Mina təhlükəsinə dair gənclər arasında maarifləndirmə işi aparılıb
13.08.2021 [09:25]
12 avqust - Beynəlxalq Gənclər Günü münasibətilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə istiqamətində gənclər üçün təşkil olunan tədbirlərdə iştirak edib.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 12-də Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə təşkil edilən “Yay Fest” gənclər düşərgəsində iştirak edən gənclərlə ANAMA-nın Maarifləndirmə şöbəsi tərəfindən həmin mövzuda müzakirələr aparılıb.
Müzakirələr çərçivəsində düşmən tərəfindən quraşdırılan tələ minalar, insanları, əsasən də uşaq və gəncləri cəlb etmək üçün oyuncaq və ya fərqli görünüşdə hazırlanan əldəqayırma partladıcı qurğular, minalar və partlamamış hərbi sursatları tanıma, onların təhlükəsindən qorunma, təhlükəli ərazilərdə hərəkət qaydaları istiqamətlərində məlumat verilib, fikir mübadiləsi aparılıb. Eyni zamanda, iştirakçılara xəbərdaredici və maarifləndirici qaydalar əks olunan broşur və posterlər paylanıb.
Həmçinin həmin gün BMT-nin Uşaq Fondunun (UNICEF) və Avropa İttifaqının maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən həyata keçirilən “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsi çərçivəsində Ağdam, Goranboy, Tərtər və Bərdə rayonlarında fəaliyyət göstərən Məşvərət Şurasının üzvlərinə və Beynəlxalq Avrasiya Mətbuat Fondunun könüllülərinə Fondun təşkilatçılığı ilə ANAMA-nın maarifləndirmə üzrə mütəxəssisləri tərəfindən “Zoom” platforması vasitəsilə “Mina təhlükəsizliyi” mövzusunda növbəti tədbir keçirilib.
Mina və partlayıcı sursat təhlükəsinə dair maarifləndirmə biliklərinə yiyələnən gənclər təlim zamanı əldə etdikləri bilikləri həmyaşıdları ilə də bölüşərək, geniş maarifləndirmə təbliğatına dəstək olacaq və bununla da mina təhlükəsi riskinin azaldılması, vətəndaşlarımızın minadan zərərçəkmə hallarının qarşısının alınmasına töhfə verəcək.
Xəbər lenti
Hamısına baxSiyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48

