/ / Ombudsman: Azərbaycan ilə Türkiyə arasında insan hüquqlarının qorunması istiqamətində sıx əməkdaşlıq formalaşıb
Ombudsman: Azərbaycan ilə Türkiyə arasında insan hüquqlarının qorunması istiqamətində sıx əməkdaşlıq formalaşıb
07.04.2021 [09:17]
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyə Respublikasının Baş ombudsmanı Şərəf Malkoçun dəvəti əsasında Ankara şəhərində rəsmi səfərdədir.
AZƏRTAC xəbər verir ki, ombudsman Səbinə Əliyeva əvvəlcə Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbiri ziyarət edib.
Sonra ombudsman Səbinə Əliyeva Türkiyə Ombudsman təsisatının fəaliyyəti ilə yaxından tanış olub.
Azərbaycan ombudsmanı Səbinə Əliyeva və Türkiyənin Baş ombudsmanı Şərəf Malkoç ikitərəfli görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.
Azərbaycan ombudsmanı Səbinə Əliyevanın Türkiyəyə rəsmi səfərini yüksək qiymətləndirən Şərəf Malkoç iki qardaş ölkə arasında insan hüquqlarının qorunması istiqamətində əməkdaşlıq əlaqələrinin inkişafını yüksək dəyərləndirib. Diqqətə çatdırılıb ki, bu sahədə qarşılıqlı münasibətlər ikitərəfli formatda və beynəlxalq platformalarda davam edir. Tarixi Zəfər münasibətilə təbriklərini çatdıran Şərəf Malkoç bildirib ki, şanlı Azərbaycan Ordusu işğal altındakı əraziləri düşməndən azad etməklə 30 ilə yaxın yurd-yuvasından didərgin düşən günahsız azərbaycanlıların hüquqlarını bərpa edib.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Türkiyə ilə bütün sahələrdə olduğu kimi, insan hüquqlarının qorunması istiqamətində də sıx əməkdaşlıq əlaqələrinin formalaşdığını deyən ombudsman Səbinə Əliyeva vurğulayıb ki, görülən işlər, aparılan məqsədyönlü siyasət nəticəsində Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsi həyat gerçəkliyinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata keçirdikləri uğurlu siyasət nəticəsində ölkələrimizin tarixi əlaqələri durmadan inkişaf edir, əməkdaşlıq əlaqələrinin səviyyəsi keyfiyyətcə yeni mərhələyə keçir.
Türkiyənin bütün dövrlərdə Azərbaycanın haqq işini daim dəstəklədiyini, hər zaman beynəlxalq tribunalardan ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinin vacibliyini vurğuladığını diqqətə çatdıran Səbinə Əliyeva deyib: “Böyük fəxarət hissi ilə deyə bilərik ki, Vətən müharibəsinin ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Türkiyə Prezidentinin açıq, birmənalı və sərt açıqlamaları, rəsmi Ankaranın daim Azərbaycanın yanında olması xalqımızı çox sevindirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək Vətən müharibəsində parlaq Qələbəmizə zəmin yaratdı”.
Şanlı Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsi dövründə dəvəti əsasında İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş ombudsmanı cənab Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfər missiyasını tarixi hadisə, əsl qardaşlıq yanaşması kimi dəyərləndirən Səbinə Əliyeva bildirib ki, Azərbaycan və Türkiyə ombudsmanları təcavüzkar Ermənistan terrorunun hədəfinə çevrilən Gəncə şəhərində birgə faktaraşdırıcı fəaliyyət həyata keçiriblər. Bu faktaraşdırıcı missiya ilə bağlı Bakıda Ombudsman Aparatında brifinq təşkil edilib və bu səfərin nəticəsi olaraq Azərbaycan və Türkiyə ombudsmanları birgə Bəyanat qəbul ediblər. Bu Bəyanatda Ermənistan tərəfindən ölkəmizin müxtəlif ərazilərinin mütəmadi olaraq atəşə tutulması, mülki əhali arasında tələfat və çoxsaylı dağıntılarla nəticələnən hücumlar qəti şəkildə pislənib, dünya ictimaiyyətinə bu hadisələrə ədalətli mövqe sərgiləmək üçün çağırış edilib.
Xatırladaq ki, Türkiyə Respublikasının Ombudsman Təsisatı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi müharibə cinayətləri ilə bağlı xüsusi hesabat hazırlayıb.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35

