/ / Sahil Babayev: Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmələrin verilməsi yaxın günlərdə təmin ediləcək
Sahil Babayev: Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmələrin verilməsi yaxın günlərdə təmin ediləcək
08.08.2020 [00:58]
Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmələrin verilməsi barədə Prezident İlham Əliyevin tapşırığı qısa müddətdə icra olunacaq və yaxın günlərdə bu ödənişlərin verilməsi təmin ediləcək.
AZƏRTAC xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlət başçısının tapşırıqlarına uyğun olaraq pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək məqsədilə görülən tədbirlərə və qarşıda duran vəzifələrə dair keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları üzrə işsiz və xüsusi karantin rejimində işini itirən qeyri-formal işləyən aztəminatlı şəxslərdən ibarət 278 min nəfəri əhatə edəcək bu ödəmələr üçün 53 milyon manat sərf ediləcək. Bununla da COVID-19 dövründə yalnız bir dəstək istiqaməti – birdəfəlik ödəmə proqramı üzrə yönəldilmiş vəsaitin ümumi həcmi 333 milyon manata çatacaq.
Nazir bildirib ki, Prezident İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə qeyd etdiyi kimi, “Son aylar ərzində görülmüş işlərə baxmaq kifayət edər ki, hər kəs görsün nə qədər böyük işlər görülübdür. Biz təqribən 5 milyona yaxın insanı geniş sosial paketlə əhatə etdik. Dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləmir, ancaq dövlət tərəfindən əməkhaqqı alır”.
Mətbuat konfransında məlumat verilib ki, iş yerlərinin qorunması, eləcə də özəl sektor üzrə 760 min nəfərin işsizlik riskinin qarşısının alınması ilə bərabər, ilin əvvəlindən həmin sektorda əmək müqavilələrinin sayında da 120 minə yaxın artım olub. Ümumən bu il avqustun 1-nə əmək müqavilələrinin sayı 1 milyon 660 min olmaqla, bu müqavilələrin sayında 6 faiz artım qeydə alınıb. Əməkhaqqı fondu isə 8 faiz artıb, o cümlədən özəl sektor üzrə bu artım 15 faiz olub.
Sosial ödənişlərin davamlılığının, hətta hər ay vaxtından əvvəl ödənilməsinin təmin edildiyini qeyd edən nazir bildirib ki, sosial ödənişlərin ciddi şəkildə artımı nəticəsində bu istiqamət üzrə maliyyələşmədə də ciddi vəsait artımı özünü göstərir. Bu ilin 6 ayında da pensiya, müavinət və təqaüdlər üzrə 2 milyon vətəndaşa 587 milyon manat çox olmaqla 2,8 milyard manat yönəldilib, o cümlədən pensiyalar üzrə 436 milyon manat çox vəsait ödənilib. Əlavə olaraq 14 min ailə üzrə 60 minə yaxın şəxs ünvanlı sosial yardım proqramına cəlb edilib, proqram 350 min insanı (85 min ailə) əhatə edir və sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği 225 manatı ötüb.
Sosial müdafiə sahəsində xərclərin optimallaşdırılması, şəffaflığın təmin edilməsi və əsassız xərclərin qarşısının alınması sahəsində görülən işlərin nəticələrini qeyd edən nazir ciddi maliyyə qənaətləri formalaşdırıldığını, 2019-cu ildə 320 milyon, 2020-ci ildə 238 milyon manatın qənaət edilərək büdcəyə qaytarıldığı barədə məlumat verib.
S.Babayev dövlət başçısının tapşırığı ilə ödənişli ictimai iş yerlərinin sayının da 90 minə çatdırıldığını bildirib. Ötən il 103 min, bu ilin 6 ayında 54,3 min nəfərin məşğulluq orqanları tərəfindən işlə təmin olunduğunu deyən nazir “Məşğulluq” altsisteminə bu il 100 mindən çox vakansiyanın daxil edildiyini, hazırda 47 min vakansiyanın mövcud olduğunu, qalanlarına göndərişlər verildiyini deyib. O, 2018-2019-cu illərdə təqribən 6 min nəfərin peşə hazırlığına cəlb edildiyini, bu il də bu sahədə müvafiq işlərin görüldüyünü, gələn il isə 9 min nəfərin peşə hazırlığına cəlb edilməsinin nəzərdə tutulduğunu qeyd edib. O cümlədən işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması istiqamətində gələn il 3 min nəfər beynəlxalq sertifikatlı (İSO) mütəxəssis hazırlığının həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib.
