/ / "Uşaq və gənclərin azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsi" müsabiqə-konfransın qalibləri mükafatlandırılıb
"Uşaq və gənclərin azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsi" müsabiqə-konfransın qalibləri mükafatlandırılıb
11.06.2019 [15:58]
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən "Uşaq və gənclərin azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsi" mövzusunda müsabiqə-konfransın qalibləri mükafatlandırılıb. Təhsil İdarəsindən verilən məlumata görə, paytaxtdakı 12 nömrəli tam orta məktəbdə keçirilən mükafatlandırılma mərasimində BŞTİ-nin müdiri Rəşad Tağıyev, İdarənin struktur bölmə rəhbərləri və müəllimlər iştirak ediblər.
Tədbirdə ilk olaraq müsabiqə-konfrans barədə ümumi məlumat verilib. Bildirilib ki, müsabiqə-konfrans BŞTİ tərəfindən ümumi təhsil müəssisələrinin rəhbərləri, tanınmış təhsil mütəxəssisləri və qabaqcıl müəllimlərin iştirakı ilə təşkil edilib. Müsabiqə-konfrans məktəb, rayon və şəhər üzrə-3 mərhələdə keçirilib.
Müsabiqə-konfransda ümumilikdə 224 pedaqoji işçi iştirak edib. Onlardan 35-i Bakı şəhər mərhələsində iştirak etmək hüququ qazanıb. Münsiflər heyətinin qərarına əsasən, 6 ən yaxşı tədqiqat müəllifi qalib elan olunub.
BŞTİ-nin müdiri Rəşad Tağıyev "Uşaq və gənclərin azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsi" adlı müsabiqə-konfransın Təhsil nazirinin "Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə" əmrinin icrasını təmin etmək məqsədilə keçirildiyini qeyd edib. İdarə müdiri "Uşaq və gənclərin azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsi" mövzusunda təşkil olunan müsabiqə-konfransın əsas məqsədinin uşaq və gənclərin milli ideologiyamız olan azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi, onların mütərəqqi dünyagörüşə malik şəxsiyyət kimi formalaşması, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda böyüməsi istiqamətində görülən işləri daha da gücləndirməkdən ibarət olduğunu bildirib.
R.Tağıyev son illər təhsil sistemində həyata keçirilən köklü islahatların, müasir təhsil standartlarının tətbiqinin, keyfiyyətin artırılmasının prioritet istiqamətlərdən biri kimi qəbul olunmasının, vətənpərvər, yüksək bilik və bacarıqlı gənc nəslin yetişdirilməsi yönündə görülən işlərin Azərbaycan təhsilinin inkişaf üfüqlərini daha da genişləndirdiyini söyləyib. İdarə müdiri təhsil işçilərinin bundan sonra da vəzifələrinin öhdəsindən layiqincə gələcəyinə, müasir təhsil sisteminin qurulması və gənc nəslin vətənpərvərlik, azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsində əzmkarlıqla çalışacaqlarına inamını ifadə edib.
Sonda müsabiqə-konfransın Bakı şəhər mərhələsinin iştirakçılarına tərifnamələr, I, II və III yerlərin qaliblərinə isə diplom və hədiyyələr təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34

