Şanlı Qələbənin sevinci: Qəhrəman şəhər Tərtərdən REPORTAJ
11.11.2020 [09:37]
Azərbaycan xalqı uzun illərdir həsrətində olduğu tarixi qələbəni qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu gecə xalqa müraciət edərək Şanlı Qələbəmizin müjdəsini verməsi ölkəmizin hər yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da böyük coşqu, sevinc və qürur hissi ilə qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əllərində Azərbaycanın üçrəngli bayrağı, ulu öndər Heydər Əliyevin və Ali Baş Komandan İlham Əliyevin portretləri olan tərtərlilər Şanlı Qələbənin sevincini yaşayıblar. Avtomobil karvanı Tərtər şəhərindən Şıxarx qəsəbəsinədək hərəkət edib. Məcburi köçkünlər üçün inşa edilmiş yaşayış kompleksində davam edən şənlikdə “Yaşasın Ali Baş Komandan!”, “Qarabağ!”, “Qarabağ Azərbaycandır!”, “Azərbaycan Ordusuna eşq olsun!” “Qələbə bizimdir” kimi şüarlar səsləndirilib.
Müxbirimiz düşmənlə üz-üzə qəhrəmancasına dayanan tərtərlilərin təəssüratlarını öyrənib. Suqovuşan kəndindən məcburi köçkün Xaliq Hümbətov deyib: “Həyatımızın ən xoş günləridir. Ali Baş Komandanın, Azərbaycan Ordusunun zəfərini qeyd edirik. Bu gün biz doğma yurdumuzun işğaldan azad olunmasını, xalqımızın qələbəsini qeyd edirik. Bu qələbəni bizə bəxş edən Prezidentimizə, ordumuza minnətdaram”.
2016-cı ilin Aprel döyüşlərinin qazisi Ruslan Məmmədzadə: “Azərbaycan xalqını böyük zəfər münasibətilə təbrik edirəm. Başda Ali Baş Komandan olmaqla, bütün hərbçilərə bu sevinc hissini bizə yaşatdığı üçün minnətdarlığımı bildirirəm. 2016-cı ilin Aprel döyüşlərində biz Lələtəpə və Talış yüksəkliklərini işğaldan azad etdik. Bu gün isə ordumuz düşməni tamamilə məğlub etdi. Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan Ordusu!”
Rayon sakinləri musiqi sədaları altında rəqs edib, yallı gediblər. Tərtər rayonundan fotoları təqdim edirik.
Xəbər lenti
Hamısına baxGündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58

