/ / Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayevə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” təqdim edilib
Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayevə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” təqdim edilib
11.04.2018 [11:19]
Aprelin 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayevə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nun təqdim edilməsi mərasimi keçirilib. Qeyd edək ki, Prezident İlham Əliyevin aprelin 6-da imzaladığı Sərəncamla Hacı Salman Musayev Azərbaycan Respublikasında dini-mənəvi dəyərlərin qorunub saxlanmasında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Tədbirdə DQİDK-nın rəhbərliyi ilə yanaşı, Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, Roma Katolik kilsəsinin Azərbaycandakı apostol prefekturasının nümayəndəsi Vladimir Baksa iştirak ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək Salman Musayevi 60 illik yubileyi münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivi adından təbrik edib. Mübariz Qurbanlı qeyd edib ki, müfti Salman Musayev Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi altında uzun illər xalqımızın dini-mənəvi dəyərlərinin, o cümlədən ölkəmizdə tarix boyu mövcud olmuş tolerantlıq ənənələrinin qorunub saxlanmasında böyük xidmətlər göstərmiş nüfuzlu din xadimidir. Xüsusilə, Azərbaycanda dinlərarası və məzhəblərarası dialoqun, eləcə də vəhdət və qardaşlıq mühitinin inkişaf etdirilməsində müfti kimi xidmətləri danılmazdır. Bildirib ki, Salman Musayev Azərbaycandan kənarda, o cümlədən İslam aləmində tanınmış şəxs kimi, İslamın olduğu kimi təbliğinə, milli-dini dəyərlərimizin təbliği işinə dəyərli töhfələr verib. Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən Hacı Salman Musayevin indiyədək ali dövlət mükafatı olan “Şöhrət” ordeni, eyni zamanda “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi həm onun fəaliyyətinə verilən qiymətdir, həm də dövlət başçımızın ölkəmizdə dini sahəyə göstərdiyi yüksək diqqətin və böyük dəyərin bariz göstəricisidir.
Sonra “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” Salman Musayevə təqdim olunub.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayev onun fəaliyyətinə verilən bu yüksək qiyməti böyük fərəh hissi ilə qarşıladığını və buna görə dövlətimizin başçısına minnətdar olduğunu bildirib. Hacı Salman Musayev vurğulayıb ki, ölkəmizdə dövlət-din münasibətləri yüksək səviyyədədir. Bu gün ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması və təbliği, dini radikalizmə qarşı mübarizə istiqamətlərində aparılan işlər, əldə edilən uğurlar Dövlət Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsinin birgə əməkdaşlığı və fəaliyyəti nəticəsində mümkün olub. O, dini konfessiyalara Ulu öndər Heydər Əliyevin diqqət və qayğısından danışaraq bildirib ki, müstəqil Azərbaycanda tolerantlığın və dinlərarası dialoqun əsasları məhz Ümummilli lider tərəfindən müəyyən olunub.
Daha sonra çıxış edən dini konfessiyaların rəhbərləri Azərbaycanda mövcud olan multikultural və tolerantlıq ənənələrindən danışıblar. Prezident İlham Əliyev tərəfindən Salman Musayevin belə mötəbər mükafatla təltif edilməsini dövlətimizin dini sahəyə göstərdiyi yüksək diqqət və qayğısının təzahürü kimi dəyərləndiriblər.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17

