Uşaqlarda febril qıcolmalar: nəyi bilməli və nə etməli?
01.09.2020 [13:50]
Valideynlər üçün uşaqlarının sağlamlığı hər şeydən öncə gəlir. Başqa sözlə, hər kəs övladının sağlam böyüməsini istəyir. Təbii ki, biz hər nə qədər çalışsaq da, valideyn nə qədər tədbirli – ehtiyatlı olsa da, uşaqlar müəyyən dönəmlərdə hansısa xəstəliklərə məruz qalır, bəzən çox ciddi sağlamlıq problemləri ilə üzləşə bilirlər. Xüsusilə də, azyaşlı uşaqlar arasında qızdırma hallarına çox rast gəlinir. Belə hallarda müxtəlif fəsadlar ortaya çıxa bilir. Mütəxəssislərin qeyd etdikləri kimi, əksər hallarda qızdırma uşaqda heç bir fəsad yaratmır. Amma bəzən azyaşlılarda qızdırma nəticəsində qıcolmalar meydana çıxa bilir. Tibbi ədəbiyyatda “febril qıcolma” adlandırılan bu hal valideynlərin kabusuna çevrilir. Ona görə də həkim - mütəxəssislərbelə situasiyalarda diqqətli olmağa çağırırlar.
Mövzu ilə əlaqədar Avropa Pediatrik Nevrologiya Cəmiyyətinin (EPNS) üzvü, həkim-uşaq nevroloqu və EEQ üzrə mütəxəssis Aytən Mircavadova ilə həmsöhbət olduq.
Azyaşlıların 50 faizində 2 yaşa kimi görülən febril qıcolmaya 7 yaşdan yuxarı uşaqlarda nadir hallarda rast gəlinir
- Aytən xanım, febril qıcolma nədir və hansı yaş qrupunda daha çox təsadüf edilir?
- Febril qıcolma infeksion xəstəliyin ilk iki günündə bilinç dəyişikliyi və anormal motor hərəkətlərinin olduğu bir klinik vəziyyətdir. Uşaqların 50 faizində 2 yaşa kimi görülür. 7 yaşdan yuxarı uşaqlarda isə nadir hallarda rast gəlinir.
Febril tutma iki formada müşahidə olunur
- Bəs xəstəliyin yaranma səbəbləri nələrdir və özünü necə büruzə verir?
- Yuxarı tənəffüs yollarının xəstəlikləri zamanı, otit, tonzilit, angina və s. səbəb ola bilər. Febril qıcolmada genetik faktor da rol oynayır. Ümumiyyətlə, febril tutma iki cür görülə bilər. Birincisi, uşaqların 80-85 faizində rast gəlinən sadə febril qıcolmadır. Jeneralizə, 24 saatda bir dəfə görülən və qısa müddətdə davam edən nevroloji və postiktal əlamətləri olmayan tutmadır. İkinci mürəkkəb febril qıcolma isə uşaqların 15-20 faizində görülən, fokal başlayan və uzun müddət davam edən tutmadır. Bu qıcolma 24 saat ərzində bir neçə dəfə təkrarlanır. Bu zaman bədən temperaturu 38,5°C-nin altında olur. Həmçinin postiktal nevroloji əlamətlər görülə bilər.
Febril qıcolma epilepsiya xəstəliyi deyil
- Bəs həmin uşaqların gələcəkdə epilepsiya olma ehtimalı var?
- Ümumiyyətlə, bir məqama xüsusi diqqət yetirmək lazımdır. Bu nüans ondan ibarətdir ki, febril qıcolma epilepsiya xəstəliyi demək deyil. Lakin risk faktorları var. Əgər 1 yaşdan öncə başlayıbsa,15 dəqiqədən çox davam edirsə, uşağın psixo-motor inkişafı geridirsə, gün ərzində birdən çox qıcolma olarsa, ailədə epilepsiya xəstəsi varsa, bu göstəricilər uşağın gələcəkdə epilepsiya olma ehtimalını çoxaldır. Xatırladım ki, 30-40 faiz uşaqlarda febril qıcolma bir dəfə də olsa,təkrarlanır. 1 yaşdan kiçik uşaqlarda 50 faiz, 3 yaşdan böyük uşaqlarda 10 faiz təkrarlanır. Risk faktorları artdıqca təkrarlanma ehtimalı da artar.
Əvvəlcə qızdırma salınmalı və onu yaradan səbəb müalicə vasitəsilə aradan qaldırılmalıdır
- Bu zaman hansı müalicə və profilaktika üsulları tətbiq edilməlidir?
- Elektroensefaloqrafiya (EEQ) müayinəsi aparılır. EEQ beyinin bioelektrik aktivliyini qeyd edən müayinə üsuludur. Müayinə qıcolmadan 7-10 gün sonra mürəkkəb febril qıcolması olan və psixo-motor inkişafı geri olan uşaqlarda aparılır. Bu zaman EEQ anormallığı izlənilə bilər. Qeyd etdiyim kimi, febril qıcolma epilepsiya demek deyil. Bu zaman qızdırma salınmalı və onu yaradan səbəb müalicə vasitəsilə aradan qaldırılmalıdır. Lazım gəldikdə qızdırma vaxtında qısamüddətli müalicə proseduru aparılmalıdır.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33