Nazir yeni DOST mərkəzlərinin yaradılması, reabilitasiya və sosial xidmət infrastrukturunun müasirləşdirilməsi və genişləndirilməsi sahəsində aparılan işlər barədə də məlumat verib. Bu il 8 yeni reabilitasiya mərkəzinin açılmasının nəzərdə tutulduğunu, nəticədə il ərzində reabilitasiya xidmətləri göstərilənlərin sayının iki dəfə artaraq 28 minə çatacağını deyib.
S.Babayev nazirliyin tabeliyində yeni publik hüquqi şəxslərin yaradılmasının inzibatçılıqdan xidmət modelinə keçidi təmin etdiyini deyib, həmçinin yeni layihələr kimi, ölkə üzrə məşğulluq xəritəsinin, vahid əmək münasibətləri platformasının, ərazi məşğulluq proqramlarının hazırlanması, məşğul şəxslərin reyestrinin təkmilləşdirilməsi və s. sahələrdə aparılan işləri diqqətə çatdırıb. Elektron təyinat sistemlərinin (2 pensiya, 19 müavinət və təqaüd növü üzrə) fəaliyyətini, xüsusilə pandemiya dövründə müraciət olunmadan sosial təminat növləri üzrə ödənişlərin e-qaydada təyinatının mühüm əhəmiyyətini qeyd edib. Bildirib ki, e-xidmətlərin sayının daha da artırılması işləri aparılır, növbəti ilin sonunadək əmək, məşğulluq, sosial təminat üzrə ümumilikdə 132 xidmətdən 90-nın elektronlaşdırılması nəzərdə tutulur.
O, özünüməşğulluq proqramının da genişləndirildiyini vurğulayıb. Qeyd edib ki, bu il proqram çərçivəsində 12 min ailənin kiçik ailə təsərrüfatlarının yaradılması işləri aparılır və müvafiq qərara əsasən bu il proqrama cəlb olunanların təlimə cəlb edilmədən aktivlərlə təminatı həyata keçiriləcək. Dünya Bankı, BMT İnkişaf Proqramı, Heydər Əliyev Fondu, yerli banklar, habelə dövlət qurumlarından KOBİA, ABAD, Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi də bu proqramın genişləndirilməsi və dəstəklənməsi işlərinə cəlb edilib.
İşsiz şəxslərin sosial müdafiəsində mühüm dəstək kimi işsizlikdən sığorta ödənişlərinin də əhatə dairəsinin genişlənəcəyini deyən nazir bildirib ki, həmin ödənişin təyinat şərtlərinin yumşaldılması üçün hazırlanmış qanun layihəsi artıq parlamentdə müzakirə olunur. Layihə qəbul ediləndən sonra işsizlikdən sığorta ödənişi alanların sayının artırılmasına, bu il üçün həmin rəqəmin 20 minə çatdırılmasına imkan verəcək.
Prezident İlham Əliyevin tapşırığı ilə şəhid ailələri və müharibə əlillərinin mənzillə və fərdi evlə təminat proqramının genişləndirildiyini deyən S.Babayev bildirib ki, yalnız son iki ili götürdükdə, 2018-ci illə müqayisədə 3 dəfəyə yaxın, 2019-cu ilə nisbətən 60 faizdən çox olmaqla, bu il rekord həddə, yəni azı 1500 mənzil və fərdi ev veriləcək. Artıq onlardan 554 mənzil, o cümlədən təkcə son 20 gündə 250 mənzil təqdim edilib. Bu vaxta kimi 8142 mənzil və fərdi ev verilib. Eləcə də müharibə əlillərinin avtomobillə təminatı tədbirlərinin davamı kimi, həmin vətəndaşlara 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə 600 avtomobil verilib, 2020-ci ildə isə 400 avtomobilin verilməsi nəzərdə tutulub ki, onlardan artıq 150-si verilib. Ümumən indiyədək 6900 avtomobil bu kateqoriyadan olan vətəndaşlara təqdim edilib.
Nazir sosial müdafiə sahəsində xərclərin optimallaşdırılması, şəffaflığın təminatı, əsassız xərclərin qarşısının alınması, reabilitasiya və sosial xidmət infrastrukturunun müasirləşdirilməsi və genişləndirilməsi sahəsində aparılan işlər, əmək, məşğulluq, sosial müdafiə sahəsində qarşıda duran hədəflər barədə də məlumat verib, jurnalistlərin suallarını cavablandırıb.
Xəbər lenti
Hamısına baxSiyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07

