Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bakıda Milad bayramı qeyd edilib

Bakıda Milad bayramı qeyd edilib

10.01.2015 [11:31]

Yanvarın 9-da Bakıda Rus Pravoslav Kilsəsi tərəfindən Milad bayramı münasibətilə tədbir keçirilib.
AzərTAc xəbər verir ki, rəsmi şəxslərin, Milli Məclisin deputatlarının, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edən Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr Milad bayramı münasibətilə təbriklərini çatdırıb. O, belə tədbirlərin artıq ənənəyə çevrildiyini, Azərbaycanda bu bayramın yüksək səviyyədə qeyd edildiyini deyib. Azərbaycanın tolerantlığa görə bütün dünyada nümunə kimi qəbul edildiyini söyləyən Aleksandr ölkəmizdə multikulturalizmin dövlət siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Prezident İlham Əliyevin Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubunu oxuyub.
Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr dövlətimizin başçısına minnətdarlığını bildirib, xalqımıza sülh və əmin-amanlıq arzulayıb.
Sonda Qırmızı qəsəbə Dağ yəhudiləri dini icmasının sədri Boris Simanduyevə “Müqəddəs Apostol Varfolomey” qızıl medalı təqdim edilib.

Paylaş:
Baxılıb: 1001 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31