/ / Naxçıvanın Bakıdakı nümayəndəliyində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirilib
Naxçıvanın Bakıdakı nümayəndəliyində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirilib
30.12.2016 [09:37]
Dekabrın 29-da Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov xalqımızın Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən və artıq ənənəvi bayramlarımızdan birinə çevrilən Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən danışıb.
B.Əsgərov deyib: “Həmrəylik günü xalqımızın birlik, bərabərlik nümayiş etdirdiyi gündür. Bu əlamətdar gün dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz arasında birlik və həmrəylik yaratmaq istiqamətində əvəzsiz rol oynayır”.
Nümayəndəliyin rəhbəri xalqımızın müstəqillik və həmrəylik uğrunda keçdiyi şərəfli mübarizə yolundan, Ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi 1991-ci il dekabrın 16-da 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması ilə bağlı imzaladığı qərarın tarixi əhəmiyyətindən, Ümummilli liderin Vətən sevgisindən, Azərbaycanın dünyada tanıdılması, xaricdə yaşayan soydaşlarımızın tarixi vətənləri ilə sıx əlaqə qurması istiqamətində gördüyü işlərdən danışıb.
Diqqətə çatdırılıb ki, Ulu öndərin yenidən hakimiyyətə qayıdışından sonra bütün bölgələrimizdə, o cümlədən Naxçıvanda həyatın bütün sahələrində dinamik inkişaf müşahidə olunub, dövlətçiliyimizin milli dayaqları sarsılmaz təməllər üzərində qurulub. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəlişi ilə bütün qüvvəsini Vətənimizi üzləşdiyi bəlalardan, xalqımızı çətin günlərdən xilas etməyə yönəldib.
Bildirilib ki, yeni əsrin lideri Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin bütün ideyalarını həyata keçirməklə dünyada yaşayan azərbaycanlılara hər zaman dəstəyini nümayiş etdirir. Bu gün dünya xəritəsində Azərbaycan kimi dövlət var, öz sözünü deyir, deyəcək və bizim uğurlu inkişafımız bundan sonra da Prezident İlham Əliyevin yürütdüyü müdrik siyasət ilə təmin olunacaq.
Ali Məclisin sədri Vasif Talıbovun rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında həyata keçirilən silsilə tədbirlərdən bəhs edən B.Əsgərov deyib ki, bu gün Naxçıvanda iqtisadi və sosial həyatın bütün sahələrində tərəqqiyə nail olunub, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilib və bu ənənə hazırda da davam etdirilir.
Daimi nümayəndəliyə bayram kompozisiyası hədiyyəsi ilə qonaq gəlmiş İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar Mədəniyyət İşçisi İftixar Piriyev çıxış edərək daimi nümayəndəliyin təşəbbüsü ilə təşkil olunan tədbiri yüksək dəyərləndirib.
Teatrın direktoru rəhbəri olduğu sənət ocağının daimi nümayəndəlik ilə sıx əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edərək Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə iştirakçıları təbrik edib.
Daha sonra qonaqlar İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcı heyətinin hazırladığı ədəbi-bədii kompozisiyaya baxıblar. Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinə həsr olunmuş kompozisiya maraqla qarşılanıb. Tədbir çərçivəsində musiqisi Tofiq Bakıxanova, sözləri İftixar Piriyevə aid olan “Naxçıvan” mahnısı ilk dəfə səsləndirilib.
Sonda Bəxtiyar Əsgərov belə bir möhtəşəm kompozisiyanın təqdim olunmasına görə teatrın kollektivinə təşəkkürünü bildirib.
Xəbər lenti
Hamısına baxDünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57

