/ / Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının korrupsiyaya qarşı mübarizəyə dair xüsusi sessiyasında iştirak edib
Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının korrupsiyaya qarşı mübarizəyə dair xüsusi sessiyasında iştirak edib
04.06.2021 [09:25]
Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Korrupsiyanın qarşısının alınması, onunla mübarizə və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş xüsusi sessiyası (BMT BA-nın xüsusi sessiyası) işə başlayıb.
AZƏRTAC xəbər verir ki, sessiyada ölkəmizi Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti, o cümlədən Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev təmsil edir.
BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkırın açılış nitqi ilə başlamış tədbirdə korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizə sahəsində qarşıya çıxa biləcək çətinliklərin həlli yolları, BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının müddəalarının daha effektiv tətbiq edilməsi üçün mövcud olan nəzarət mexanizmləri, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi kimi mövzular ətrafında geniş müzakirələr aparılıb. Daha sonra BMT Baş Assambleyasının 2018-ci il 17 dekabr tarixli 73/191 nömrəli qətnaməsi əsasında yaradılmış və korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizə sahəsində qarşıya çıxa biləcək çətinliklərin həlli yollarına, həmin Konvensiyasının müddəalarının tətbiq edilməsi üçün mövcud olan nəzarət mexanizmlərinin və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək, Tərəf Dövlətlərinin birgə səyləri ilə hazırlanıb və korrupsiyaya qarşı mübarizədə kollektiv tədbirlərə yönəlmiş Siyasi Bəyannamə qəbul edilib.
Həmçinin BMT-nin nümayəndələrinin, Türkiyə, Rusiya, ABŞ, Böyük Britaniya, Avropa İttifaqı, Avstraliya, Norveç Krallığı, Meksika Birləşmiş Ştatları, Braziliya, Çin və Korrupsiya əleyhinə Konvensiyaya tərəf olan digər ölkələrin dövlət və hökumət başçıları, o cümlədən digər yüksəkvəzifəli şəxslər ilə yanaşı, videoformatda çıxış edən Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlər barəsində geniş məlumat verib. İştirakçılara bu sahədə effektiv mübarizə siyasətinin tərkib hissəsi kimi həyata keçirilmiş islahatlardan, ölkədə korrupsiyaya qarşı mübarizədə əhəmiyyətli rol oynayan “ASAN xidmət” mərkəzlərinin və eləcə də hüquq-mühafizə orqanlarının səmərəli fəaliyyətindən bəhs olunub, o cümlədən qəbul olunmuş Siyasi Bəyannamənin növbəti bir universal sənəd kimi tərəf dövlətlərin səylərinin daha da möhkəmləndirilməsinə böyük töhfə verəcəyinə inam ifadə olunub.
Habelə çıxışında ölkə təcrübəsində şəffaflıq və keyfiyyətlilik meyarlarının rəhbər tutulduğu kompleks tədbirlərə dair nümunələrə toxunan Baş prokuror son illər milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin, azad rəqabət mühiti və insan kapitalının inkişafının təmin edilməsinin ölkəmizin dünya miqyasında mövqeyini daha da gücləndirməsi, həmçinin Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış nüfuzlu beynəlxalq təşkilatlar olan Avropa Şurasının Korrupsiyaya Qarşı Dövlətlər Qrupunun, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Antikorrupsiya Şəbəkəsi ilə qarşılıqlı əməkdaşlığından danışıb.
Xüsusi sessiyaya əlavə olaraq, Azərbaycan tərəfinin təşəbbüsü ilə dünyada qeyri-kommersiya təşkilatlarında baş verən korrupsiya hüquqpozmaları ilə bağlı məsələlərin müzakirəsi üzrə müvafiq görüş keçiriləcək.
BMT BA-nın xüsusi sessiyası işini iyunun 4-dək davam etdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
04 Avqust 23:48
Dünya
04 Avqust 23:24
Dünya
04 Avqust 22:56
Dünya
04 Avqust 22:15
Dünya
04 Avqust 21:54
Dünya
04 Avqust 21:23
Dünya
04 Avqust 20:57
Dünya
04 Avqust 20:26
Dünya
04 Avqust 19:50
Dünya
04 Avqust 19:35
Dünya
04 Avqust 18:42
Dünya
04 Avqust 18:25
Dünya
04 Avqust 17:57
İdman
04 Avqust 17:40
Dünya
04 Avqust 17:35
Dünya
04 Avqust 17:10
Elm
04 Avqust 17:10
Dünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Siyasət
04 Avqust 12:59
Siyasət
04 Avqust 12:55
Siyasət
04 Avqust 12:54
Siyasət
04 Avqust 12:53
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17

