JUHİ sədri: “Jurnalist təşkilatları öz funksiyalarını sonadək yerinə yetirə bilmirlər”
14.09.2021 [09:35]
“Jurnalistlər arasında həmrəyliyin təmin edilməsində əsas öhdəlik jurnalist təşkilatlarının üzərinə düşür”.
Bunu “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib.
O bildirib ki, Azərbaycan mediasında jurnalistlər arasında həmrəylik böyük anlamda təmin olunub: “Media mənsubları vacib məqamlarda həmrəylik göstərə bilirlər. 44 günlük Vətən müharibəsi dövründə, eləcə də iki jurnalistimiz Kəlbəcərdə mina partlayışının qurbanına çevriləndə biz media həmrəyliyinin ən yüksək formasını gördük. Həmin məqamlarda hər kəs vahid mövqedən çıxış edib, həmrəylik göstərə bildi. Bununla yanaşı, jurnalistlərin həmrəylik nümayiş etdirməli olduqları məqamlar çoxdur. Hər hansı bir KİV qurumu, yaxud jurnalist hansısa problemlə üzləşəndə bu məsələlər əvvəlcə öz həmkarlarımız tərəfindən ictimailəşdirilməlidir”.
M.Ələsgərlinin sözlərinə görə, jurnalistlər öz peşələrini qorumaq, hüquqları pozulmuş həmkarlarının hüququnun bərpa olunması üçün bir araya gələrək həmrəylik göstərməlidirlər: “Bu sahədə isə bəzi çatışmazlıqlar mövcuddur. Əlbəttə, jurnalistlərimiz öz həmkarlarının problemlərinə biganə deyillər, həmkarlarının problemlərini ictimailəşdirirlər. Amma bu, problemin aradan qaldırılması üçün birinci mərhələdir. Jurnalistikada mövcud problemlərin aradan qaldırılması üçün göstərilən həmrəylik yetərli deyil. Çünki Azərbaycanda jurnalistlər arasında həmrəyliyi təşkil etməli olan qurumlar, yəni jurnalist təşkilatları öz funksiyalarını sonadək yerinə yetirə bilmirlər. Konkret addımların atılmasında müəyyən problemlər yaşayırlar. Buna görə də jurnalist təşkilatlarının funksionallığı xüsusi olaraq təmin olunmalıdır. Azərbaycanda jurnalist təşkilatları məsələsinə diqqət yetirilməlidir”.
İttifaq sədri azərbaycanlı jurnalistlərin beynəlxalq media məkanında fəaliyyətini müsbət qiymətləndirib: “Jurnalistlərimiz beynəlxalq media məkanına inteqrasiya oluna biliblər. Bunun nəticəsidir ki, ölkəmizdə baş verən hadisələr dərhal beynəlxalq reaksiya doğurur”.
Qeyd edək ki, bu gün - 8 sentyabr Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günüdür. 1943-cü il sentyabrın 8-də alman faşistləri tərəfindən qətlə yetirilmiş çexiyalı jurnalist Yulius Fuçikin xatirəsinə təsis edilib. Bu günün qeyd olunması ilə bağlı qərar 1958-ci ilin mayında Buxarestdə keçirilən Beynəlxalq Jurnalistlər Təşkilatının IV Konqresində qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42

