Korrupsiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir
17.01.2017 [09:51]
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müsbət iş təcrübəsinə beynəlxalq maraq artıb
Yanvarın 16-da Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2016-cı il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulan və ali dövlətçilik dəyərlərinə əsaslanan uğurlu daxili və xarici siyasətin Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə davam etdirilməsinin ötən illərdə olduğu kimi, 2016-cı ildə də ölkə həyatının bütün sahələrində davamlı inkişafa təkan verdiyini vurğulayıb. Qeyd olunub ki, yeni iqtisadi şəraitdə dövlətimizin başçısının təşəbbüsü ilə milli iqtisadiyyatın liberallaşdırılması və rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, şəffaflığın və azad rəqabətin təmin olunması, bürokratik əngəllərin aradan qaldırılması, məmur-vətəndaş təmasının minimuma endirilməsi, daha çevik və keyfiyyətli idarəetmənin təmini məqsədilə ardıcıl hüquqi və institusional islahatlar hesabat dövründə də uğurla davam etdirilib.
Bildirilib ki, korrupsiyaya qarşı mübarizəni fəaliyyətinin prioritet istiqaməti elan etmiş prokurorluq orqanları, o cümlədən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi hesabat dövründə ölkədə həyata keçirilən siyasi, iqtisadi və institusional islahatların korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsi istiqamətində fəaliyyətini eyni intensivliklə davam etdirib. 2016-cı il ərzində Baş İdarə tərəfindən vətəndaşların 9360 müraciətinə baxılıb, həmçinin 251 cinayət xarakterli material araşdırılıb. Araşdırılmış materialların 159-u (63,3 faiz) üzrə cinayət işləri başlanıb, digər müraciətlər üzrə isə müvafiq prokuror təsir aktları tətbiq edilməklə inzibati və intizam tədbirləri görülüb.
Hesabat dövründə Baş İdarənin “161 - Qaynar xətt” əlaqə mərkəzinə 5492 müraciət daxil olub. Həmin müraciətlərin 23-ü üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb. Həmçinin aidiyyəti dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həlli təmin edilərək vətəndaşların pozulmuş hüquqları bərpa olunub. Aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə təkrarlanmaması məqsədilə aidiyyəti təşkilatlara təqdimatlar göndərilib.
Diqqətə çatdırılıb ki, hesabat dövründə Baş İdarə tərəfindən 480 cinayət işinin ibtidai istintaqı aparılıb. Onlardan dövlət və özəl sektorda çalışan 313 vəzifəli şəxs barəsində 201 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Hazırda qurumun İstintaq idarəsinin icraatında 116 cinayət işi üzrə istintaq davam etdirilir. Həmin cinayət işlərindən 110 şəxs barəsində 62 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə, 61 şəxs barəsində 56 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dələduzluq, 34 şəxs barəsində 24 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və aşma, 52 şəxs barəsində 10 iş rüşvət alma, 17 şəxs barəsində 14 iş rüşvət vermə, 3 şəxs barəsində 3 iş vəzifə saxtakarlığı, 1 şəxs barəsində 1 iş səhlənkarlıq, 35 şəxs barəsində 31 iş isə digər faktlarla bağlı olub.
Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 202 milyon 629 manat məbləğində ziyanın 33 milyon 249 manatının və ya 16,6 faizinin ödənilməsi təmin edilib. Qalan ziyanın ödənilməsi məqsədilə 78 milyon 283 manat məbləğində əmlak üzərinə həbs qoyulub.
K.Əliyev bildirib ki, hesabat dövründə Baş İdarədə 2241 vətəndaş qəbul edilib. Ötən il korrupsiyaya qarşı mübarizə sahəsində Baş İdarə tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib. Korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədilə müvafiq qurumlara 88 təqdimat verilib, habelə digər prokuror təsir aktlarından istifadə edilməklə 12 inzibati icraat açılıb, 11 şəxsə qanun pozuntularından çəkindirmək məqsədilə rəsmi xəbərdarlıq edilib.
Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi Kamal Cəfərov bildirib ki, 2016-cı il ölkəmiz üçün geniş miqyaslı islahatlar ili olub. Gömrük və vergi sahələrində şəffaflığın daha da artırılması məqsədilə iqtisadiyyatımızda şaxələndirilən islahatlar həyata keçirilib.
Hesabat dövründə Beynəlxalq Prokurorlar Assosiasiyası (IAP) ilə əməkdaşlıq daha da inkişaf etdirilib, Azərbaycanın nümayəndəsi növbəti müddətə Assosiasiyanın ali orqanı olan İcraiyyə Komitəsinə üzv seçilib. Habelə Baş İdarə tərəfindən internet səhifəsinin rus versiyasının, qurumun korrupsiyaya qarşı mübarizə aparan prokurorların şəbəkəsinin (NACP) saytının idarə olunması istiqamətində fəaliyyət uğurla davam etdirilib.
Tədbirdə Korrupsiyaya Qarşı Mübarizə aparan QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin əlaqələndiricisi - “Konstitusiya Araşdırmalar Fondu”nun rəhbəri Əliməmməd Nuriyev, “Şəffaflıq Azərbaycan” təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva, habelə digər vətəndaş cəmiyyəti institutlarının nümayəndələri çıxış edərək korrupsiyaya qarşı mübarizənin aktual məsələlərinə toxunublar. Ə.Nuriyev vətəndaş cəmiyyəti institutları tərəfindən korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planının müstəqil formada qiymətləndirilməsi nəticəsində nəzərdə tutulan tədbirlərin dövlət orqanları tərəfindən 83 faizinin icra olunduğunu bildirib.
Mətbuat konfransında əminliklə ifadə olunub ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bundan sonra da öz fəaliyyətinin göstərilən yüksək etimada layiq səviyyədə qurulması üçün zəruri tədbirlər görəcək, qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən olan korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində üzərinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirərək cinayətkarlığa qarşı ciddi və səmərəli mübarizə tədbirlərinin həyata keçirilməsini təmin edəcək.
Sonda qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları ətraflı cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40

