüb udmaq orucu pozmaz. Amma bu maddə burundan çölə çıxıb ağıza daxil olar, boğazdan içəri ötürülərsə, pozar. Tüpürcəyi udmaq orucu pozmaz. Tüpürcək ağızdan çölə çıxarsa, onu yenidən udmaq orucu pozar. Dişdən qan çıxar və bu qan udularsa oruc pozulur. Göz yaşı və tər ağıza girərsə, bir-iki damcı orucu pozmaz, çoxdursa pozar.
Yeyilməyən şeylər: toz, dişə qoyulan dərman (ondan çıxan maddə), hər-hansı bir həşərat boğaza girərsə, orucu pozmaz. Amma dərman qəsdən udularsa, orucu pozar. Rəngi çıxan bir ipliyi ağıza alıb çıxarmaq orucu pozmaz. Dişin arasında qalan yemək qırıntısı kiçiksə udula bilər, noxud boyda və ya böyüksə, udulması orucu pozar.
Oruc tutmağı mubah (nə günah, nə savab) edən üzürlər
Yolçuluq - Ramazanda ən az üç günlük bir yerə gedən insan oruc tutmayıb, sonra qəza edə bilər. Əgər səfərə çıxmadan tutubsa, o gün orucuna davam etməsi gərəkdir, pozarsa, kəffarə gərəkmir.
Xəstəlik - Bir xəstə zəifləyəcəyi, canının təhlükədə ola biləcəyi, ağlını itirə biləcəyindən qorxursa, oruc tutmayıb, sonra qəza edə bilər, oruc tutarsa, poza bilər, kəffarə gərəkməz.
Şiddətli aclıq və susuzluq - Müsəlman bir həkim tərəfindən aclıqdan halının pisləşməsi, öləcəyi və s. xəbərdarlıqlarını alan orucunu pozsa qəza gərəkir, kəffarə gərəkməz.
Hamiləlik və əmizdirən analıq - Ramazanda hamilə olan, öz və ya başqasının uşağını əmizdirən bir qadın uşağa və özünə zərər gələcəyindən qorxarsa, orucunu qəzaya saxlaya bilər.
Ziyafət - Qonaqlıq verən və ya qonaqlığa çağırılan birisi nafilə orucunu poza bilər, kəffarə gərəkməz.
Yaşlılıq - çox yaşlı olanlar acları doyursa, yoxsulları geydirsə, olar.
Qeyd edək ki, 1993-cü ildən başlayaraq, Azərbaycanda Orucluq bayramı dövlət səviyyəsində qeyd olunur. Bu günlərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar fətva verib. Bu münasibətlə Qazılar Şurasının iclası keçirilib. Qeyd olunub ki, Ramazanın ilk günü bu il avqust ayının 11-ə təsadüf edir. Avqustun 10-u orucluğun niyyət gecəsidir. Şəvval hilalının görünməsindən asılı olaraq, Ramazan bayramı sentyabrın 9-u və ya 10-na təsadüf edəcək: “Uca Allah bu mübarək ayda insanlara daha çox savab qazanmaq, günahlarının bağışlanması üçün imkan yaradır, qəlblərində xoş əməllərə meyli artırır, nəfsə və şərə qalib gəlməyin yollarını göstərir”.
Bildirilib ki, QMİ Ramazan orucunu tutanlara kömək məqsədilə xüsusi cədvəl və yaddaş kitabçası hazırlayıb: “Oruc və namaz vaxtlarını ayrı-ayrı qurumlar tərəfindən hazırlanan, təfriqə yaradan cədvəllərə deyil, Şamaxı Astrofizika Rəsədxanası ilə birgə hazırlanan elmə əsaslanan milli-mənəvi birliyə xidmət edən bu cədvələ müvafiq nizamlamağı müsəlmanlara tövsiyə edirik. Cədvələ riayət olunmasının təmini qazılara, yerlərdəki səlahiyyətli nümayəndələrə, axundlara, imamlara həvalə olunur”.
QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək bütün xalqın, dindarların Ramazan ayında xeyirli əməllərlə məşğul olmasının vacibliyini vurğulayıb. “Bütün Qarabağ şəhidlərinə Allahdan rəhmət diləyirik” - deyən Şeyx, daha sonra, Azərbaycan ordusunun şəhid olan giziri Mübariz İbrahimovu da yad edib: “Həqiqətən, onun şücaəti bizim üçün örnək olmalıdır. Ona Allahdan rəhmət diləyirik”.
Qeyd edək ki, imsak vaxtının son həddi sübh namazı vaxtından 20 dəqiqə əvvəldir.
Səlim LOÄžMANOÄžLU
Xəbər lenti
Hamısına bax
Ədəbiyyat
20 Sentyabr 08:32

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37
