Koronavirusa yoluxan bəzi gənclər əsl infeksiya mənbəyi olurlar
06.02.2021 [09:04]
Hazırda ölkədəki epidemioloji vəziyyət nisbətən stabildir. Yeni növ koronavirus (COVID-19) infeksiyasına gündəlik yoluxma sayının düşməsi şübhəsiz ki, tətbiq edilən məhdudiyyətlərin və vətəndaşların qaydalara məsuliyyətli yanaşmasının nəticəsidir. Lakin bu, heç də arxayınlaşmağa səbəb olmamalı, mövcud vəziyyəti qoruyub saxlamaq üçün qaydalara riayət edilməlidir. Bu barədə qəzetimizə məlumat verən həkim-infeksionist Əli Seyidov bildirib ki, məsafə saxlanılması, xüsusilə qapalı məkanlarda və sıx toplaşma yerlərində tibbi maska istifadəsi vacibdir. Onun sözlərinə görə, kimin virus daşıyıcısı olduğunu bilmirik: “İnsan virus daşıyıcısı olub, xəstəliyi erkən dönəmdə simptomsuz da keçirə və ya assimptomatik ola bilər. Ona görə də hər bir insana potensial virus daşıyıcısı kimi yanaşmalı və özümüzü ondan qorumalıyıq”.
Həkim-infeksionist bildirib ki, koronavirusa xas olan xarakterik simptomlar çoxdur: “Əlamətləri bir xəstənin üzərində də görə bilərik. Hətta fərqli simptomlar müxtəlif xəstələrdə də müşahidə oluna bilər. Bunlar hərarətin yüksəlməsi, öskürək, təngnəfəslik, ishal, əzələ ağrısı, halsızlıq, dadbilmə və iybilmənin itməsi, başağrısıdır. Yenə də xəstəliyi ağır və yüngül formada keçirənlər var. Hətta cavanlar arasında xəstəliyi ağır keçirənlər kifayət qədərdir. Bu baxımdan kimdə virusun necə keçəcəyini öncədən demək qeyri-mümkündür”.
İnfeksionist əlavə edib ki, koronavirusa yoluxma bütün yaş qrupları arasında qeydə alınsa da, yoluxma orta yaşlı insanlar arasında daha çoxdur: “Yaşlı xəstələr bu xəstəliyi ağır keçirirlər. Cavan xəstələrdə xəstəliyin klinik əlamətləri ya yüngül, ya da heç olmaya bilər. Bilirik ki, xəstələnənlər arasında idmançılar və sağlam həyat tərzi keçirənlər də var. Amma gənclərdə də xəstəliyin bu cür müşahidə edilməsi pisdir, çünki onlar çox zaman xəstələndiklərinin fərqində olmurlar. “Bir balaca soyuqlamışam, özümü narahat hiss edirəm” desələr də, virusa yoluxduqlarını fikirləşmirlər. Bu halda koronavirusa yoluxan gənclər əsl infeksiya mənbəyi olur və digər insanları virusa yoluxdururlar. Bu məsələlərin hamısına diqqət etmək lazımdır”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
Siyasət
06 Avqust 14:05
Sosial
06 Avqust 14:02
Siyasət
06 Avqust 13:54
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Sosial
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
İqtisadiyyat
06 Avqust 13:31
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Siyasət
06 Avqust 08:14
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23

