“700 bal toplamaq üçün çox əzmkarlıq göstərmək lazımdır”
18.08.2017 [09:46]
Məlum olduğu kimi, 2017-2018-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanı başa çatıb. Öz bilik səviyyəsini sınaqdan keçirmiş və müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər yığdıqları bala müvafiq olaraq ixtisas seçimi ediblər. Artıq ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başlanıb. Odur ki, abituriyentlər avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Yeri gəlmişkən xatırladaq ki, bu dəfə imtahanda I ixtisas qrupu üzrə 7, II ixtisas qrupu üzrə 2, III ixtisas qrupu üzrə 3, IV ixtisas qrupu üzrə isə 3 nəfər olmaqla, ümumilikdə 15 abituriyent onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb. Ənənəyə sadiq qalaraq, bu il də 700 bal toplayan abituriyentləri sizinlə tanış edirik. Belə ki, I ixtisas qrupu üzrə maksimum nəticə əldə edən rekordçulardan biri də akademik Zərifə Əliyeva adına Liseyin məzunu Elmir Əhmədovdur. Redaksiyamızın qonağı olan Elmir əməkdaşımızın suallarını cavablandırıb.
Məlumat üçün bildirək ki, E.Əhmədov 2000-ci ildə Rusiya Federasiyasının Yekaterinburq şəhərində anadan olub. 2006-cı ildə Quba şəhər 3 nömrəli tam orta məktəbin birinci sinifinə gedib. Daha sonra təhsilini akademik Zərifə Əliyeva adına Liseydə davam etdirib. Məktəb illəri müddətində müxtəlif tədbirlərdə, olimpiadalarda, bilik yarışmalarında iştirak edib. Həmçinin, 2014-cü ildə İNEPO beynəlxalq layihə olimpiadasında iştirak edərkən, bürünc medala layiq görülüb. Fizika fənni üzrə keçirilən olimpiadada final mərhələsinə kimi yüksəlib. Liseyi əla qiymətlərlə başa vurub.
Bakı Ali Neft Məktəbinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını seçən Elmir əzmkarlıqla çalışaraq yüksək nəticə əldə etdiyini deyib: “İmtahan zamanı hər kəs kimi mən də həyəcanlı idim. Bu həyəcan suallara cavab verə bilməməklə bağlı deyil, məsuliyyətdən irəli gəlirdi. Çünki məni nəinki imtahan binasının önündə, evimizdə, hətta təhsil aldığım liseydə belə böyük ümidlərlə gözləyənlər vardı. 700 bal toplamaq üçün çox əzmkarlıq göstərmək lazımdır. Unutmaq olmaz ki, bu, bir neçə ayın və ilin zəhmətinin nəticəsi deyil. Hətta 10-cu sinifdə oxuyarkən özümü imtahana hazır hesab edirdim. Sadəcə, 1 il məni bu istəyimdən uzaqlaşdırırdı. İmtahan zamanı 700 bal toplayacağıma bir daha əmin olsam da, nəticələrin açıqlanacağı anı gözləməyə və erkəndən sevinməməyə çalışırdım. Tez-tez məndən 700 bal toplamağın sirrini soruşurlar. Deməzdim ki, bunun xüsusi sirri var. Sadəcə, çox oxumaq və məsuliyyətlə yanaşmaq kifayətdir”.
Rekord bal toplayan abituriyent gələcək planlarını bizimlə bölüşüb: “İlk növbədə, təhsil alacağım universiteti fərqlənmə ilə bitirməyi düşünürəm. Təhsilimi daha da təkmilləşdirmək və xarici ölkələrin təcrübəsinə yiyələnmək arzusu gələcək planlarımda başlıca yer tutur. Özümü gələcəkdə savadlı və bacarıqlı bir mütəxəssis kimi görmək istəyirəm”.
Qeyd edək ki, cari ildə akademik Zərifə Əliyeva adına Liseyin iki məzunu - III ixtisas qrupu üzrə imtahan verən Səbinə İsmayılova və həmsöhbətimiz Elmir Əhmədov 700 bal toplayıb: “İstər mənim, istərsə də Səbinənin uğuruna təhsil aldığımız liseydə çox sevindilər. Hər ikimiz üçün sürpriz hazırlanmışdı. Bizə dərs deyən müəllimlərlə birlikdə səhnəyə dəvət edib böyük sevinc və alqışlarla təbrik etdilər. Sözsüz ki, 700 bal həm də valideyn və müəllimlərimin zəhmətinin bəhrəsidir. İbtidai sinif müəlliməm Sevil müəllimədən tutmuş təhsilimdə və elmə yiyələnməyimdə əməyi keçənlərə minnətdarlığımı bildirirəm”.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxMədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30

