Bakı Dövlət Universitetinin yaradılmasından 90 il keçir
02.09.2009 [09:24]
“1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin (BDU) yaradılması barədə qərar verilib. Elə həmin ilin noyabrın 15-də universitetdə ilk mühazirə oxunub. 2009-cu il ona görə əlamətdardır ki, bu il universitetin fəaliyyətə başlamasından 90 il keçir”.
Bu fikirləri BDU-nun rektoru Abel Məhərrəmov dünən keçirdiyi mətbuat konfransında səsləndirib. Onun sözlərinə görə, fəaliyyətə tarix-filologiya və fizika-riyaziyyat fakültələri ilə başlayan universitetin indi təkcə bir korpusunda - yeni tikilən binasında 3 fakültə, 5000 tələbə təhsil alır. Artıq BDU dünyanın ən tanınmış təhsil ocaqlarından biridir. A.Məhərrəmov onu da qeyd edib ki, sentyabrın 7-8-də Bakı Dövlət Universitetində MDB ölkələri universitetlərinin həmkarlar təşkilatları Avrasiya Assosiasiyasının XXII qurultayı keçiriləcək. MDB ölkələrindən 100-ə yaxın iştirakçı və çoxsaylı qonaqların qatılacağı qurultayda hesabat məruzəsi dinləniləcək, qurumun qlobal dünyada rolu və vəzifələri, MDB ölkələrinin dövlət gənclər siyasəti, gənclərlə iş aparmağın müasir formaları və digər məsələlər müzakirə olunacaq. Tədbir çərçivəsində BDU-nun Həmkarlar Komitəsi MDB ölkələri universitetlərinin həmkarlar təşkilatları ilə əlaqələri dərinləşdirmək məqsədi ilə qarşılıqlı əməkdaşlıq haqqında bir sıra müqavilələr imzalamağı planlaşdırıb. Qurultay iştirakçılarının Azərbaycan rəhbərliyi tərəfindən qəbul ediləcəyi, həmkarlar təşkilatları rəhbərləri, BDU-nun rektoru ilə görüşəcəyi, Bakının görməli yerləri ilə tanış olacaqları gözlənilir. A.Məhərrəmovun sözlərinə görə, beynəlxalq tədbir BDU-nun 90 illiyinə həsr olunacaq.
“Universitet bütün gücünü Avropa təhsil sisteminin tələblərinə cavab verəcək səviyyəyə çatmağa yönəldib. Tam şəkildə Boloniya təhsil sisteminə qoşulub. 1919-cu ildə ilk mühazirə - Dubrovskinin rus dilində oxuduğu mühazirə hamının başa düşməsi üçün Azərbaycan dilinə tərcümə edilib. 90 il sonra universitetdə oxunan mühazirələr kompüterdə nəinki yazılı, hətta audio-video variantlarla təqdim edilir. İndi universitet tələbələri istədiyi təhsil proqramını seçə bilir, istədiyi müəllimin mühazirəsini dinləmək imkanına malikdir”, - deyən A.Məhərrəmov tətbiq edilən yeniliklərdən də danışıb. Onun sözlərinə görə, universitetdə ilk növbədə elmin inkişafına çalışılır. Tələbə və müəllimləri həvəsləndirmək, elmi fəaliyyətlərini qiymətləndirmək məqsədi ilə “50+50 qrantı” həyata keçirilir. 50 aparıcı mütəxəssis və 50 tələbə, magistr və aspirantın təqdim etdikləri elmi işə qrant ayrılır. A.Məhərrəmov qrantın təqdim olunan işlərin əhəmiyyətinə görə müəyyənləşdirildiyini, buna baxmayaraq, gənc müəllimlərə üstünlük verildiyini də söyləyib.
A.Məhərrəmovun sözlərinə görə, BDU indi yetişdirdiyi şəxsiyyətlərlə tanınır: “Universitetin məzunu olmuş ümummilli liderimiz Heydər Əliyevin adını çəkmək kifayət edir ki, BDU haqqında beynəlxalq rəy formalaşsın”.
Rektor deyib ki, ümummilli lider Heydər Əliyev BDU-nu daim diqqətdə saxlayıb. Prezident İlham Əliyevin də BDU-nun 90 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncamından aydın görünür ki, dövlət başçısı universitetə, onun tarixi fəaliyyətinə yüksək qiymət verir. Bu münasibət ümumilikdə təhsil sistemində özünü göstərir. “ölkənin iqtisadi imkanları intellektual sərvətə çevrilməlidir”, fikrini rəhbər tutan dövlət başçısı təhsildə islahatlara və gənclərin xaricdə təhsilinə xüsusi diqqət yetirir.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxMaraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53

