Kaspi Liseyində Ümummilli liderin xatirəsi anılıb
13.12.2014 [11:59]
Kaspi Liseyində Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan tədbir keçirilib.
AzərTAc xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib. Dünya şöhrətli siyasətçinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbir iştirakçıları Ulu öndərin həyat və fəaliyyətinin müxtəlif anlarını əks etdirən videoçarxı izləyiblər.
Tədbirdə Kaspi Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva çıxış edərək anım günündə Ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında əvəzolunmaz fəaliyyətinin xatırlandığını diqqətə çatdırıb, Ulu öndəri Azərbaycanın xilaskarı kimi təqdim edib. S.Vəliyeva tarixə qısa ekskursiya edərək zaman-zaman hər bir millətin, xalqın ağır sınaqlar qarşısında qaldığını, ölüm-dirim məsələsinin gündəmə gəldiyini vurğulayıb. Bildirilib ki, məhz belə vaxtlarda xalqı, milləti düşdüyü ağır vəziyyətdən liderlər xilas edir. O deyib: “Həmin anlarda hər bir millət bir xilaskara ehtiyac duyur. Bu gün dünyanın bəzi ölkələrində baş verən hadisələr də bu faktı bir daha təsdiq edir. Ukrayna, Şərqi Avropa, Yaxın Şərq ölkələrində cərəyan edən hadisələr, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan dövlətlər, xalqlar indi də gözlərimiz önündədir. Belə vəziyyətlərdə liderlər ortaya çıxaraq ölkəsinin, xalqının taleyini həll edir, xilaskarlıq missiyasını yerinə yetirirlər. Ümummilli lider Heydər Əliyev də 1993-cü ildə xilaskarlıq missiyasını yerinə yetirdi. 1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı müdrik siyasətçi Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Respublikanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi və həmin gün tarixə “Milli Qurtuluş Günü” kimi daxil oldu. Milli Məclisin qərarı ilə Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayan Ulu öndər sonradan ümumxalq səsverməsi ilə Azərbaycan Prezidenti seçildi”.
S.Vəliyeva Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif anlarını, həyata keçirdiyi çoxsaylı işləri, üzləşdiyi çətinlikləri də qeyd edib. O, Ümummilli liderin Öz xalqı qarşısında gördüyü işlərə görə daim ürəklərdə yaşayacağını söyləyib: “Azərbaycanda Heydər Əliyev ideyaları bu gün də yaşayır. Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən daxili və xarici siyasət nəticəsində ölkəmiz gündən-günə güclənir, müstəqilliyimiz daha da möhkəmlənir. Məşhur bir mahnıda ifadə edildiyi kimi, nə qədər bu millət, nə qədər Azərbaycan var, Ulu öndər Heydər Əliyev daim bizimlə olacaqdır”.
Daha sonra lisey şagirdlərinin hazırladıqları “Min ilə bərabər bir ömür” adlı ədəbi-bədii kompozisiya təqdim edilib. Şagirdlərdən ibarət xorun ifasında Ümummilli liderə həsr olunmuş “Heydər ata”, “Sən elə bir zirvəsən” mahnıları səslənib. Məktəblilər “Ulu bir sərkərdə, Ulu bir öndər”, “Budur xalq sevgisi, el məhəbbəti” şeirlərini söyləyiblər. Bununla yanaşı, lisey şagirdləri Ümummilli liderin həyat xronologiyasını, dünyanın məşhur siyasətçi və dövlət rəhbərlərinin Heydər Əliyev barədə söylədiklərini, Ulu öndərin ibrətamiz fikirlərini səsləndiriblər.
Lisey şagirdləri arasında elan edilmiş “Mən fəxr edirəm ki, azərbaycanlıyam” inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Liseyin direktoru Tural Əliyev qaliblərə mükafat və sertifikatlar təqdim edib. Qaliblərdən Aysu Kazımlı və Elmira Həmidzadə Ümummilli liderə həsr etdikləri inşalarını oxuyublar.
Tədbirdə lisey şagirdlərinin Ulu öndər Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət etməsini əks etdirən videoçarx nümayiş olunub.
Xəbər lenti
Hamısına baxAnalitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30

