/ / Dövlət Komitəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyi ilə görüş keçirilib
Dövlət Komitəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyi ilə görüş keçirilib
24.09.2020 [08:45]
Sentyabrın 23-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Bahar Muradovanın Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin sabiq rəhbəri Elena Sessera və qurumun yeni rəhbəri Arian Bauer ilə görüşü keçirilib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, Bahar Muradova BQXK ilə işgüzar və faydalı zəmində qurulan əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini qeyd edərək, birgə keçirilən layihələrin önəmini vurğulayıb. O, təşkilatın fəaliyyətinin çətin vəziyyətdə olan insanların, ailələrin problemlərinin həll olunmasına yönəldiyini bildirərək, həyata keçirilən tədbirlərin bu qrupdan olan insanların həyat şəraitinin yüngülləşməsinə xidmət etdiyini və komitənin də bu prosesə cəlb olunmasının qürur verdiyini qeyd edib.
B.Muradova Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, münaqişənin yaratdığı çətinliklərlə üzləşən insanlara, eyni zamanda, təmas xəttinə yaxın ərazilərdə yaşayan uşaqlara Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən göstərilən dəstəyin xüsusi əhəmiyyət daşıdığını söyləyib. O, müharibə nəticəsində əsir və ya girov götürülmüş insanların tapılması, geri qaytarılması, onların ailələri ilə müvafiq işlərin aparılması, zərər çəkmiş qadın və uşaqların hüquqlarının müdafiəsi istiqamətində görülən işlər haqqında məlumatları diqqətə çatdıraraq, bu prosesin davam etdirilməsinin vacibliyini bildirib.
Komitə sədri ölkəmizə qaytarılan azərbaycanlı uşaqların cəmiyyətə inteqrasiya olunması, onların təhsil və səhiyyə xidmətlərinə çıxışının təmin edilməsi, uşaqların psixo-sosial vəziyyətinin qiymətləndirilməsi, psixoloji durumunun normallaşdırılması və müvafiq qurumlar tərəfindən əlaqələndirilmiş xidmətlərin göstərilməsinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. O, sosioloqların iştirakı ilə bu qrupdan olan uşaqların ailələrinin ziyarət edilməsi, uşaqların təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərin bu gün də davam etdirildiyini deyib.
Sədr həm ölkə daxilində, həm də ölkədən kənarda yaşayan hər bir Azərbaycan vətəndaşının həyatının hər şeydən önəmli olduğunu vurğulayaraq, dövlət tərəfindən atılan addımlarda humanizm və insan təhlükəsizliyinin balanslı bir şəkildə təmin olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, Prezident İlham Əliyev bunu ən müxtəlif beynəlxalq platformalarda açıq şəkildə bəyan edərək digər həmkarlarından da problemlərə uyğun yanaşma sərgiləməsini istəyir.
B.Muradova komitə əməkdaşlarının da bu işə fəal cəlb edilərək, öz səlahiyyətləri çərçivəsində uşaqların psixoloji və sosial xidmətlərlə təmin edilməsi, onların ehtiyaclarının öyrənilməsi istiqamətində fəaliyyətini qeyd edib. O, eyni zamanda, pandemiyanın yaratdığı çətinliklərlə əlaqədar olaraq hələ də ölkəmizə qayıtmasını gözləyən uşaqların olduğunu deyərək, bu istiqamətdə görən işlərin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Komitə sədri bir daha BQXK-nın Azərbaycan Nümayəndəliyinin sabiq rəhbəri E.Sesseranın səmərəli fəaliyyətindən məmnunluğunu ifadə edib və təşkilatın təyin edilmiş rəhbəri A.Bauerə yeni vəzifəsində uğurlar arzulayıb.
Səmimi qəbul və ətraflı fikir mübadiləsinə görə təşəkkürünü bildirən E.Sessera Azərbaycanı xoş xatirələrlə tərk edəcəyini bildirərək, təşkilata yeni təyin olunmuş A.Bauerin bu missiyanın öhdəsindən layiqincə gələcəyinə və qurulmuş ikitərəfli münasibətlərin daha da möhkəmlənəcəyinə inamını ifadə edib. O, təşkilatın Azərbaycanda reallaşdırdığı layihələrdən söhbət açaraq, BQXK-nın Azərbaycanla bağlı ötən dövr ərzində genişmiqyaslı layihələrinin AQUPDK ilə fəal əməkdaşlıq müstəvisində uğurla icra olunduğunu diqqətə çatdırıb və bu istiqamətdə ölkədə fəaliyyətlərinin səmərəli həyata keçirilməsində komitəsinin dəstəyini xüsusi qeyd edib.
O, Azərbaycanın bu sahə üzrə həm təhlükəsizlik, həm də humanitar yanaşmanı tarazlaşdıran müsbət təcrübəsinin olduğunu vurğulayaraq, pozitiv ölkə nümunəsinin əks olunduğu müəllif yazısının nəşr ediləcəyini diqqətə çatdırıb.
BQXK-nın Azərbaycan Respublikasındakı Nümayəndəliyinə təyin olunmuş yeni rəhbər Arian Bauer ölkəmizin BQXK ilə əməkdaşlığının bundan sonra da müvəffəqiyyətlə davam etməsi üçün bütün səylərini artıracağını qeyd edib.
Görüşdə, həmçinin BQXK ilə Azərbaycan Hökuməti arasında qarşılıqlı əlaqələr, təşkilatın mandatına uyğun fəaliyyəti ilə bağlı cari və perspektiv məsələlər, birgə keçirilən mühüm layihələr və onların icra mexanizmi, təşkilatın münaqişə zonalarında olan Azərbaycan vətəndaşları, xüsusən də münaqişələrdən əziyyət çəkən uşaqlarla bağlı gördüyü vacib tədbirlər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə və humanitar əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Görüşdə AQUPDK-nin sədr müavini Sədaqət Qəhrəmanova, aparat rəhbəri Ceyran Rəhmətullayeva və komitə əməkdaşları, eyni zamanda, BQXK-nın Azərbaycan Respublikasındakı Nümayəndəliyində fəaliyyət göstərən Ailə əlaqələrinin bərpa proqramı üzrə məsul şəxs Turanə Bağırova iştirak edib.
Xəbər lenti
Hamısına baxElm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31

