“Hər bir cəmiyyətin gələcək inkişafının əsasını uşaqlar təşkil edir”
02.06.2021 [09:15]
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar öz fikirlərini bildirib.
Komitə sədri deyib: “Əziz, gözəl və sevimli uşaqlar!
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.
Bu xoşbəxt gününüz münasibətilə sizi ürəkdən təbrik edirəm! Daim sağlam və gülərüz olasınız!
1 iyun tarixinin 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb və Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da bu tarix xüsusi olaraq qeyd edilir. Hər bir cəmiyyətin gələcək inkişafının əsasını uşaqlar təşkil edir. Daim qayğıya, şəfqətə ehtiyac duyan uşaqların hüquqlarının qorunması, onların layiqli vətəndaş kimi formalaşdırılması hər bir dövlətin başlıca sosial məsuliyyətidir.
Ölkəmizdə uşaqlara qayğının təcəssümü olan bu məsuliyyətin dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirilməsi məhz Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider hələ ötən əsrin 70-ci illərində ölkəmizə rəhbərliyi dövründə uşaqların təhsilinə, dünyagörüşlərinin zənginləşdirilməsinə və sağlamlıqlarının qorunmasına xüsusi diqqət göstərərək deyirdi: “Mən həyatımın, bu günümün, gələcəyimin xoşbəxtliyini məhz uşaqlara qayğıda, diqqətdə görürəm”.
Siz çox xoşbəxtsiniz ki, müstəqil Azərbaycan dövlətinin uşaqlarısınız! O dövlətin ki, dünyanın güclü dövlətləri siyahısında özünəməxsus yeri var. Məhz cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə müstəqillik dövrünün uşaqları böyüyərək torpaqlarımızı 30 illik erməni işğalından cəmi 44 gün ərzində azad etdi. Bizim dövlətimiz çox güclüdür. İnanıram ki, sizlər də böyüyüb dövlətimizi daha güclü, daha müasir edəcəksiniz.
Prezident İlham Əliyevin apardığı siyasətin əsasını həm də sizin hərtərəfli şəxsiyyət və ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmağınız üçün gördüyü işlər təşkil edir.
Uşaqlara yüksək diqqət və qayğı ilə yanaşan dövlət başçısı demişdir: “Uşaqlar cəmiyyətimizin sabahıdır. Onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması bizim əsas məqsədlərimizdəndir”.
Dövlətimiz bütün sağlam uşaqlarla yanaşı, xüsusi qayğıya ehtiyacı olan, o cümlədən sağlamlıq imkanları məhdud olan uşaqların da cəmiyyətə inteqrasiyasını daima diqqət mərkəzində saxlayır. Belə ki, Ulu Öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır.
Eyni zamanda, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə əlilliyi olan uşaqların tam sağalaraq cəmiyyətə qatılması və inteqrasiya olunması istiqamətində də çoxsaylı tədbirlər həyata keçirilir.
Mən bilirəm ki, siz çox güclüsünüz!
Biz də çox xoşbəxtik ki, siz müstəqil Azərbaycanın gələcəyisiniz!
Həm də ona görə xoşbəxtik ki, siz bizim arzularımızın ümid yerisiniz!
Biz böyüklər həm də gözəl bilirik ki, gələcəyimizi, yəni sizləri nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır.
Hamınızı bir daha təbrik edirəm! Xoşbəxt olun!!!
Tanrı sizləri və sizi sevənləri qorusun!! Amin!”.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

