/ / Yeni yaranan Azərbaycan Turizm və Menecment Universiteti ölkəmizdə bu sahənin inkişafına hansı töhfələr verəcək?
Yeni yaranan Azərbaycan Turizm və Menecment Universiteti ölkəmizdə bu sahənin inkişafına hansı töhfələr verəcək?
17.01.2015 [11:04]
Bu gün turizm bir sıra dünya ölkələrinin əsas gəlir mənbəyinə çevrilib. Təbii ki, bunu şərtləndirən mühüm amillər var. Burada müasir inkişaf, sabitlik, coğrafi mövqe, təbii sərvətlər, insanların xarakteri və təbiəti, həmçinin zəngin maddi-mədəni irs mühüm rol oynayır. Sevindirici haldır ki, bu sadalananlar Azərbaycanda yetərincədir. Ehtiyac hiss olunan ən başlıca məsələlərdən biri də kadr məsələsidir ki, onun da həlli istiqamətində ciddi işlər görülməkdədir. Bu gün dünyanın bir parçası olan, Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanı daha yaxşı səviyyədə təbliğ etmək üçün turizm təhsili almış menecerlərə böyük ehtiyac var. Məhz ötən ilin son günlərində, dekabrın 22-də ölkə başçısının müvafiq Sərəncamı ilə Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutunun bazasında yaradılan, ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığını həyata keçirəcək Azərbaycan Turizm və Menecment Universiteti, bəlkə də, bu tələbatın bir hissəsi olaraq meydana çıxıb, desək, yanılmarıq.
Sərəncamdan irəli gələn məsələlər, yeni yaradılan ali təhsil ocağının ölkəmizin turizm inkişafına verəcəyi töhfələr, eləcə də 2014-cü ilin yekunları ilə bağlı AzərTAc-ın müxbiri Azərbaycan Turizm və Menecment Universitetinin rektoru Cəfər Cəfərovla görüşüb söhbət edib.
- Cəfər müəllim, bu gün artıq tarixə çevrilən Azərbaycan Turizm İnstitutu ölkə təhsilinin inkişafına hansı töhfələr verdi, ümumiyyətlə, institutdan universitetə doğru böyük bir yola çıxmaq çətin və məsuliyyətli deyilmi?
- Məlumdur ki, ali təhsil cəmiyyətin formalaşmasına və inkişafına təsir edir, eyni zamanda, biznesin yüksək rentabelli sahəsinə çevrilib.
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasi kursu dövrün tələblərinə uyğun müasirləşdirən və təkmilləşdirən Prezident İlham Əliyevin rəhbərliyi altında ötən müddətdə respublikada milli intellektual potensialın gücləndirilməsi ilə bərabər təhsil problemlərinin həlli istiqamətində kompleks tədbirlər həyata keçirilir. Dövlət başçısı bütün görüş və çıxışlarında ölkənin gələcəyi naminə güclü insan kapitalının formalaşdırılması zəruriliyini xüsusi vurğulayır. Prezident İlham Əliyevin qəbul etdiyi qərarlar əsasında son illərdə təhsil sahəsində xüsusi proqramların icrasına başlanılmışdır.
On il bundan əvvəl ölkə başçısının müvafiq Sərəncamı ilə yaradılan Azərbaycan Turizm İnstitutu (ATİ) 2006-cı il sentyabrın 15-də 200 tələbə, 1 fakültə və 3 ixtisasla tədris fəaliyyətinə başladı. Bu ali təhsil ocağı ötən dövrdə qarşıya qoyulmuş vəzifəyə uyğun olaraq yüksək səviyyəli kadr hazırlığını həyata keçirmək üçün var qüvvəsini səfərbər edərək müəyyən uğurlar qazanıb.
Bir neçə ildir ki, ölkə ali təhsil ocaqlarında tədrisin Bolonya prosesinin tələbləri əsasında həyata keçirilməsinə başlanılıb. Bu yenilik digər ali təhsil ocaqlarında əvvəlcə eksperiment kimi tətbiq edildiyi halda, ATİ Bolonya prosesini həyata keçirən ilk təhsil müəssisələrindən biri olub. Tədrisin bu prinsiplər əsasında təşkili institutun Avropa təhsil müəssisələri ilə sərbəst əməkdaşlığına şərait yaradıb. Belə ki, ATİ Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti ilə bakalavr və magistr hazırlığı sahəsində ikili diplom proqramını uğurla həyata keçirməklə yanaşı, Avropanın digər ali məktəbləri ilə də sıx əməkdaşlıq edib.
Ötən müddətdə ATİ tərəfindən 30 xarici ali məktəb, 34 beynəlxalq təşkilat və şəbəkə ilə əlaqələr qurulub və müvafiq müqavilələr imzalanıb.
Ölkənin digər ali təhsil ocaqlarından fərqli olaraq, ATİ tələbələrinin öz nəzəri biliklərini 20 həftəlik istehsalat təcrübəsində möhkəmləndirmək imkanı da mövcuddur.
İnstitutun bu günədək 1064 məzunu olub, lakin turizm sektorunda rəsmi olaraq işləyənlərin sayı 10 min nəfərdən çoxdur. Sektorda işləyənlərin əlavə təhsil proqramı və qısamüddətli kurslar vasitəsilə ixtisasartırmasına, yenidənhazırlanmasına (ixtisasdəyişməsinə) nail olmaq üçün müvafiq işlər görülür.
