/ / Mərkəzi Klinikanın Gəncə xəstəxanasında ürək cərrahiyyəsi şöbəsi açılıb və açıq ürək əməliyyatları aparılıb
Mərkəzi Klinikanın Gəncə xəstəxanasında ürək cərrahiyyəsi şöbəsi açılıb və açıq ürək əməliyyatları aparılıb
06.11.2013 [09:38]
Bu gün Azərbaycan səhiyyəsində atılan hər bir uğurlu addım insanların sağlamlığına xidmət edir. Dövlətimizin başçısının diqqət və qayğısı sayəsində bölgələrdə yaradılan yeni tibb ocaqları ən müasir avadanlıqlarla, eləcə də ixtisaslı mütəxəssislərlə təmin edilir ki, bu da hər bir Azərbaycan vətəndaşının sağlamlığının qorunması istiqamətində aparılan dövlət siyasətinin tərkib hissəsidir.
Belə səhiyyə ocaqlarından biri də 5 il əvvəl fəaliyyətə başlamış Gəncə Diaqnostoka Mərkəzidir. Mərkəzi Klinikanın Gəncə xəstəxanasına çevrilən bu səhiyyə ocağında aparılan yenidənqurma işlərindən sonra burada urologiya, ümumi cərrahiyyə, travmatologiya, neocərrahiyyə, radialogiya, müasir ümumi reanimasiya, kardio-cərrahiyyə, invazit kardiologiya, təcili yardım şöbələri, eləcə də müasir laboratoriya fəaliyyət göstərir. Bu günlərdə isə respublikamızın qərb regionu üçün əlamətdar olan daha iki şöbə, ürək-damar cərrahiyyəsi və invazit şöbələri fəaliyyətə başlayıb. Ürək cərrahiyyəsinin bütün sahələrindən, istər karonar cərrahiyyəsi, istər qapaq cərrahiyyəsi, istər böyük aorta damarlarında, eləcə də digər periferik damarlarda əməliyyatların icrası demək olar bölgə üçün əlamətdar hadisədir. Kardialogiya şöbəsinə müraciət edən xəstələrə angioqrafiya tətbiq edildikdən sonra xəstənin əməliyyat, yaxud invazit müdaxilələr edilməsi müəyyənləşdirilir. 150 nəfərlik tibb heyətinə həm Bakıdan ezam olunan, həm də xarici ölkələrdə təcrübə keçmiş həkimlər daxildir.
Region üçün belə bir xəstəxananın, eləcə də şöbələrin fəaliyyət göstərməsi söz yox ki, Azərbaycan Prezidenti İlham Əliyevin regionlarda əhaliyə tibbi xidmətin səviyyəsinin yüksəldilməsi üçün verdiyi tapşırıqların nəticəsidir. Yeni şöbələrin açılışı bölgədə yaşayan insanların vaxt itirərək paytaxt Bakıya getmələrinin qarşısını almaqla yanaşı, eyni zamanda, onların əlavə vəsait xərcləmələrinə də son qoyub.
Mərkəzi Klinikanın baş həkimi, Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Kamran Musayevin AzərTAc-a müsahibəsində ölkəmizdə ürək-damar xəstəlikləri cərrahiyyəsi ilə bağlı dediyi fikirlər bizdə böyük nikbinlik yaradıb. Tanınmış cərrah qeyd edib ki, dövlətimizin başçısının diqqət və qayğısı sayəsində yaradılan şərait heç də xarici xəstəxanalardan geri qalmır. Mərkəzi Klinikanın uğurları artıq bölgələrə də ayaq açır. Bu gün Gəncədə belə bir şöbənin açılması bu sahədə həyata keçirilən islahatların bəhrəsidir. Qarşıya qoyulan əsas məqsəd 7 gün, 24 saat fasiləsiz olaraq ürək cərrahiyyəsi və invazit kardiologiya xidməti göstərməkdir. Ona görə də əsaslı təmirdən sonra 100 çarpayılıq bu müalicə ocağının çoxprofilli xəstəxana kimi fəaliyyət göstərməsi nəzərdə tutulub. Tibbi heyətə gəldikdə isə, həkim və orta tibb işçiləri Bakıda və xarici ölkələrdə təhsil almış peşəkar kadrlardır. İndi əminliklə demək olar ki, Bakıda, Mərkəzi Klinikada icra olunan bütün tibbi prosedurlar - diaqnostik və müalicə işləri Gəncə xəstəxanasında da uğurla icra olunur. Artıq iki gündür ki, burada açıq ürək əməliyyatlarına başlanılıb və bütün əməliyyatlar uğurlu keçib. Üç gün ərzində müraciət edən 100-dən artıq xəstədən 14-də uğurlu əməliyyat aparılıb. Bu gün də bu əməliyyatlar davam etdirilir və söz yox ki, bu bir başlanğıcdır. Gələcəkdə bu növ əməliyyatların sayı da artırılacaq. Mərkəzi Klinikada aparılan əməliyyatların Gəncə xəstəxanasında da icra edilməsi o deməkdir ki, artıq Gəncədə dünya standartlarına uyğun, təbabətin tələblərinə cavab verən mərkəz yaradılıb.
Söhbət zamanı region üçün çox böyük əhəmiyyət daşıyan bu xəstəxanada ürək-cərrahiyyə və invazit kardiologiya şöbələrinin açılmasında böyük əməyi olan Prezidentin Xüsusi Tibbi Xidmətinin rəisi, akademik Cəmil Əliyevə minnətdarlıq edən Kamran Musayev vaxt məhdudluğu olduğunu bildirərək, növbəti ürək əməliyyatına başlayıb. Vaxtdan istifadə edib, əməliyyat olunacaq bir neçə xəstə ilə söhbət etdik. Hamısı nikbin idi. Tovuz rayonundan Vüsal Qurbanov, Ağcabədi rayonundan Gəray Həsənov və başqaları uzun illər ürək ağrılarından əziyyət çəkdiklərini, lakin Bakıya getmək imkanlarının olmadığını bildirərək belə bir şöbənin açılmasında əməyi olanlara minnətdarlıqlarını bildiriblər.
Gəncə xəstəxanasının baş həkimi Musa Abbasov deyib ki, bu, hələ başlanğıcdır. Sağlıq olsun, Mərkəzi Klinikanın Gəncə xəstəxanasının kollektivi etimadı layiqincə doğruldacaq.
Xəbər lenti
Hamısına baxSiyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
Gündəm
18 İyun 09:45
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24

