“Sovetski”dəki evlər sökülməlidirmi?
06.03.2014 [09:37]
Məlum olduğu kimi, ölkəmizdə həyata keçirilən geniş infrastruktur layihələri, respublikamızda şəhərsalma sahəsində görülən işlər Bakının və ümumilikdə Azərbaycanın gözəlliyinə ayrı bir gözəllik qatmaqdadır. Bu gün milli memarlıq ənənələrinə sadiq qalınaraq müasir üslubda həyata keçirilən həmin layihələr çərçivəsində yeni parklar, xiyabanlar salınır, binalar inşa olunur. İnşa olunan binalar, salınan park və xiyabanlar, çəkilən yollar heç şübhəsiz ki, əhalinin rifah halının yaxşılaşdırmağa xidmət edir.
Bakı gözəlləşdikcə, müasirləşdikcə paytaxtımıza qonaq gələn xarici turistlər bu inkişafı gözləri ilə görür və gecələr işıq saçan şəhərimizdən gözlərini çəkə bilmirlər. Bunu özləri də etiraf edirlər ki, hər dəfə Bakıya gələndə şəhərimizdə böyük yeniləşmənin, müasirləşmənin şahidi olurlar.
“Sovetski”nin yerində müasir obyektlər, parklar inşa olunacaq və ora şəhərin ən gözəl yerlərindən birinə çevriləcək
Məlum olduğu kimi hər gün yeniləşən və müasirləşən Bakının gözəlləşməsi fonunda köhnə “Sovetski” adlanan ərazinin yenidən, tam müasir dünya standartlarına uyğun bir şəkildə formalaşdırılması ilə bağlı dövlət tərəfindən xüsusi fəaliyyət planı həyata keçirilir. Həmin ərazidə yerləşən evlərin yerində müasir obyektlər, parklar inşa olunacaq və ora heç şübhəsiz ki, şəhərin ən gözəl yerlərindən birinə çevriləcək.
Xatırlatmaq yerinə düşər ki, bu tip məhəllələr II Dünya Müharibəsi zamanında salınıb və həmin dövrlərdə keçmiş Sovetlər Birliyində şəhərsalma qüvvəsi o qədər də güclü deyildi, həmçinin, dövlət tərəfindən hardasa bu tip məhəllələrin salınmasına göz yumulurdu. Müasirləşən dünyada bu tip məhəllələr günümüzün elementar sanitariya-kommunikasiya standartlarına belə cavab vermir. Evlər o qədər sıx inşa olunub ki, hər hansı bir bədbəxt hadisə baş versə, həmin küçəyə nə yanğınsöndürən, nə də təcili tibbi yardım maşınları daxil ola bilmir. Bundan başqa, həmin mənzillərin bir çoxuna aylarla günəş işığı düşmür ki, tibbi nöqteyi-nəzərindən bu,insan sağlamdığında fəsadlar yaradır. O cümlədən, həmin evlər paytaxtın arxitektura ansamblını pozur.
Sökülən evlər tıxac problemini də həll edəcək
Bundan başqa “Sovetski” adlanan ərazinin sökülməsi, eyni zamanda, şəhərdə yaranan tıxac problemini də həll edəcək. Belə ki, ərazidə evlər yanaşı tikildiyindən və yollar ensiz olduğundan tez-tez bu arada tıxaclar yaranır. Evlər söküldükdən sonra bu ərazidə geniş yolun çəkilişi də nəzərdə tutulur ki, bu yolla sürücülər heç bir vaxt itkisi yaşamadan vaxtında gedib mənzil başına çatacaqlar. Son illər ölkə infrastrukturunda aparılan genişmiqyaslı yenidənqurma işləri tıxac problemini müəyyən qədər aradan qaldırsa da, sözügedən ərazinin sökülməsi ilə bu problemin həllində daha ciddi irəliləyiş yaşanacaq.
