Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ
03.08.2026 [18:40]
Fəsli Nəbiyev
YAP Gənclər Birliyinin sədr müavini
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2026-cı il tarixində Qırğız Respublikasına həyata keçirdiyi dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin daha da dərinləşməsi və strateji tərəfdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və əldə olunan razılaşmalar Azərbaycan–Qırğızıstan əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi.
Prezident İlham Əliyev mətbuata bəyanatında vurğulayıb ki, müttəfiqlik münasibətləri böyük məsuliyyət tələb edir və Azərbaycan bu məsuliyyəti bölüşməyə tam hazırdır. Dövlət başçısı qeyd edib ki, hər iki ölkə beynəlxalq platformalarda qarşılıqlı dəstəyi davam etdirəcək, iqtisadi-ticari əməkdaşlığı genişləndirəcək və regional təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində birgə fəaliyyət göstərəcək. Səfər zamanı imzalanan sənədlər paketi də əməkdaşlığın geniş spektrini əhatə etməklə bu siyasi iradənin praktik ifadəsi kimi qiymətləndirilir.
İqtisadi əməkdaşlığın inkişafı istiqamətində qəbul edilən mühüm qərarlardan biri Azərbaycan–Qırğız İnvestisiya Fondunun maliyyə kapitalının 200 milyon ABŞ dollarına çatdırılması olub. Bu addım hər iki ölkədə birgə investisiya layihələrinin genişlənməsinə, yeni istehsal sahələrinin və iş yerlərinin yaradılmasına, eləcə də iqtisadi əlaqələrin daha da güclənməsinə xidmət edəcək.
Səfər çərçivəsində İssık-Kul gölünün sahilində Azərbaycan dövlətinin vəsaiti hesabına inşa edilmiş, “Bakı” adını daşıyan beşulduzlu hotelin açılışı da baş tutub. Bu layihə Azərbaycan ilə Qırğızıstan arasında dostluğun, qarşılıqlı etimadın və uzunmüddətli tərəfdaşlığın rəmzlərindən biri kimi xüsusi əhəmiyyət daşıyır.
Humanitar sahədə əməkdaşlıq da səfərin əsas istiqamətlərindən biri olub. Prezident İlham Əliyev Qarabağın bərpasına göstərdiyi dəstəyə görə Qırğızıstana minnətdarlığını ifadə edərək, Ağdam rayonunda “Manas” adına məktəbin istifadəyə verilməsini qardaş xalqlar arasında həmrəyliyin və birliyin növbəti nümunəsi kimi dəyərləndirib. Dövlət başçısı həmçinin Çingiz Aytmatovun irsinin yaşadılması, dostluq parklarının yaradılması və qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsinin xalqlar arasında mənəvi bağları daha da möhkəmləndirdiyini vurğulayıb.
Səfərin əlamətdar hadisələrindən biri də Prezident İlham Əliyevin Qırğız Respublikasının ali dövlət mükafatı – I dərəcəli “Manas” ordeni ilə təltif olunması olub. Eyni zamanda Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edilib. Bu yüksək təltiflər iki ölkə arasında dostluq və strateji müttəfiqlik münasibətlərinin qarşılıqlı etimad üzərində qurulduğunu bir daha təsdiq edir.
Səfər çərçivəsində qəbul edilən Çolpon-Ata Bəyannaməsi və imzalanan ikitərəfli sənədlər Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yeni mərhələyə yüksəldiyini göstərir. Bu nəticələr Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl xarici siyasətin, türk dünyasında inteqrasiyanın gücləndirilməsi istiqamətində atdığı məqsədyönlü addımların və Azərbaycanın regionda artan nüfuzunun növbəti təzahürüdür.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59

