Qəbələ səhnəsində Moldovadan gələn kollektivlərin çıxışları anşlaqla keçib
03.08.2026 [07:30]
Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”ın dəstəyi ilə keçirilən XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açıq hava konsertində Moldovadan gələn sənət kollektivlərinin çıxışları tamaşaçıların alqışları ilə qarşılanıb.
Müxtəlif ölkələrin və fərqli mədəniyyətlərin parlaq təmsilçilərinin Azərbaycanın qədim bölgəsi olan Qəbələdə bir araya gəlməsi artıq festivalın ənənəsinə çevrilib. Qədim Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələ 2500 ildən artıq tarixə və zəngin mədəni irsə malikdir. Festivalın təşkilat komitəsi hər il proqramı yeni layihələrlə zənginləşdirərək onun coğrafiyasını daha da genişləndirir. Builki musiqi bayramında Azərbaycanla yanaşı, Almaniya, Avstriya, Qazaxıstan, Moldova, Niderland, Özbəkistan, Rusiya və Vyetnamdan musiqiçilər və rəqs kollektivləri iştirak edirlər.
Festivalın növbəti günündə açıq hava amfiteatrında təşkil olunan konsertdə Yuri Bivolun baş baletmeyster olduğu Moldovanın “Fluieraș” Xalq Mahnı və Rəqs Ansamblı çıxış edib. Qeyd edək ki, kollektiv 1945-ci ildə Milli Filarmoniyanın nəzdində yaradılıb və Moldovanın ilk peşəkar musiqi kollektivlərindən biri hesab olunur.
Konsert proqramında, həmçinin bədii rəhbəri Vlad Qorqos olan “Millenium” etno-estrada qrupu ilk dəfə Qəbələ səhnəsinə çıxıb. Qrup 1997-ci ildə Kişinyovda Vlad Qorqos tərəfindən yaradılıb və fəaliyyətə əvvəlcə “Clasa Vedetelor” adı ilə başlayıb.
Hər iki kollektiv Moldova xalq rəqsləri, popuri və xalq mahnıları ilə festivala xüsusi rəng qataraq tamaşaçılara unudulmaz anlar yaşadıb, müxtəlif mədəniyyətlərin Azərbaycanda bir araya gəldiyini nümayiş etdirib.
Moldovanın “Fluieraș” Xalq Mahnı və Rəqs Ansamblının baş baletmeysteri Yuri Bivol AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu, kollektivin Qəbələ Beynəlxalq Musiqi Festivalına ikinci dəvətidir. O qeyd edib ki, ötən illərlə müqayisədə həm Azərbaycanın, həm də Qəbələnin sürətlə inkişaf etdiyini, müasir infrastruktura malik şəhərə çevrildiyini müşahidə ediblər.
Yuri Bivol festivalın təşkilatçılarına və Azərbaycanla Moldova arasında mədəni əlaqələrin inkişafına töhfə verən hər kəsə təşəkkürünü bildirib. Onun sözlərinə görə, Qəbələ Beynəlxalq Musiqi Festivalı artıq beynəlxalq aləmdə tanınan nüfuzlu sənət tədbirlərindən biridir və burada iştirak etmək istəyən kollektivlərin sayı ildən-ilə artır.
“Millenium” etno-estrada qrupunun bədii rəhbəri, Moldovanın Xalq artisti Vlad Qorqos da AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bildirib ki, gələn il kollektiv fəaliyyətinin 30 illiyini qeyd edəcək. O vurğulayıb ki, bu müddətdə 250-dən çox yeniyetmə və gənc qrupun yaradıcılıq məktəbini keçərək peşəkar sənət yoluna qədəm qoyub.
Vlad Qorqos qeyd edib ki, Qəbələyə ilk səfərləri olsa da, onları təyyarədən enən andan etibarən yüksək qonaqpərvərlik və səmimi münasibət qarşılayıb. O, bu fürsətdən istifadə edərək Heydər Əliyev Fonduna festivalın yüksək səviyyədə təşkilinə görə xüsusi minnətdarlığını ifadə edib.
Konsert boyu folklor nümunələri, mahnılar və rəqslərlə çıxış edən moldovalı incəsənət ustaları proqramın sonunda tamaşaçılarla birlikdə rəqs edərək bayram ab-havasını daha da coşdurublar. Tamaşaçılar isə sənətçiləri gur alqışlarla və gül dəstələri ilə yola salıblar.
Xəbər lenti
Hamısına baxDünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
Siyasət
06 Avqust 14:05
Sosial
06 Avqust 14:02
Siyasət
06 Avqust 13:54
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Sosial
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
İqtisadiyyat
06 Avqust 13:31
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Siyasət
06 Avqust 08:14
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19

