Masallıda təşkil edilmiş yay düşərgəsinin ikinci günü maraqlı tədbirlərlə zəngin olub
25.07.2014 [10:06]
Masallı rayonundakı “Viləş” hotelində Dünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin, Heydər Əliyev Mərkəzinin və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Qafqaz bəbirlərinin (Panthera pardus) mühafizəsi” layihəsi çərçivəsində “Bəbirləri qoruyaq!” yay düşərgəsinin ikinci günü maraqlı tədbirlərlə zəngin olub.
AzərTAc xəbər verir ki, Masallı, Cəlilabad və Yardımlı rayonlarından olan 30-dan çox məktəblinin iştirak etdiyi yay düşərgəsinin əsas məqsədi Qafqaz bəbirlərinin məskunlaşdıqları yerlərin yaxınlığında yaşayan məktəbliləri bu nadir heyvan növü haqqında məlumatlandırmaq və onun mühafizəsi işini təbliğ etməkdir.
Düşərgənin ikinci günündə məktəblilər hidrobioloji tədqiqatlar apararaq suyun çirklənmə dərəcəsini təyin ediblər. Bu məqsədlə Vudvisin bioindeks metodundan istifadə olunaraq suda yaşayan onurğasızları təyin edilib, xüsusi cədvəl vasitəsilə çirklənmə dərəcəsi müəyyənləşdirilib.
Günün ikinci yarısında yaxınlıqdakı meşə ərazisinə ekskursiya təşkil olunub. Dəstə üzvləri qruplara bölünərək ərazidəki ağac növlərini, onların yaşını, hündürlüyünü, diametrini və ekoloji vəziyyətini təyin ediblər.
Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi direktorunun müavini Lalə Dadaşova qeyd edib ki, bu göstəricilər əsasında insanın təsərrüfat fəaliyyətinin ətraf mühitə təsiri qiymətləndirilib və məktəblilər bəbirin yaşadığı mühitin qorunmasının əhəmiyyətini bir daha dərk ediblər.
Daha sonra iştirakçılar “Gənc ekoloqlar”, “Gənc meşəçilər”, “Gənc zooloqlar” dəstələrinə bölünərək “Bəbirin həyatı” adlı viktorinaya qatılıblar.
Dünya Təbiəti Mühafizə Fondunun Azərbaycan Nümayəndəliyinin əməkdaşı Sevinc Saruxanova qeyd edib ki, məktəblilər viktorinada bəbirlərin həyat tərzi, yaşadığı ərazilər, azalması səbəbləri və qorunması yolları barədə sualları cavablandıraraq düşərgə müddətində əldə etdikləri bilikləri fəal şəkildə nümayiş etdiriblər.
Sonda viktorina və rəsm müsabiqəsinin qaliblərinə hədiyyələr təqdim edilib.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

