/ / Ermənistanın xalqımızın dini və mədəni-tarixi irsinin məhv edilməsinə yönəlmiş cinayət əməlləri bəşəriyyətə qarşı soyqırımıdır
Ermənistanın xalqımızın dini və mədəni-tarixi irsinin məhv edilməsinə yönəlmiş cinayət əməlləri bəşəriyyətə qarşı soyqırımıdır
13.11.2020 [08:51]
İƏT-in Baş Katibliyi tərəfindən yayılmış bəyanatda İslam irsinin ayrılmaz hissəsi olan Dağlıq Qarabağda və ətraf rayonlardakı tarixi abidələrin vəziyyəti ilə əlaqədar dərin narahatlıq ifadə olunub
Məlum olduğu kimi, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan xalqına məxsus çoxəsrlik qədim tarixi-dini abidələr dağıdılaraq yerlə-yeksan edilib, onların bir qismi isə saxtalaşdırılıb. Təcavüzkar dövlətin bu cür vandal əməllərə əl atmaqda əsas məqsədi xalqımızın minilliklər ərzində yaşadığı torpaqlarda həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etmək olub. Bütövlükdə, 200 ildən artıq Azərbaycan xalqına qarşı davam etmiş erməni təcavüzünün qurbanları həm də tarixi-dini abidələr, müqəddəs ocaqlar və məbədlər olub.
Sentyabrın 27-dən etibarən şanlı Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində işğal altında olan torpaqlarımız erməni işğalından azad edildi. Azad edilmiş ərazilərimizdə bütün dünya bir daha tarixi, mədəni və dini abidələrimizə qarşı erməni vəhşiliyinin şahidi oldu. Yeri gəlmişkən, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi İslam irsinin ayrılmaz hissəsi olan Dağlıq Qarabağda və ətraf rayonlardakı tarixi abidələrin vəziyyəti ilə əlaqədar dərin narahatlığını bildirib. Bununla bağlı yayılmış bəyanatda deyilir ki, maddi və mənəvi dəyərlərin, xüsusən Qubadlı rayonunun bu yaxınlarda azad edilmiş Məmər kəndindəki məscidin qəsdən dağıdılması və talan edilməsi, tarixin mənimsənilməsi və saxtalaşdırılması təcavüz siyasətinin bariz sübutudur: “İşğal olunmuş ərazilərdə əsrlər boyu qalmış dini-mədəni irslərdən sui-istifadə beynəlxalq qanunların və konvensiyaların, o cümlədən “Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunmasına dair 1954-cü il Haaqa Konvensiyası”nın və 1954, 1999-cu il Protokollarının açıq şəkildə pozulmasıdır. Xarici İşlər Nazirləri Şurasının 46-cı iclasında İƏT “İslamın müqəddəs yerlərinin qorunması haqqında” 3/46-S saylı Qərar qəbul edib. Qərarda erməni təcavüzkarları tərəfindən Azərbaycan Respublikasında İslama aid tarixi və mədəni irsi tamamilə məhv etmək məqsədi, barbar hərəkətləri pislənilib”.
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə təsdiq edilmiş “Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri”nin, “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri”nin və “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri”nin siyahılarına əsasən, 30 ilə yaxın Ermənistanın işğalı altında olmuş ərazilərimizdə dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinin ümumi sayı 900-dən çoxdur. Bu ərazilərdə tarixi-dini abidələrin ümumi sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si isə ziyarətgahdır. Qəbiristanlıqların sayı isə 900-dən artıqdır.
Göründüyü kimi, Ermənistan Azərbaycan xalqına məxsus tarixi-dini abidələrə qarşı təcavüzünü müxtəlif istiqamətlərdə aparıb. Belə ki, milli mənsubiyyəti və dini ənənələri özündə əks etdirən abidələr tamamilə dağıdılıb və ya özgələşdirilib dəyişdirilməsinə cəhdlər edilib. İşğal altındakı müsəlman dini kimliyinə aid olan abidələr, o cümlədən digər mədəniyyət nümunələri dağıdılmaqla yanaşı, həm də təhqir olunub. Yeri gəlmişkən, işğaldan azad olunmuş ərazilərdəki məscidlərdə donuz, mal-qara saxlanılmasının şahidi olduq. Eyni zamanda, Qafqaz Albaniyasına məxsus məbədlər erməniləşdirilərək qriqoryanlaşdırılıb. Bütün bunlar isə onu göstərir ki, Ermənistanın xalqımızın mədəni-tarixi, dini irsinin məhv edilməsinə yönəlmiş cinayət əməlləri bəşəriyyətə qarşı soyqırımıdır. Bu əməllərinə görə işğalçı Ermənistan beynəlxalq hüquq qarşısında cavab verməlidir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxMədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17