Ümumiyyətlə, fəaliyyət göstərdiyi müddətdə ATİ-də görülən işləri sadalamaqla bitməz. Ümidvaram ki, bu istiqamətdə işlərimizi Azərbaycan Turizm və Menecment Universitetində də davam etdirəcəyik.
- ATİ-nin bazası əsasında yaranan yeni ali təhsil müəssisəsi ölkənin turizm və menecment sahəsində aparıcı ali təhsil ocağı olmaq üçün hansı məqamları hədəfləyib?
- Bildiyiniz kimi, ölkəmizdə müasir tələblərə cavab verən kadrların hazırlanması prosesinin daha da təkmilləşdirilməsi üçün hazırlanmış təkliflər Prezident İlham Əliyev tərəfindən dəstəklənib və nəticədə 2014-cü il dekabrın 22-də ATİ-nin bazasında Azərbaycan Turizm və Menecment Universiteti yaradılıb. Bu, ölkə başçısının təhsilə, turizm sektorunun inkişafına, ümumiyyətlə, ölkədə müasir menecment təcrübəsinin tətbiqinə verdiyi böyük dəstək oldu. Azərbaycan Turizm və Menecment Universiteti ATİ-nin varisi olaraq mövcud ixtisaslar qalmaqla yeni ixtisasların açılması ilə yaxın 5-10 ildə beynəlxalq tələblərə cavab verən, öz akademik şəhərciyi olan, beynəlxalq akkreditasiyadan keçmiş 25-dən çox ixtisas üzrə təxminən 6-8 min tələbəsi olan “tədris-təlim-təcrübə-tədqiqat” modelinə əsaslanan turizm və digər xidmət sahələrində aparıcı dövlət ali təhsil müəssisəsinə çevrilməyi hədəfləyir.
- Azərbaycan Turizm və Menecment Universitetinin qarşıdakı illərdə əsas inkişaf istiqamətləri barədə nə deyə bilərsiniz?
- Azərbaycanda turizm və digər xidmət sahələrində əldə olunan inkişafın davamlılığını təmin etmək, o cümlədən yeni istifadəyə verilən mədəniyyət, idman, təhsil və səhiyyə müəssisələrinin yüksək ixtisaslı menecerlərə ehtiyacının ödənilməsi üçün bu sahədə kadr hazırlığı diqqət mərkəzindədir. Akademik şəhərcik tikilənədək mövcud ixtisaslara pilot formada yeni ixtisaslar əlavə edərək, universiteti yeni mərhələyə hazırlamaq nəzərdə tutulur. Belə ki, Azərbaycanın böyük mədəniyyət potensialı, istifadə edilməmiş mədəniyyət sənayesi potensialı mövcuddur. Ölkədə mövcud olan muzeylər, teatrlar, rəsm qalereyaları, tarixi-etnoqrafik qoruqlar, Heydər Əliyev mərkəzləri, mühafizə olunan 7 minədək yerli, ölkə və dünya əhəmiyyətli tarix və mədəniyyət abidələri, rayon və şəhər tarix-diyarşünaslıq muzeylərinin menecmenti üzrə, həmçinin ölkədə keçirilən beynəlxalq festivalların yüksək səviyyədə təşkil olunması üçün kadr hazırlığına ehtiyac gündən-günə artır. Mədəniyyət idarəçiliyi üzrə menecerlərin hazırlanması bizə bu sahədə səmərəli idarəetməni təşkil etməyə və ümumi daxili məhsulda mədəniyyətdən gələn gəlirləri artırmağa imkan verəcək. Ona görə də 2015-ci ildə bakalavr ixtisası olaraq muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisasında qəbul planı artırılıb, həmçinin magistratura səviyyəsində yeni mədəniyyət iqtisadiyyatı ixtisasına qəbul planı verilib.
Növbəti illərdə səhiyyə, idman, təhsil və digər sahələrdə menecment ixtisasları üzrə həm bakalavr, həm də magistr kadrların hazırlanması əsas hədəflərdəndir.
Bir sözlə, ATMU-un gələcəkdə akademik şəhərciyə malik olması yaxın 10 ildə onun 20-dən çox bakalavr, həmçinin magistratura və doktorantura proqramı üzrə 10 minədək tələbəyə təhsil verməsinə imkan yaradacaq. İxtisaslar və onlara qəbul planları turizm və digər xidmət sahələrində əmək bazarının tələblərinə, ölkəmizdə aparılan davamlı inkişaf siyasətinin tələblərinə uyğun tərtib ediləcək. Eyni zamanda, yeni status və akademik şəhərcikdəki şərait bizə xaricdən tələbə cəlb edilməsinə də imkan verəcəkdir ki, bu da ölkəmizdə təhsil biznesinin inkişafı və heyətin inkişafı baxımından çox vacibdir. Yaxın perspektivdə ATMU təkcə ölkədə deyil, bütövlükdə regionda daha rəqabətqabiliyyətli ali təhsil müəssisəsinə çevriləcək, onun yerli və beynəlxalq akkreditasiyalarda uğur qazanması üçün ciddi baza yaradılacaq.
Digər mühüm istiqamət Azərbaycanda aparılan regional inkişaf siyasətinə uyğun universitet filiallarının və peşə məktəblərinin açılmasıdır.
Bir sözlə, Azərbaycanın hazırkı inkişaf meyillərindən bəhrələnən universitetimiz ölkəmiz və gələcəkdə region üçün çoxsaylı işlər görməyi qarşısına məqsəd qoyub.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

