Babək Məmmədzadə: Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında gənclərin də özünəməxsus rolu var
08.09.2015 [10:04]
“Ümummilli lider Heydər Əliyevin ifadə etdiyi “Bir millət, iki dövlət” prinsipinə sadiq qalaraq Azərbaycan-Türkiyə əlaqələrinin dinamik inkişafı hər iki millətin rifahına, iqtisadi, siyasi və mədəni sahədə qarşılıqlı maraqlarının təminatına xidmət etməkdədir. Eyni zamanda, gənclərin dövlətçilik maraqlarına xidmət göstərməsində, milli məfkurənin və yüksək vətənpərvərlik ruhunun aşılanmasında dövlət rəhbərlərinin rolu əvəzolunmazdır”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin İdarə Heyətinin üzvü Babək Məmmədzadə deyib.
B.Məmmədzadə bildirib ki, Ümummilli liderin əsasını qoyduğu gənclər siyasəti məhz bu amalı özündə ehtiva edir və qardaş dövlətlərin gənclərinin birlikdə səmərəli fəaliyyət göstərməsi üçün zəmin yaradır. Onun sözlərinə görə, təsadüfi deyil ki, bu münasibətlərin sabit inkişafına hər iki dövlətin məsul gənclər təşkilatları da xüsusi töhfə verir.
“Ulu öndər deyirdi ki, “Azərbaycan-Türkiyə münasibətləri iki qardaş xalqın mənafelərinə xidmət etməklə yanaşı dünyada və bölgədə sülhün və əmin-amanlığın bərqərar olması işinə də öz töhfəsini verir”. Mustafa Kamal Atatürk isə “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, - deyə vurğulayıb. Bu kəlamlar münasibətlərimizin yüksək səviyyəsini özündə ehtiva edir. Bu yaxınlarda YAP Gənclər Birliyinin Ankara səfəri ikitərəfli münasibətlərdə gənclərin rolunu önəmsəyir. Hər iki tərəfdən gənclərin məsul şəxslərlə görüşü və ikitərəfli maraqlara xidmət edən məsələlərin müzakirəsi gənclərin bu missiyada önəmli rolunu göstərir. Səfər çərçivəsində Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlu və TBMM-in sədri İsmət Yılmazla görüşlər səfərin əhəmiyyətini əyani şəkildə nümayiş etdirir. Azərbaycan və Türkiyə gənclərinin müxtəlif mübadilə proqramlarında və elmi konfranslarda iştirakı, hər iki dövlət üçün önəmli hadisələrin birgə anılması bu münasibətlərin siyasi maraqlara xidmət etdiyini deyil, eyni dil və kökə sahib olan iki millətin xoş və acı xatirələrini paylaşması, bir-birini müxtəlif məzmunda dəstəkləməsi kimi anlaşılır. Təhsil və mübadilə proqramları hər iki dövlətin mənafelərinə xidmət etməklə yanaşı, gənclərin milli ruhda böyüməsinə yardımçı olur. Qürurverici haldır ki, gənclər birgə tarixin araşdırılmasında birbaşa iştirak edir və arxiv sənədləri əsasında öz tarixini elmi cəhətdən araşdırır. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda Azərbaycan tarixini araşdıran türk tələbələrin mövcudluğu və Türkiyə təhsil müəssisələrində azərbaycanlı tələbələrin və doktorantların nailiyyətləri bu millətin insan kapitalının dəyərindən xəbər verir”, - deyə B.Məmmədzadə vurğulayıb.
O qeyd edib ki, Xocalı soyqırımının ildönümü ilə əlaqədar ölkə hüdudlarından kənarda tədbirlərin təşkilində Azərbaycan və Türkiyə gənclərinin əməyi danılmazdır. Bununla yanaşı, Çanaqqalada şəhid olmuş türk əsgərlərinin xatirəsinə həsr olunmuş tədbirlər mütəmadi olaraq təşkil edilir. Qondarma “erməni soyqırımı”nın tanınmasına etiraz olaraq dinc etiraz aksiyalarının keçirilməsi də birgə fəaliyyətin məhsulu kimi dəyərləndirilir.
“Bakı-2015” ilk Avropa Oyunlarında Türkiyə tərəfinin geniş tərkibdə iştirakı, həmçinin, Azərbaycan və Türkiyə idmançılarının qalib gələrkən hər iki bayraqla meydana çıxması birgə düşüncənin və ruhun təzahürü kimi qiymətləndirilir. Digər sahələrdə olduğu kimi, təhsil sahəsində də dinamik əlaqələrin mövcudluğu hər iki ölkənin gəncləri arasında səmərəli münasibətlərin davamlılığına şərait yaradır. Gələcəkdə gənclərin hər iki ölkənin siyasi həyatında qərarverici gücə çevriləcəyini nəzərə alaraq bu münasibətlərin iki ölkə arasında əməkdaşlığın gələcəyi üçün nəzərəçarpacaq dərəcədə əhəmiyyətli olduğu anlaşılır. Bu düşüncədən çıxış edərək əminəm ki, bizim kimi gənclər ikitərəfli münasibətlərin gənclər sektorunda davamlı inkişafına töhfə verməklə yanaşı, bu sahədə beynəlxalq təcrübənin mühitə uyğunlaşdırılmış formasının tətbiqi ilə eyni dil və düşüncəyə malik gənclərin ortaq fəaliyyətinə müsbət təsir edəcək və gələcəyə baxışını formalaşdırmaqda yardımçı olacaq”, - deyə B.Məmmədzadə vurğulayıb.
Xəbər lenti
Hamısına baxSiyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Gündəm
31 İyul 12:55
Gündəm
31 İyul 12:40
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Gündəm
31 İyul 09:37
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31

