Xətai rayonunun fasiləsiz rejimdə içməli su ilə təmin edilməsi üçün işlərə başlanılıb
28.11.2013 [09:23]
“Azərsu” ASC tərəfindən son 10 gündə görülmüş işlərin nəticəsi olaraq rayon sakinlərinin 80 faizindən çoxu fasiləsiz su ilə təchiz olunur
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq Bakı şəhərində genişmiqyaslı işlər həyata keçirilir. Bu məqsədlə mərkəzi anbarlarda, magistral su xətlərində, eləcə də binadaxili paylayıcı sistemlərin əsaslı yenidənqurma işləri aparılır.
Bakı şəhərinin şərq hissəsinin içməli su təchizatında müstəsna əhəmiyyəti olan “+69 Şərq” və “+110 Şərq” anbar komplekslərində həyata keçirilmiş genişmiqyaslı tədbirlərin davamı olaraq Xətai rayonunun fasiləsiz rejimdə içməli su ilə təmin edilməsi üçün işlərə başlanılıb. Anbarlardan ötürülən suyun həcminin artırılması hesabına Xətai rayonunun əksər hissəsinə artıq 24 saat su verilir. Eyni zamanda, paylayıcı şəbəkədə, çoxmərtəbəli yaşayış binalarında, xüsusən də, yuxarı mərtəbələrdə suyun təzyiqi daim nəzarətdə saxlanılır. Sınaq yoxlamaları başa çatdıqdan və su verilişində stabil rejim tam təmin olunduqdan sonra Xətai rayonundakı istehlakçıların 90 faizindən çoxu 24 saat içməli su alacaqlar. Qeyd edək ki, son 10 gündə görülmüş işlərin nəticəsi olaraq rayon sakinlərinin 80 faizindən çoxu fasiləsiz su ilə təchiz olunur. İşlər yekunlaşdıqdan sonra Xətai rayonunun 245 min sakininin 225 min nəfərinə və ya təqribən 92 faizinə 24 saat su veriləcək.
Yeri gəlmişkən, bu işlərlə paralel Xətai rayonu ərazisindəki çoxmənzilli yaşayış binalarının daxili su sistemləri yenidən qurulur. Layihə çərçivəsində binaların zirzəmilərində istismar müddətini başa vurmuş polad xətlər ləğv edilir, əvəzində binaların həyətindən keçməklə, yeni polietilen boru çəkilir və hər bir girişdə siyirtmələr quraşdırılır. Eyni zamanda mənzillərin daxilindən (şaxtalardan) keçən dik dayaqlar pilləkən qəfəslərinə çıxarılmaqla tamamilə yenidən qurulur və hər bir mənzil smart-kart tipli ön ödənişli sayğacla təmin edilir. Bütün bu işlər dövlət vəsaiti hesabına həyata keçirilir, xətlərin dəyişdirilməsi, eləcə də, sayğacların quraşdırılması əhali qrupu abunəçiləri üçün pulsuzdur. İndiyə qədər Xətai rayonunda 46 binada bu işlər tam başa çatdırılıb, 4720 mənzilə smart-kart tipli su sayğacları quraşdırılıb. 89 binanın daxili su şəbəkəsinin yenidən qurulması üçün layihə sənədləri hazırlanmış və işlərə başlanılıb. Ümumilikdə Xətai rayonu ərazisində 800-dən artıq çoxmənzilli yaşayış binası var və onların hər birində belə layihələr həyata keçiriləcək.
Binadaxili su xətlərinin yenidən quraşdırılması su itkisinin və binaların zirzəmilərinə axan suların qarşısını almağa imkan verib. Dik dayaqların pilləkən qəfəslərinə çıxarılması və sayğaclaşma göstərilən xidmətin asanlaşması, dəqiq uçotun qurulması və nəhayət 100 faiz ödənişin təmin olunması ilə nəticələnib. “+69 Şərq” və “+110 Şərq” su anbarı komplekslərində həyata keçirilmiş tədbirlər nəticəsində Xətai rayonu fasiləsiz su almaqla yanaşı, buradakı 33 məhəllədaxili nasos stansiyasından 25-nin fəaliyyəti dayandırılıb ki, bu da elektrik enerjisinə qənaət deməkdir.
“Azərsu” ASC abunəçilərdən xahiş edir ki, Xətai rayonu ərazisində 24 saatlıq rejimə keçidlə əlaqədar binadaxili xətlərdə axıntı ilə rastlaşdıqda, hər hansı mənzildə suyun təzyiqi aşağı olduqda və ya yuxarı mərtəbələrə su qalxmadıqda Zəng Mərkəzinə (955 nömrəsinə) müraciət etsinlər.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37

