/ / Prezident Kitabxanasında “Naxçıvan Muxtar Respublikası” elektron portalının ingilis dilində versiyasının təqdimat mərasimi olub
Prezident Kitabxanasında “Naxçıvan Muxtar Respublikası” elektron portalının ingilis dilində versiyasının təqdimat mərasimi olub
25.04.2014 [09:41]
Aprelin 24-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Naxçıvan Muxtar Respublikası” elektron portalının yenilənmiş variantının və onun ingilis dilində yaradılmış versiyasının təqdimat mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, tədbirin iştirakçıları əvvəlcə kitabxananın internet resursları zalında Naxçıvanın tarixinə, mədəniyyətinə, iqtisadiyyatına aid 50-yə yaxın Azərbaycan, türk, ingilis və rus dillərində elektron kitabların CD-ləri ilə tanış olublar. Naxçıvan tarixinin müxtəlif dövrlərini özündə əks etdirən 40-a yaxın arxiv sənədinin sürəti, muxtar respublika ilə bağlı 100-dən artıq dissertasiyanın avtoreferatları və müxtəlif dillərdə çap olunmuş 200-dək kitab da qonaqların marağına səbəb olub.
Daha sonra tədbir konfrans zalında davam etdirilib. Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirib ki, Naxçıvan Muxtar Respublikasının yaranmasının 90 illiyi ilə əlaqədar həyata keçirilən tədbirlər planı çərçivəsində hazırlanan internet portalının ərsəyə gəlməsində muxtar respublikanın Bakı şəhərindəki daimi nümayəndəliyinin verdiyi informasiya dəstəyi xüsusi rol oynayıb. O qeyd edib ki, “Naxçıvan Muxtar Respublikası” elektron portalı hələ beş il bundan öncə hazırlanıb. Bu gün Prezident Kitabxanasının əməkdaşları həm portalın Azərbaycan dilində olan versiyasını materiallarla zənginləşdirib, həm də onun ingilis dilində yeni versiyasını hazırlayıblar. “Ümumi məlumat”, “Tarix”, “Təhsil və səhiyyə”, “Mədəniyyət”, “İqtisadiyyat”, “Resurslar” adlı 6 bölmə və 38 alt bölmədən ibarət olan bu resurs internet istifadəçilərinə muxtar respublika haqqında dolğun məlumat vermək məqsədi daşıyır.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Əməkdar Elm Xadimi, akademik İsa Həbibbəyli elektron portalın hazırlanmasında böyük əmək sərf edən, ciddi elmi araşdırmalar aparan və həmin araşdırmaları ümumiləşdirərək istifadəçilərə təqdim edən Prezident Kitabxanasının əməkdaşlarını təbrik edərək bildirib ki, mənfur qonşularımızla informasiya savaşının davam etdiyi bir dövrdə “Naxçıvan Muxtar Respublikası” elektron portalının yenilənməsi və onun ingilis dilində versiyasının hazırlanması xüsusi əhəmiyyətə malikdir. Portalın zənginləşdirilməsi üçün akademik səviyyədə iş görülüb, elmi dəyəri olan 200-dən çox kitaba istinad edilib.
“Naxçıvan Muxtar Respublikası” elektron portalının ingilis dilində yaradılmış versiyasının əhəmiyyətindən ətraflı söhbət açan AMEA-nın Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva deyib ki, portalın daim yenilənməsi, zənginləşdirilməsi günümüzün ən vacib tələblərindən biridir. O, qədim diyarın dəyərli tarixi abidələri barədə geniş məlumatların ingilis dilində dünya ictimaiyyətinə təqdim olunmasını yüksək qiymətləndirib.
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov ermənilərin ölkəmizə ərazi iddialarından əl çəkmədiyi bir vaxtda Azərbaycanın mühüm geostrateji məkanı olan Naxçıvana xüsusi diqqət göstərilməsinin və muxtar respublikanın tarixi barədə məlumatların yayılmasının önəmindən danışaraq deyib ki, bu istiqamətdə atılan hər bir addım respublikamızın xarici siyasətinə dəstək xarakteri daşıyır. Bu mənada Naxçıvanın şanlı tarixinin və bugünkü inkişafının beynəlxalq ictimaiyyətə çatdırılması mühüm əhəmiyyət kəsb edir.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib ki, Naxçıvan Muxtar Respublikasının zəngin tarixi barədə məlumatların internet resursları vasitəsilə dünyaya çatdırılması beynəlxalq aləmdə ölkəmizin müsbət imicini möhkəmləndirir.
AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin deputatı Rafael Hüseynov da Ermənistanda Naxçıvanla bağlı müxtəlif iddiaların ortaya atıldığı bir vaxtda muxtar respublika barədə ingilis dilində internet portalının yaradılmasını yüksək qiymətləndirib.
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, AMEA-nın müxbir üzvləri Vəli Hüseynov, Vəli Əliyev, Milli Məclisin deputatları Musa Qasımlı və Qüdrət Həsənquliyev çıxış edərək “Naxçıvan Muxtar Respublikası” elektron portalının ingilis dilində yaradılmış versiyasının əhəmiyyətindən danışıblar.
Xəbər lenti
Hamısına baxMüsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32

