Yevlax rayonunda əhalinin tibbi müayinəsi uğurla davam etdirilir
01.03.2014 [11:34]
Prezident İlham Əliyevin tapşırığına əsasən, respublikamızın hər yerində olduğu kimi, Yevlax rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.
Yevlax şəhər İcra Hakimiyyəti başçısının müavini Zərifə Məmmədova AzərTAc-a deyib ki, rayonda əhalinin kütləvi dispanserizasiyası üçün hər cür şərait yaradılıb. Müayinələr mərkəzi rayon xəstəxanasında, Xaldan kənd sahə xəstəxanasında və Aran kənd həkim məntəqəsində həyata keçirilir. Fevralın 17-dən indiyədək 9 min nəfərdən çox sakin müayinə olunub. Bu aksiya bir daha göstərir ki, dövlətimizin başçısının həyata keçirdiyi siyasətin əsasında insan amili, vətəndaşların rifah halının yaxşılaşdırılması, təhlükəsizliyinin və sağlamlığının qorunması dayanır.
Mərkəzi rayon Xəstəxanasının baş həkiminin müavini Niyaz Hüseynov bildirib ki, bütün idarə və müəssisələrdə çalışan insanlar qrafikə əsasən müayinədən keçirlər. Bundan başqa, 5 həkim briqadası yerlərdə yataq xəstələrinin və yaşlı insanların müayinəsini aparır. Xəstəlik aşkar olunan sakinlər rayon xəstəxanasında müalicə edilir. 18 xəstə isə müalicə üçün Bakı şəhərinə göndərilib.
Dövlətimizin başçısının əhalinin sağlamlığının qorunması məqsədilə pulsuz tibbi müayinənin təşkili barədə verdiyi tapşırıq Yevlax sakinləri tərəfindən yüksək razılıqla qarşılanıb.
Şəhər sakini Xaləddin Niftəliyev həkimlərdən, yaradılan şəraitdən razılıq edərək deyib: “Dövlətimizin başçısının bu təşəbbüsü alqışa layiqdir. Bütün müayinələrdən keçdim. Sağlıq durumum haqqında artıq tam məlumatlıyam”.
Yevlax şəhər xəstəxanasında tibbi müayinədən keçən şəhər sakini Yeganə İsayeva: “Mən də bu gün həkimlər tərəfindən hərtərəfli müayinə olundum. Mədəmdə xroniki qastrid aşkarlandı və uyğun müalicə kursu təyin edildi. Qayğımıza yüksək səviyyədə qaldığına görə Prezident İlham Əliyevə minnətdarıq”.
Xəbər lenti
Hamısına baxDünya
11 İyun 23:49
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54

