Beyləqanda indiyədək 25 min nəfərdən artıq sakin tibbi müayinədən keçib
18.03.2014 [09:00]
Prezident İlham Əliyevin tapşırığına əsasən, respublikamızın hər yerində olduğu kimi, Beyləqan rayonunda da əhalinin tibbi müayinəsi uğurla davam etdirilir.
Beyləqan mərkəzi rayon xəstəxanasının baş həkimi Əli Məmmədov AzərTAc-a bildirib ki, rayonda bu mühüm kampaniyanın mütəşəkkil və yüksək səviyyədə keçirilməsi üçün ciddi hazırlıq işləri görülüb, səhiyyə müəssisələrində lazımi şərait yaradılıb. Sakinlər mərkəzi rayon xəstəxanasında, Birinci Şahsevən, Təzəkənd və Dünyamalılar kənd sahə xəstəxanalarında müayinə olunurlar. Tibbi müayinələrin keçirildiyi mərkəzi rayon xəstəxanası dövlətimizin başçısının Sərəncamı ilə ayrılmış vəsait hesabına əsaslı təmir olunub, bütün şöbələr ən müasir tibbi avadanlıq və aparatlarla təchiz edilib.
Bundan başqa, yüksək ixtisaslı mütəxəssislərdən ibarət 4 həkim briqadası tərəfindən rayonun ucqar kəndlərində də tibbi müayinələr aparılır. Xəstəlik aşkar olunmuş şəxslər stasionar və ambulator müalicəyə cəlb edilirlər. İndiyədək 36 idarə və müəssisənin kollektivi, 17 yaşayış məntəqəsinin sakinləri daxil olmaqla, 25 min 240 nəfər tibbi müayinədən keçib. Xəstəlik aşkar edilən vətəndaşlardan 430 nəfəri ambulator, 131 nəfəri stasionar müalicəyə cəlb edilib, 58 nəfər Bakı şəhərinə göndərilib.
Dövlətimizin başçısının əhalinin sağlamlığının qorunması məqsədi ilə pulsuz tibbi müayinənin təşkili barədə verdiyi tapşırıq Beyləqan sakinləri tərəfindən böyük rəğbətlə qarşılanıb. Mərkəzi rayon xəstəxanasında tibbi müayinədən keçən Beyləqan şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Odelya Əlyarova AzərTAc-a müsahibəsində deyib: “Digər sakinlər kimi, həkimlər məni də bu gün hərtərəfli müayinə etdilər. Müayinə zamanı mədəmdə xroniki qastrit aşkarlandı və müalicə kursu təyin edildi. Qayğımıza belə yüksək səviyyədə qaldığı üçün dövlətimizə və Prezidentimizə minnətdarıq”.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35

