Macarıstan, Çin və Latviyada təhsil almaq hüququ qazanmış tələbələrlə görüş
22.08.2019 [09:24]
Avqustun 21-də Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2019-2020-ci tədris ilində Macarıstan, Çin və Latviyada təhsil almaq hüququ qazanmış tələbələrin bir qrupu ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə təhsilə xüsusi diqqət göstərildiyini bildirib, bu sahənin inkişafı üçün həyata keçirilən tədbirlərdən danışıb.
HTP çərçivəsində təhsil almaq üçün müraciət edənlərin sayının ildən-ilə artdığını vurğulayan nazir müavini qeyd edib ki, 2019-2020-ci tədris ili üçün keçirilən müsabiqədə seçim yüksək rəqabətlilik şəraitində reallaşıb. Azərbaycan gənclərinin xaricdə təhsil almasının əhəmiyyətinə toxunan F.Qurbanov onların ölkəmizin dinamik inkişaf prosesinə töhfə verəcəklərinə əminliyini bildirib.
Azərbaycanın xaricdə təhsil ənənələri barədə məlumat verən nazir müavini ölkəmizdə dövlət gənclər siyasətinin formalaşdırılmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu, hazırda bunun Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi uğurla davam etdirildiyini söyləyib.
Nazir müavini ötən əsrin 70-80-ci illərindən azərbaycanlı gənclərin respublika hüdudlarından kənarda nüfuzlu ali məktəblərdə oxumağa göndərildiyini, müstəqillik illərində xaricdə həm Hökumətlərarası Təqaüd Proqramları, həm də “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil alan gənclərə xüsusi diqqət göstərildiyini qeyd edib.
Çıxışının sonunda Firudin Qurbanov tələbələri təbrik edərək onlara tövsiyələrini verib, təhsillərində uğurlar arzulayıb.
Bildirilib ki, 2019-2020-ci tədris ili üzrə Macarıstanda 177, Latviyada 13, Çində isə 30 nəfər təhsil alacaq.
Sonda tələbələri maraqlandıran suallarla bağlı geniş fikir mübadiləsi aparılıb.
Macarıstan, Çin və Latviya hökumətləri tərəfindən namizədliyi təsdiq olunan tələbələr təhsilini sözügedən ölkələrin aparıcı ali təhsil müəssisələrində, bakalavriat, baza ali tibb təhsili, magistratura və fəlsəfə doktoru səviyyələrində davam etdirəcəklər.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

