“Maliyyə institutlarının bazar davranışına dair Metodoloji Rəhbərlik” təsdiqlənib
05.08.2026 [12:55]
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti tərəfindən “Maliyyə institutlarının bazar davranışına dair Metodoloji Rəhbərlik” sənədi təsdiq olunub.
AMB-dən AZƏRTAC-a bildirilib ki, sözügedən sənədin əsas məqsədi maliyyə institutlarında bazar davranışı prinsiplərinin tətbiqinə, istehlakçıların hüquq və qanuni mənafelərinin qorunması səviyyəsinin artırılmasına, həmçinin bu sahədə effektiv idarəetmə, daxili nəzarət və risklərin idarə olunması mexanizmlərinin formalaşdırılmasına metodoloji dəstək göstərməkdir. Sənəd banklar, xarici bankların yerli filialları, bank olmayan kredit təşkilatları, kredit ittifaqları, sığortaçılar, təkrarsığortaçılar, sığorta vasitəçiləri, investisiya şirkətləri, investisiya fondları, investisiya fondlarının idarəçiləri, ödəniş təşkilatları və elektron pul təşkilatlarını əhatə edir.
Metodoloji rəhbərlikdə maliyyə məhsullarının hazırlanması və istehlakçılara təqdim edilməsi, satışsonrası xidmət, müştərilərlə kommunikasiya, eləcə də biznes prosesləri və idarəetmə prinsipləri ilə bağlı əsas metodoloji yanaşmalar müəyyən edilir.
Sənəddə bazar davranışı prinsipləri, istehlakçı yönümlü korporativ mədəniyyətin formalaşdırılması, maraqlar münaqişəsinin idarə olunması, müqavilə bağlanmazdan əvvəl məlumatların açıqlanması, məhsulların hədəf müştəri seqmentinə uyğunluğunun təmin edilməsi, xidmət keyfiyyəti və əlçatanlığı kimi digər zəruri məsələlər üzrə metodoloji yanaşmalar əksini tapır.
Metodoloji rəhbərliyin tətbiqinin maliyyə institutlarında istehlakçılarla münasibətlərdə şəffaflığın, məsuliyyətli davranışın və xidmət keyfiyyətinin daha da yüksəldilməsinə, maliyyə bazarlarına etimadın möhkəmləndirilməsinə və maliyyə sektorunun dayanıqlı inkişafının təşviqinə töhfə verməsi gözlənilir.
“Maliyyə institutlarının bazar davranışına dair Metodoloji Rəhbərlik” sənədi ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: https://uploads.cbar.az/assets/fbfbc211dbf12fde385ada779.pdf
Xəbər lenti
Hamısına baxSosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39