Bu, ölkənin mənzil infrastrukturunun yenilənməsi baxımından mühüm hadisədir...
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının fikrincə, sözü gedən ərazidə söküntülərin aparılması, yeni binaların tikilməsi ölkənin mənzil infrastrukturunun yenilənməsi baxımından mühüm hadisədir: “Bu gün Bakı şəhərində dövlət hesabına istənilən söküntü işi aparılırsa, buna görə mənzil sahiblərinə kompensasiya ödənilir. Sökülən ərazilərdə ya müasir tələblərə cavab verən binalar inşa olunur, ya da park salınır, digər abadlıq işləri görülür. İstənilən halda aparılan söküntü işinin bir əsası olur. Digər tərəfdən, o da məlumdur ki, şəhərin hansı yerində yerləşməsindən asılı olmayaraq, mənzilin hər kvadratmetrinə görə verilən kompensasiyanın məbləği 1500 manatdır. Bu da kifayət qədər normal məbləğdir. Bu gün şəhərin bir sıra yerlərində alıcılara satışda olan mənzillərin hər kvadratmetri 1000 manatdan təklif olunur. Nəzərə alsaq ki, sökülən evlərin hər kvadratmetrinə 1500 manat kompensasiya ödənilir, o zaman hər kvadratmetrdən qalan 500 manatla evi təmir də etmək olar, digər problemləri həll etmək də”.
Həmin evlər artıq yaşanmaz hala gəlmişdi...
Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova məsələyə münasibət bildirərkən qeyd edib ki, memarlıq baxımından bu məhəllələr şəhərin gözəlliyinə xələl gətirir: “Qədimi binalar saxlanmaq şərti ilə paytaxtın landşaftını korlayan məhəllələr mütləq sökülməlidir. Həm də ki, oradakı evlər artıq yaşanmaz hala gəlmişdi. Bir az imkanı olan heç bir ailə orada qalmağı özünə rəva bilmir, köçüb gedirdi. “Sovetski”nin sökülməsi infrastruktur baxımdan Bakıya gözəllik verəcək, ona görə ki, orada bir dənə olsun baxımlı bina qalmayıb”.
Ekoloji tarazlığın qorunmasına töhfə...
Ekoloq Telman Zeynalov isə düşünür ki, ilk növbədə “Sovetski” adlanan ərazi söküldükdən sonra Bakı şəhərində estetik zövq formalaşacaq: “Həmin ərazidə geniş meşə-parklar salınacaq ki, bu da şəhərin ekoloji cəhətdən təmiz qalmasına böyük şərait yaradacaq. Yaşıllıq ancaq landşaft arxitekturası, gözəllik üçün deyil, həm də ekoloji durumu yaxşılaşdırmaq üçün vacibdir. Bir neçə ildən sonra həmin ərazidə əkilən ağaclar böyüyərək ekologiyanın təmizliyinə öz töhfəsini verəcək.
Ətraf mühitin qorunması insanların müqəddəs işlərindən biri olmalıdır. Bütün ölkə boyu yaşıllıq zolaqlarının salınması, yeni nəsil ağacların əkilməsi həm ekoloji vəziyyətin düzəlməsinə xidmət edir, həm də göz oxşayır. Azərbaycanda yaşıllaşdırma zolaqlarının salınması prosesinə uzun illərdir ki, başlanıb. Məlum olduğu kimi, bir vaxtlar ölkədə yaşıllaşdırma işləri həyata keçirilsə də, yeni əkilən ağaclara qulluq çox aşağı səviyyədə idi. Amma son vaxtlar həm yaşıllıq massivləri artırılır, həm də ona qulluq yüksək səviyyədədir. Mən inanıram ki, “Sovetski” deyilən ərazidə salınan meşə - parklara da qulluq yüksək səviyyədə olacaq və bu ərazini bir neçə ildən sonra görən insanlar gözlərinə inana bilməyəcəklər”.
Oktay
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59

