İndiyədək Şəkidə 14 minə yaxın sakin tibbi müayinədən keçib
13.03.2014 [14:46]
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, əhalinin tibbi müayinədən keçirilməsi aksiyası bölgələrdə də uğurla davam etdirilir.
Şəki şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova AzərTAc-a bildirib ki, aksiya artıq öz müsbət nəticələrini verməkdədir və rayon əhalisi dövlətimizin başçısının bu xeyirxah təşəbbüsünü ürəkdən alqışlayır. Xəstəliklərin erkən aşkar edilərək xəstələrin müalicəyə cəlb olunması insanların fiziki sağlamlığında mühüm rol oynayır. Tibbi müayinələrin mütəşəkkil keçirilməsini təmin etmək üçün şəhər icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi qərargah yaradılıb, cədvəl tərtib edilib. Əhali arasında tibbi müayinənin məqsədi və əhəmiyyəti barədə müntəzəm olaraq maarifləndirmə, izahat işləri aparılır. Bunun nəticəsidir ki, rayon əhalisi insanların sağlamlığının qorunmasına yönələn bu aksiyada olduqca fəal iştirak edir, mütəşəkkillik göstərirlər. Z.Cavadova fevralın 17-dən başlanan aksiya çərçivəsində indiyədək 14 minə yaxın sakinin tibbi müayinədən keçdiyini diqqətə çatdırıb.
Tibbi müayinələrin keçirildiyi Şəki Mərkəzi Rayon Xəstəxanasının konsultativ poliklinika şöbəsinə hər gün yüzlərlə rayon sakini müraciət edir. İnsanlar onlar üçün yaradılmış bu şəraitdən yetərincə yararlanmaq istəyirlər. Xəstəxananın terapiya şöbəsinin sahə həkimi Etibar Kərimov AzərTAc-a bildirib ki, müayinələr zamanı bəzi şəxslərdə arterial təzyiq, diabetli şəkər, qan, ürək-damar, tənəffüs sistemi və oynaq xəstəlikləri aşkar edilib. Onlara ixtisaslı həkimlər tərəfindən müalicə təyin olunub.
Vərəm əleyhinə xəstəxananın baş həkimi Laçın İbrahimxəlilov bildirib ki, müayinələr zamanı vərəmə yoluxmaqda şübhəli bilinən xəstələr bu səhiyyə ocağına göndərilir. Burada bəlğəmin, qanın ümumi analiz müayinəsi həyata keçirilir. Xoşbəxtlikdən hələlik heç kəsdə ciddi vərəm xəstəliyi aşkar edilməyib.
Poliklinika şöbəsindən bildiriblər ki, ümumiyyətlə, aksiyaya başlandığı gündən indiyədək müayinədən keçən 14 minə yaxın sakinin 2725 nəfərinə müalicə təyin edilib, 155 nəfərdə ilkin xəstəliklər aşkar edilib, 39 nəfər stasionar müalicəyə cəlb olunub.
Müayinədən keçən Şəki Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Seyid Vahabov, şəhər sakinləri İsmayıl İsmayılov, Tərlan Məmmədov, Xatirə Səlimli və başqaları əhalinin sağlamlığının qorunmasına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxAnalitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30

