Qax rayonunda baramaçılıq və tütünçülüyün inkişafı üçün potensial imkanlar var
19.05.2016 [10:17]
Rayonda keçirilən müşavirədə aqrar sektorun inkişaf perspektivləri fermerlərin, mütəxəssislərin, müvafiq idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə müzakirə olunub
Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarına müvafiq olaraq, rayonlarda kənd təsərrüfatı işlərinin gedişinin, fermerlərin, torpaq mülkiyyətçilərinin qayğılarının, təklif və istəklərinin, həmçinin aqrar sektorun inkişaf perspektivlərinin öyrənilməsi və operativ tədbirlərin görülməsi məqsədilə yaradılan işçi qrupu növbəti müşavirəni mayın 18-də Qax rayonunda keçirib.
AZƏRTAC xəbər verir ki, işçi qrupunun rəhbəri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov və qrupun üzvləri, rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev əvvəlcə yerlərdə olub, fermerlərlə görüşüb, təsərrüfat işlərinin gedişi ilə maraqlanıblar.
Rayonun Əmbərçay kəndinin ərazisində yerləşən Damazlıq İpəkçilik Stansiyası ilə tanışlıq zamanı məlumat verilib ki, dövlətimizin başçısının baramaçılığın dirçəldilməsinə dair tapşırığına uyğun olaraq, bu il Kənd Təsərrüfatı Nazirliyinin İran və Çindən gətirdiyi 1750 qutu yüksək keyfiyyətli ipəkqurdu toxumu stansiyada inkubasiyaya qoyulub. Burada yetişdirilən ipəkqurdları bölgü əsasında 23 rayonun kümçülərinə paylanılıb.
İşçi qrupunun üzvləri sonra “İnter-Tobacco” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı müəssisəsi ilə tanış olublar. Diqqətə çatdırılıb ki, müəssisədə 60 ədəd odla tütün qurutma kamerası quraşdırılıb. Yaş tütün sahələrdən birbaşa müəssisəyə gətirilərək bu kameralarda qurudulur. Qurudulmuş tütün daha sonra cəmiyyətin Zaqatala rayonunda fəaliyyət göstərən emal zavoduna göndərilir.
İşçi qrupu Marsan kəndində ipəkqurdlarının bəslənməsi prosesinə, Şotavar və Qorağan kəndlərində tütün əkini sahələrinə də baxıblar.
Sonra rayon İcra Hakimiyyətinin iclas zalında fermerlərin, aqrar sahədə çalışan sahibkarların, təsərrüfat rəhbərlərinin, mütəxəssislərin, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.
Müşavirəni rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq rayonda kənd təsərrüfatı işlərinin gedişi, ənənəvi sahələrdən olan tütünçülüyün, baramaçılığın inkişafı istiqamətində görülən işlər barədə məlumat verib.
Müşavirədə çıxış edən Azər Əmiraslanov Prezident İlham Əliyevin müvafiq tövsiyə və tapşırıqlarına əsasən yaradılan işçi qrupu tərəfindən artıq 16 rayonda belə görüşlərin keçirildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, bu görüşlər rayonların aqrar sahədə potensialını və imkanlarını öyrənmək, eyni zamanda, mövcud problemlərlə bağlı fermerlərlə açıq fikir mübadiləsi aparmaq məqsədi ilə keçirilir.
Qax rayonunda kənd təsərrüfatının ənənəvi sahələri ilə bağlı ixtisaslaşmanı təqdirəlayiq hal hesab edən Azər Əmiraslanov deyib ki, təsərrüfat rəhbərlərinin, iş adamlarının, fermerlərin diqqəti kənd təsərrüfatının, bitkiçiliyin ən mühüm və vacib istiqamətlərinə yönəlib. Müşahidələr göstərir ki, yerli əhalinin bu sahədə böyük təcrübəsi, səriştəsi var.
Dövlətimizin başçısının pambıqçılıqla yanaşı, tütünçülük və baramaçılığın inkişafı ilə də bağlı konkret vəzifələr müəyyənləşdirdiyini diqqətə çatdıran Prezident Administrasiyasının rəsmisi bildirib ki, dövlət tərəfindən bu gəlirli sahələrin inkişafı üçün bütün imkanlar səfərbər edilib. Buna nail olmaqla kənd yerlərində fermerlərin, məhsul istehsalçılarının həyat səviyyəsini, maddi rifah halını daha da yüksəltmək mümkündür. Qaxda tütünçülük və baramaçılığın geniş inkişaf perspektivləri var. Odur ki, bu sahələrdə problemlərin və çətinliklərin aradan qaldırılması istiqamətində dövlət tərəfindən davamlı tədbirlər həyata keçiriləcək.
Müşavirədə Qax rayonu üzrə baramaçılıq və tütünçülük sahələrində hədəflər diqqətə çatdırılıb. Qeyd olunub ki, bu il rayonda barama istehsalının 3 tona çatdırılması nəzərdə tutulur. Vaxtilə rayonda 250 ton barama istehsal olunurdu. Baramaçılığın inkişafı üçün zəruri şərtlərdən biri olan yem bazası yaradılması, yeni tut bağlarının salınması və digər məsələlər həllini tapdıqdan sonra gələcəkdə qarşıda duran hədəflərə çatmaq mümkün olacaq.
2016-cı ildə rayonda 300 hektarda tütün əkilməsi nəzərdə tutulub. Çox da uzaq olmayan keçmişdə rayonda tütün əkini sahələri 1470 hektar, tütün istehsalı isə 5625 ton təşkil edirdi. Bütün bunlar göstərir ki, Qax rayonunda istər baramaçılıq, istərsə də tütünçülük sahəsində böyük təcrübə toplanıb, zəngin potensial və imkanlar mövcuddur.
Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda kənd təsərrüfatının inkişafında yeni mərhələnin başlandığını vurğulayan Azər Əmiraslanov deyib: “Bu gün aqrar sektorda həyata keçirilən köklü islahatların əsas məqsədi əhalinin həyat səviyyəsinin yüksəldilməsidir. Vaxtilə Ulu öndər Heydər Əliyev tərəfindən başlanan islahatlar da, hazırda Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafı sahəsində müəyyən etdiyi vəzifələr də məhz buna yönəlib”.
Daha sonra dövlətimizin başçısının müəyyən etdiyi hədəflər, aqrar sahənin inkişafı ilə bağlı baxışları, konseptual fikirləri tezislər şəklində müşavirə iştirakçılarının diqqətinə çatdırılıb.
Diskussiya şəraitində davam edən müşavirənin sonunda fermer və sahibkarları maraqlandıran məsələlərə aydınlıq gətirilib, onların təklifləri dinlənilib. Torpaqların vətəndaşlardan icarəyə götürülməsi, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrindən istifadə ilə bağlı sənədləşdirmə işlərinin sadələşdirilməsi və qaydaya salınması, icarə haqlarının azaldılması, Almalı, Qorağan, Əlibəyli və Cəlayir kəndlərinin əkin sahələrinin suvarılması üçün Alazançay vadisində sututarlarının yaradılması, yaxud nasos stansiyalarının quraşdırılması və digər məsələlərlə bağlı təkliflər səsləndirilib. Qeyd olunub ki, tütünçülüyün və baramaçılığın inkişafını təmin etmək üçün istehsal müəssisələrinin maddi-texniki bazası gücləndirilməli, fermerlərin müasir istehsal vasitələri ilə təmin olunmasına kömək göstərilməlidir.
Müşavirədə səslənən bütün təklif və müraciətlər baxılmaq üçün nəzarətə götürülüb.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21

