Hərbi Akademiyada aparılan tədqiqat işləri hərb tariximizin qaranlıq səhifələrinə işıq salır
04.03.2017 [10:39]
Bu gün Azərbaycanda bütün elm sahələrinin, o cümlədən hərb tarixi elminin inkişafı istiqamətində sistemli iş aparılır. Bu işə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının adyunktura və elm şöbəsinin tarixçi alimləri də öz töhfələrini verirlər. 2016-cı ilin yanvarında şöbənin tərkibində hərb tarixi qrupu yaradılıb. Qrupa Azərbaycanın tanınmış tədqiqatçılarından biri - ehtiyatda olan I dərəcəli kapitan, tarix elmləri doktoru, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının adyunktura və elm şöbəsinin professoru, “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri Nurulla Əliyev rəhbərlik edir. Qrupun tərkibinə şöbənin dosenti, tarix elmləri doktoru, ehtiyatda olan polkovnik Mehman Süleymanov, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, dosent Səbuhi Əhmədov daxildir.
AZƏRTAC qrupun fəaliyyəti, hərb tarixinə dair aparılan tədqiqat işləri və əldə olunan nəticələr barədə Nurulla Əliyevin qeydlərini təqdim edir.
Hərb tarixi qrupu fəaliyyətini Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişləri əsasında qurub. Bu istiqamətdə Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəhbərliyinin müəyyənləşdirdiyi konkret planların uğurlu icrası hərb tarixi elminin formalaşdırılması və inkişafı sahəsində ötən illərdən başlanan işlərin səviyyəsini yüksəltməyə imkan verib.
Ərazi bütövlüyünü təmin etmək üçün Ermənistanla mübarizə və müharibə aparmağa məcbur olan Azərbaycanın zəngin hərbi-tarixi keçmişinin hərtərəfli və dərindən öyrənilməsi hazırda xüsusi aktuallıq kəsb edir.
Hərb tarixi qrupu tərəfindən aparılan araşdırmalar Azərbaycanda hərb işinin yaranması və inkişafının ən qədim zamanlardan müasir dövrədək olan böyük bir mərhələsini əhatə edir. Qrupumuz ölkə ərazisində mövcud olmuş dövlətlərin apardığı müharibələri və silahlı qüvvələr quruculuğu tarixi kimi məsələləri də öyrənir. Bu sıraya hərb sənəti tarixinə bir-biri ilə sıx bağlı olan strategiya, əməliyyat sənəti və taktikanın icad olunub tətbiq edilmiş müxtəlif növ hücum və müdafiə silah və ləvazimatlarının təkamülü, onların döyüş əməliyyatlarının gedişinə təsiri, eləcə də günümüzə qədər gəlib çatmış möhtəşəm hərbi istehkam qurğuları ilə bağlı araşdırmalar daxildir.
Azərbaycan ərazisində baş vermiş çoxsaylı müharibələrin, onların mahiyyətinin, xarakterinin, yaranma səbəblərinin və törətdiyi fəsadların araşdırılması həmin dövrin konkret tarixi şəraiti nəzərə alınmaqla öyrənilməsini tələb edir. Azərbaycanın siyasi tarixi ilə hərb işi tarixi arasında qırılmaz əlaqə var. Bununla bağlı hərb tarixi elminin araşdırmalarının genişləndirilməsi və istiqamətləndirilməsi məqsədilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığı ilə ötən il adyunktura və elm şöbəsi “Heydər Əliyev irsində hərb tarixi məsələləri” mövzusunda ümumrespublika elmi konfransı təşkil edib. Konfransda Ümummilli lider Heydər Əliyevin Azərbaycanın hərb tarixi və ölkəmizdə hərbi quruculuq işləri ilə bağlı fikirləri geniş araşdırmaların obyekti olub və bu irsin öyrənilməsi istiqamətində aktual vəzifələr müzakirə edilib. Həmçinin Azərbaycanın hərb tarixi elminin istiqamətlərini öyrənən alim və tədqiqatçıları əlaqələndirmə şurası yaradılıb və hərb tarixi sahəsində araşdırmaların koordinasiya edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Konfransın nəticəsi olaraq adyunktura və elm şöbəsinin tarixçilərinə əsas diqqətin Azərbaycanın hərb tarixinin öyrənilməsinə dair tədqiqat sahələrinin, ordu quruculuğu tarixinin aktual problemlərinin başlıca istiqamətlərinin müəyyənləşdirilməsinə, o cümlədən qədim və orta əsrlər dövründə hərb işinin yaranması və inkişafı, yeni və ən yeni dövrlərdə hərbi quruculuq problemlərinin tədqiqi məsələlərinə yönəldilməsi tapşırılıb. Ən qədim dövrlərdən indiyədək hərb tariximizin, həmçinin ordumuzun yaranma tarixinin kompleks öyrənilməsi və ümumiləşdirilməsi, problemin Azərbaycan tarixşünaslığı kontekstində araşdırılması qarşıya əsas vəzifə kimi qoyulub.
