Yeni tikinti layihələri Bakıda hansı dəyişikliklərə səbəb olacaq?
18.02.2014 [09:20]
Ekspertlər keçmiş “Sovetski”də evlərin sökülməsi ilə şəhərin daha da gözəlləşəcəyini deyirlər
Bir neçə ildir ki, paytaxt Bakıda istismar müddətini başa vurmuş, yararsız tikililər sökülərək yerində çoxmərtəbəli müasir binalar ucaldılır, əhalinin istirahəti üçün park və xiyabanlar salınır. Bəzən söküntüyə səbəb olan amillər iri layihələrin həyata keçirilməsi ilə bağlı olur. Azərbaycan dövləti isə bu prosesdə vətəndaşların zərər çəkməməsi və onların hüquqlarının təminatı üçün müvafiq işlər görür. Belə ki, evləri sökülən və ya söküləcək şəhər sakinlərinə ən yüksək həddə kompensasiya ödənilir, bəzilərinə isə paytaxtın müvafiq yerlərində yeni mənzillər təklif olunur. Əlbəttə ki, dövlətin burada ilk məqsədi şəhərin görünüşünün müasirləşdirilməsi və gözəlləşdirilməsini, eyni zamanda, mühüm infrastruktur layihələrinin həyata keçirilməsini təmin etməkdir.
Bakı günü-gündən gözəlləşir
Bakıda həyata keçirilən irimiqyaslı işlər içərisində geniş təmir-bərpa və tikinti işləri xüsusilə diqqəti cəlb edir. Yüksək səviyyədə reallaşdırılan bu işlər Bakının tarixi gözəlliyini qorumaqla yanaşı, şəhərimizin müasir görkəm almasını da təmin edib. Mütəxəssislər bildirirlər ki, özündə Şərq və Qərb mədəniyyətlərinin ahəngdar sintezini əks etdirən Bakı indi müasir körpüləri, hündürmərtəbəli binaları, yeraltı, yerüstü yol qovşaqları və keçidləri, geniş parkları ilə həm şəhərimizin sakinlərində, həm də qonaqlarda yüksək təəssürat yaradır.
“Keçmiş “Sovetski”də evlərin sökülməsi əmlak bazarına yeni axının yaranmasına gətirib çıxaracaq”...
Məlum olduğu kimi, bu ilin əvvəlində Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakının mərkəzi hissəsinin 2030-cu ilədək layihə planını açıqlayıb. Plana əsasən, şəhərin mərkəzindəki 1-2 mərtəbəli yaşayış binaları 6 dəfə azalacaq. Əvəzində 6-9 mərtəbəli binaların sayı təxminən 3 dəfə artacaq. Qeyd edilən istiqamətdə görülən işlər fonunda artıq köhnə ev və binaların sökülməsi yeni evlərə tələbin artması ilə müşayiət edilir. Ekspertlər isə bildirirlər ki, hər bir söküntü bazarda bir canlanma əmələ gətirir. Ona görə ki, evləri sökülən insanlar yeni mənzil almaq üçün bazara üz tutur və aktivlik gətirir. Bütün hallarda, şəhərin mərkəzindəki 1-2 mərtəbəli yaşayış binalarının 6-9 mərtəbəli binalarla əvəzlənməsi əhalinin sosial və mənzil şəraitinin yaxşılaşmasına nə kimi təsir göstərəcək? Və eyni zamanda, əmlak bazarında qiymət artımı gözlənilirmi?
Mütəxəssislər hesab edirlər ki, keçmiş “Sovetski” adlandırılan ərazidən 10 minə yaxın ailənin köçürülməsi planının əmlak bazarına yeni axının yaranmasına gətirib çıxaracağı gözlənilir. Belə ki, evlərin köçürülməsi fonunda yalnız nağd kompensasiyaların ödənilməsi yeni “evsizlərin” mənzil axtarmasına səbəb olacaq. Bu isə artıq 10 min alıcı deməkdir. Paytaxtın əmlak bazarına qısa zamanda minlərlə alıcının daxil olması isə birmənalı şəkildə tələbin yüksəlməsinə və nəticədə, qiymət artımlarına gətirib çıxaracaq.
Həmçinin qeyd olunur ki, kompensasiyaların məbləğini nəzərə alaraq Bakıda mərkəzə yaxın rayonlarda əsasən 2 otaqlı mənzillərə, nisbətən kənar ərazilərdə isə 3 və daha çox otaqlı evlərə tələbatın artacağı gözlənilir. Kompensasiya məbləğlərinin şəhərin mərkəzindəki evlərə tələbat yaratmamasına baxmayaraq, əmlak bazarındakı qiymət artımlarının paytaxtın mərkəzi hissələrinə də nüfuz edəcəyi proqnozlaşdırılır.
Son ev köçürmələri bazara iqtisadi təsir göstərməklə yanaşı, eyni zamanda, psixoloji olaraq da qiymət artımlarını şərtləndirəcək. Belə ki, bu il üçün proqnozlaşdırılan qiymət artımlarından ehtiyatlanan potensial alıcılar daha qısa zamanda, yəni gözlənilən qiymət yüksəlmələri baş vermədən öncə, mənzil problemini həll etməyə çalışacaqlar ki, bu da mənzil bazarında əlavə tələb formalaşdıracaq. Ekspertlərin qənaətincə, bu da qiymətlərin yüksəlməsini tezləşdirməklə yanaşı, daha ciddi artımlara gətirib çıxara bilər. Digər tərəfdən, mənzil bazarındakı “dilerlərin” evlərə görə kompensasiyanın ödənilməsi faktından yararlanaraq süni şəkildə qiymət artımlarına gedəcəyi güman edilir. Artıq mənzil bazarında süni qiymət artımları müşahidə edilməkdədir. Kompensasiyaların məbləği hələlik hesablanır, ödəniş yeni başlanılır, amma bazarda qiymət artımları müşahidə edilir.
“Bu layihə kifayət qədər ciddi bir layihədir...”
Yeri gəlmişkən, Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı məsələyə bir neçə prizmadan yanaşıb. Onun fikrincə, sözügedən layihə kifayət qədər ciddi bir layihədir: “Həmin layihədə 3 böyük ərazi nəzərdə tutulub. Hər biri hardasa 250 hektardan böyük olan ərazilərdir ki, hazırda orada daha çox 1 mərtəbəli yaşayış massivləri mövcuddur. Eyni zamanda, nəzərə almaq lazımdır ki, həmin ərazilər şəhərin mərkəz hissəsində yerləşir. Bizim “Kubinka”, “Sovetski” kimi tanıdığımız ərazilər, eyni zamanda, Yasamal rayonunun bir sıra əraziləri ora daxildir. Görünən odur ki, əsasən sözügedən ərazilərdə söküntü işlərinin aparılması nəzərdə tutulub. Hesab edirəm ki, həmin ərazilərdə söküntülərin aparılması, həmçinin, orada yeni binaların tikilməsi ölkənin mənzil infrastrukturunun yenilənməsi baxımından mühüm hadisədir. Eyni zamanda, 1-2 mərtəbəli yaşayış binalarının 6-9 mərtəbəli binalarla əvəzlənməsi ümumilikdə daşınmaz əmlak bazarında aktivliyin artmasına gətirib çıxara bilər. Bunun nəticəsində insanların bir qismi, müəyyən müddətə də olsa, işlə təmin olunacaq. O cümlədən, bu, mənzil sahiblərinin yeni evlərlə təmin olunmasına da müsbət təsir göstərəcək. Bunun özü belə paytaxt üçün ciddi hadisədir”.
Oktay
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