Tarixşünaslıq sahəsində çalışmış alimlərimiz qısa zamanda bu elmə bir sıra yeniliklər gətiriblər. Ayrı-ayrı tarixi dövlətlərdə hərb tarixinə aid elmi tədqiqatların nəticəsi olan monoqrafiyalar, kitablar, məcmuələr, dərsliklər və dərs vəsaitləri nəşr etdiriblər.
“Azərbaycan tarixçilərinin elmi əsərlərində hərbi məsələlər” (biblioqrafik göstərici), “Dərbəndin hərbi-strateji əhəmiyyəti və onun tanınmış hərbçiləri”, “Azərbaycanın qədim və orta əsrlər hərb tarixi” kitabı, “Azərbaycanın hərb tarixi.1-ci hissə” (Azərbaycanda qədim dövrdə hərbi tarixi hadisələri) monoqrafiyası (Azərbaycan, rus və ingilis dillərində) və digər kitablar nəşr olunub, üç proqram hazırlanaraq çap edilib. Ordumuzun 100 illiyi ilə bağlı “Azərbaycan ordusunun tarixi” adlı çoxcildliyin beş cildi çapa hazırlanıb. Ötən il Hərbi Akademiyanın adyunktura və elm şöbəsinin tarixçilərinin 19 elmi məqaləsi, metodiki vəsaiti, habelə xaricdə 3 elmi məqaləsi nəşr olunub.
Akademiyamızda hazırlanmış “Azərbaycan tarixçilərinin elmi əsərlərində hərbi məsələlər” biblioqrafik göstərici respublikanın ali humanitar və xüsusi təyinatlı təhsil müəssisələrinin dinləyiciləri və tədqiqatçı alimlər tərəfindən maraqla qarşılanıb. Biblioqrafiq göstəricinin yüksək elmi-nəzəri səviyyədə hazırlanması Azərbaycan hərb tarixinə aid əsas məsələlərin araşdırılmasını xeyli asanlaşdırır.
Hərbi Akademiyada Azərbaycanın hərb tarixi üzrə elmi və pedaqoji kadrların hazırlığına başlanıb. Akademiyanın adyunkturasına “Hərb tarixi” ixtisası üzrə qəbul imtahanının proqramı tərtib edilib.
Hərb tarixi elminin inkişafı bu sahə üzrə kadrların hazırlanması zərurəti yaradıb. Bu məqsədlə respublikanın aparıcı elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq istiqamətində işlərin aparılması və birgə fəaliyyətin təşkili həyata keçirilib. Hazırda Hərbi Akademiyanın adyunktura və elm şöbəsi respublikada hərb tarixi üzrə axtarışları və araşdırmaları nizamlayan və istiqamətləndirən mərkəzə çevrilib. Bununla bağlı Akademiya rəhbərliyinin təşəbbüsü və göstərişi ilə təşkilatlarla qarşılıqlı elmi fəaliyyətin qurulması və nizamlanması üzrə əməkdaşlıq protokolları və Azərbaycan Tarixi Muzeyi ilə memorandum imzalanıb. Bu istiqamətdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu və respublikanın digər elm təhsil müəssisələri ilə iş davam etdirilir.
Bu gün Hərbi Akademiyada aparılan tədqiqat işləri Azərbaycan ordusunun təşəkkülünü və keçdiyi inkişafı yolunu dünyaya çatdırır, hərb tariximizin qaranlıq səhifələrinə işıq salır, obyektiv reallıqları əks etdirən yeni hərb tariximiz yazılır.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

